Saçı ev şəraitində necə bərpa edək

 
Saçı ev şəraitində necə bərpa edək


Qış aylarında saçlar xüsusilə əziyyət çəkir. Kondisioner, istilik sistemləri saçları daha da qurudur.

Saçların bərpa prosesini ilk növbədə düzgün qidalanmadan başlamaq lazımdır. Saçları daxildən qidalandırmaq çox vacibdir. Bu qaydaya əməl etmədikdə saçları bərpa etmək mümkün deyil. Qidalanmanıza daim meyvə-tərəvəz, göyərti, yarmaları, süd məhsulları, yumurta, yağlı olmayan ət, balıq daxil edin. Qızardılmış, yağlı, duzlu, hisə verilmiş, konservləşdirilmiş qidaları menyunuzdan xaric edin.

Saçların vəziyyətinə A vitamini çox müsbət təsir edir, onlara təbii parlaqlıq və yumşaqlıq verir. Kök, balqabaq, bolqar bibəri, ərik, qara ciyər, balıq yağı, yarmalar, kərə yağı bu vitaminlə zəngindir. Hər səhər "gözəllik salatı" yeyin: 1 dənə kök, 1 tikə balqabaq sürtgəcdən keçirilir, ərik qurusu və qara qavalı xırda doğranılır, üzərinə 1 çay qaşığı zeytun yağı əlavə olunur, yaxşı qarşdırılır. Salatı 30 dəqiqə ərzində masanın üzərində saxlayın (tərəvəzlər yumşalsın və şirə çıxsın) və sonra qəbul edin. Həm dadlı, həm də faydalıdır.

E vitamini də saçların vəziyyətini yaxşılaşdırır. Bu vitamin müxtəlif bitki yağlarında (zeytun, qarğıdalı, günəbaxan) çoxdur.

Kalsium (süd məhsulları), selen (balıq, çərəzlər), maqnezium (banan, darı yarması, soya), sink (qara ciyər, ət, lobya, qarabaşaq, yulaf yarması) kimi mikroelementlər saçların sağlamlığı üçün olduqca vacibdir.


Düzgün və xeyirli qidalanmadan əlavə mayenin qəbulu da çox vacibdir. İnsan lazım olan miqdarlarda maye qəbul etmədikdə onun saçları və dərisi quru olur. Bu səbəbdən gün ərzində 2 l maye qəbul etmək lazımdır. Bu adi təmiz su, kompotlar, ot çayları, yaşıl çay və s. ola bilər.
Beləliklə, saçların vəziyyətini yaxşılaşdırmaq üçün ilk növbədə düzgün və xeyirli qidalanmadan və mayenin kifayət miqdarda qəbuldan başlamaq lazımdır.

Həmçinin saçları xaricdən də qidalandırmaq lazımdır. Bunun üçün həftədə 2 dəfə bərpaedici maskalar etmək lazımdır.

Bu kimi maskalardan istifadə edə bilərsiniz:
- 1 xörək qaşığı ayıpəncəsi yağı, 1 xörək qaşığı gənəgərçək yağı, 1 xörək qaşığı ərik yağı, 1 dənə yumurta sarısı, 1 çay qaşığı bal yaxşı qarışdırılır və saçlara çəkilir. Daha sonra saçları sellofan plyonkaya, sonra dəsmala bükmək və 2 saatdan sonra qidalandırıcı şampunla yaxşı yumaq lazımdır.

- 1 xörək qaşığı çaytikanı yağı, 1 xörək qaşığı ayıpəncəsi yağı, 1 çay qaşığı A vitamini və 1 çay qaşığı E vitamini (apteklərdə satılır) yaxşı qarışdırılır və saçlara çəkilir. Sonra saçları sellofan plyonkaya, daha sonra dəsmala bükmək və 2 saatdan sonra qidalandırıcı şampunla yaxşı yumaq lazımdır.

- 1 çay qaşığı təzə mayanın üzərinə bir qədər ilıq su tökün və isti yerə qoyun. Maya qıcqırmağa başladıqda 1 yumurtanın sarısını, 1 xörək qaşığı xama və 1 çay qaşığı bal əlavə edin və qarışdırın. Yuxarıda təqdim olunan maskalar kimi istifadə olunur.
- Yağla massaj da çox yaxşı kömək edir. Bir qədər gənəgərçək və ya ayıpəncəsi yağı buxarda qızdırılır (isti olmamalıdır!) və massaj hərəkətləri ilə baş dərisinə sürtülür. Massajı 10-15 dəqiqə etmək lazımdır.

Bunlardan əlavə xüsusi saçlar üçün olan vitaminləri qəbul etmək olar (vitaminləri həkim təyin etməlidir).

Düzgün qidalanma, mayenin kifayət qədər qəbulu, maskaların və massajın istifadəsi saçlarınızın vəziyyətini yaxşılaşdıracaq. Lakin səbirli olun, effekt 1 aydan sonra görünə bilər


Geri dön

menim aşkim

  • 20 fevral 2015 16:41
  • Məqalə: 0
  • Şərh: 342
  • Bal:
tewekkurler

(HaYeL)

  • 20 fevral 2015 16:07
  • Məqalə: 60
  • Şərh: 1001
  • Bal:
{awards}
Allah razi olsun
Yaxsi xeberdir=) belay

--------------------

psix)

  • 20 fevral 2015 14:49
  • Məqalə: 7
  • Şərh: 1655
  • Bal:
{awards}
meslexetlidir tsk

--------------------
......

NIGAR

  • 20 fevral 2015 14:25
  • Məqalə: 878
  • Şərh: 11227
  • Bal:
{awards}
məsləhətə görə sağ ol wassat

--------------------
legend.az/user/imza/legend.az/user/imza/

Elya Alieva

  • 20 fevral 2015 14:04
  • Məqalə: 102
  • Şərh: 7020
  • Bal:
{awards}
meslexetdir sbs

--------------------
UREYIM...I MEN

İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 1
Qonaqlar: 55
Cəmi: 81

 

Top 10 Müəllif

The Shield
Xəbərləri: 64
Cəmi: 239
 
NIGAR
Xəbərləri: 64
Cəmi: 878
 
Limon qoxusu
Xəbərləri: 59
Cəmi: 80
 
Nergiz__Sirinova
Xəbərləri: 30
Cəmi: 552
 
aytc.sza
Xəbərləri: 28
Cəmi: 30
 
♔Hе важно∞
Xəbərləri: 27
Cəmi: 283
 
Lmzade
Xəbərləri: 27
Cəmi: 28
 
_Qismet_
Xəbərləri: 6
Cəmi: 805
 
..::Kitty::..
Xəbərləri: 5
Cəmi: 18
 
Yagmur_Gözlum
Xəbərləri: 4
Cəmi: 6
 
 
{slinks}