Ballı nanə çayı əsəblərinizi sakitləşdirəcək

 
Ballı nanə çayı əsəblərinizi sakitləşdirəcək



Müasir şəhər həyatında sakit əsəblərə sahib olmaq olduqca çətindir. Çoxlarımız isə elə düşünürük ki, mümkünsüzdür.

Tıxaclar, növbələr, gündəlik qayğılar, irili-xırdalı problemlər əsəblərimizə hakim kəsilərək gün ərzində bizi gərgin vəziyyətdə saxlayır və özümüzü çarəsiz sayırıq. Ancaq gəlin bu qədər də bədbinliyə qapılmayaq. Çünki əsəbləri sakitləşdirməyin xalq təbabətində çox sadə bir çarəsi var. Bir fincan ballınanə çayı əsəblərinizi tam sakitləşdirəcək.

Ballı nanə bitkisinə həm də limonotu, bədrənc, melisa da deyilir. Bu bitkinin qurudulmuş yarpaqlarından dəmlənmiş çayın orqanizm üçün bir çox faydaları var.


1. Sinir sisteminə olduqca müsbət təsir göstərir
2. Əsəbləri sakitləşdirir, gərginliyi aradan qaldırır
3. Stressə qarşı təsirli vasitədir
4. Fiziki və zehni yorğunluq zamanı sakitləşdirici təsirə malikdir
5. Normal yuxunu təmin edir
6. Ödqovucudur
7. Həzmi asanlaşdırır
8. Ürəyin fəaliyyətini normallaşdırır
9. Orqanizmin immun sistemini gücləndirir
10. İştahanı yaxşılaşdırır

Qan təzyiqi aşağı olanlara ballınanə çayından istifadə etmək məsləhət görülmür. Çünki qan təzyiqini aşağı salır.

Ballınanə çayının hazırlanması çox sadədir. 1 çay qaşığı qurudulmuş yarpağı 1 stəkan suda 10-15 dəqiqə dəmləmək lazımdır. Çaya yarım çay qaşığı bal əlavə etməklə onu daha da faydalı etmək olar. Ballınanə çayından soyuq halda da istifadə olunur.

Əgər gün ərzində əsəblərinizin sakit, əhvalınızın xoş olmasını istəyirsinizsə, bir fincan ballı nanə çayı için. O, gərginləşmiş əsəblərinizin öhdəsindən lazımınca gələcək. El arasında bu çaya elə-belə "oğul otu" deməyiblər.


Geri dön

Elya Alieva

  • 20 fevral 2015 12:49
  • Məqalə: 102
  • Şərh: 7076
  • Bal:
meslexetdir:/

--------------------
UREYIM...I MEN

ღ ĸαвυѕυм ღ

  • 20 fevral 2015 12:23
  • Məqalə: 209
  • Şərh: 1290
  • Bal:
{awards}
He ele bu menlikdi ki belay Eseb meni mehv eliyib uje sad Hazirlib icim qerey.Tesekkur resepte gore. smile

--------------------

♔ Rapuиzel ♔

  • 20 fevral 2015 12:16
  • Məqalə: 332
  • Şərh: 7138
  • Bal:
{awards}
Meslehete gore twk....

--------------------

Pıtırcık

  • 20 fevral 2015 10:37
  • Məqalə: 389
  • Şərh: 9519
  • Bal:
{awards}
məsləhətlidir

--------------------
http://legend.az/user/imza/

Wip _Wirin_Deli

  • 20 fevral 2015 10:14
  • Məqalə: 4
  • Şərh: 32
  • Bal:
{awards}
Ilk werh menden cox sagolun meqale ucun..

--------------------
Ürəyin varsa, sevdiyin olmalıdır,
Sevdiyin varsa, tək sənin olmalıdır..♥
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 1
Qonaqlar: 43
Cəmi: 57

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 7
Cəmi: 389
 
Nergiz__Sirinova
Xəbərləri: 6
Cəmi: 333
 
Awk bir hayal
Xəbərləri: 4
Cəmi: 137
 
^^KuKuLKa^^
Xəbərləri: 2
Cəmi: 767
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1135
 
TacsizKRalica
Xəbərləri: 1
Cəmi: 1
 
evli.mutlu.cocuklu
Xəbərləri: 1
Cəmi: 1
 
anar2012
Xəbərləri: 1
Cəmi: 26
 
Mövlud Ağamməd
Xəbərləri: 1
Cəmi: 20
 
Zerif85
Xəbərləri: 1
Cəmi: 25
 
 
{slinks}