Sevgim

 
Sevgim



Belə başladı sevgi nağılımız. Bir zaman Tanrıdan bir sevgi diləmişdin özümə, inanırdIm qüdrətinə . Mənə bir sevgi bəxş etdi . Onunla keçən hər gün,mesajının hər sətri bir əfsanəydi mənimçün . Deyirdi : Rəngsiz həyatımı səninlə daha rəngli yaşayacam . Yaşadı da . Güvənirdi mənə . Özümü onsuz təsəvvür etmirdim, ən əziz insan idi mənimçün . Bir qarlı sabahın qar dənələrində qonaq gələn sevgi sanırdım onu . Sanırdım heç zaman əriməyəcək . Qaranlıq dünyamda təkbaşına gəzdiyim zaman bir Günəş gördüm,o günəş məni qaranlıqdan xilas elədi . Ruh verdi mənə, xoşbəxt elədi . Vahiməli dənizdə boğularkən bir külək qopdu, məni sahilə itələdi, sağ qaldım .

Qət edilməz məsafələr ... Artıq qət etmişdim sanmışdım yerimdə sayarkən,çünki O var idi !

İlk görüş . Soyuq qar günündə alovlu baxışlar ... Uçdum səmalarda əllərinə toxunarkən . Dolaşdıq qarlı küçələri, hər qar dənəsi sanki bir mələkdi, müşayiət edirdi bizi . Ağ bir dünya, Günəş, və Mələklər . Mən isə yuxudaymış kimi inana bilmirdim bunlara . Ən xoşbəxt gün, yarıya qədər, sonra ... Bir nağıl bu qədər tez bitərmi ?! Demək ki, saxtadır . Yox oldu o Günəş bir müddət . Axtardım,qaranlıqlara baş vurdum, tapmadım . Düşündüm ki, gecədir, amma, bu bir bənzətmədi axı, necə ola bilər ?! Yox oldu, və döndü – gedirəm – deyə . Bəlkə mən qoruya bilmədim bəlkə də ömrümün gecəsi başlayırdı ... Axı ... Axı gecələr Günəş olmur...

Günəşə bənzər bir insan, gəldi, bir dünya qurdu, işıqlandırdı, və sonra uşaq oyuncağı kimi sındırdı, darmadağın etdi ... Getdi ... Baxmadı bu dağıntının altından kim çıxdı, kim öldü ...
Batdı həyatımın Günəşi, gözlərimə qaranlıq çökdü, sandım ki, bu sondur, amma, milyonlarla ulduzlar o Günəşi əvəz etdi . İşıqlandırmağı onun qədər bacarmasalar da ... Anladım ki, son deyil, hər şey qabaqdadır, amma, qabağı görmürəm . Bəlkə bir həyat var, bəlkə də ölüm . Bəlkə işıq var, bəlkə də zülmət...

Gedərkən dedim qal, gəl bu dünyanı birlikdə yenidən quraq, amma, o artıq gedirdi ...


İndi isə, get . Söndür həyatımın Günəşini, qoy bu dağınıq həyatımı yenidən qurum . Get, çünki səni bu dağıntı içərisində görmək istəmirəm . Get,gözlərimi kor eləmə ! Sön, çünki odundan bir parça düşsə yanıb kül olar dünyam . Qoy öz dünyamı şam işığında, amma əzabsız qurum ...

Unutmaq istədim o Günəşi, bacarmadım, həm də yaxşılığı unutmazlar, bəs əzab ?!


Ehh, çox çətindir qərar vermək, ya unutmaq, ya öldürmək ... Amma,yox, yox ... Unutmayacam, qoy əzab versin, qoy hər gecə virus kimi beynimə girib onu didsin, dağıtsın ... Qoy onsuz həyat mənə qəbr əzabı olsun amma,bilim ki, xoşbəxtdi ... Mənimlə olmasa da ... 3 günlük bir sevgi nağılı da belə sona çatdı, Günəş söndü, qar dənəcikləri əriyib məhv oldu ... Mən isə kiçik ulduzların köməyi ilə öz həyatımı qururam . Qazandığım isə - 3 günlük xoşbəxtlik və əbədi kədər ! Və, son sözüm - Əlvida Günəşi
m !


Geri dön

psix)

  • 22 fevral 2015 18:47
  • Məqalə: 7
  • Şərh: 1683
  • Bal:
sevgi......sevgi ...........sevgi......... recourse

--------------------
......

ღSlaDkaYa_AyKoShKaღ

  • 22 fevral 2015 16:40
  • Məqalə: 22
  • Şərh: 220
  • Bal:
{awards}
İlk görüş . Soyuq qar günündə alovlu baxışlar ... Uçdum səmalarda əllərinə toxunarkən . Dolaşdıq qarlı küçələri, hər qar dənəsi sanki bir mələkdi, müşayiət edirdi bizi . Ağ bir dünya, Günəş, və Mələklər . Mən isə yuxudaymış kimi inana bilmirdim bunlara . Ən xoşbəxt gün, yarıya qədər, sonra ... Bir nağıl bu qədər tez bitərmi ?! Demək ki, saxtadır . Yox oldu o Günəş bir müddət . Axtardım,qaranlıqlara baş vurdum, tapmadım . Düşündüm ki, gecədir, amma, bu bir bənzətmədi axı, necə ola bilər ?! Yox oldu, və döndü – gedirəm – deyə . Bəlkə mən qoruya bilmədim bəlkə də ömrümün gecəsi başlayırdı ... Axı ... Axı gecələr Günəş olmur...

--------------------

Damlam

  • 22 fevral 2015 16:17
  • Məqalə: 49
  • Şərh: 4724
  • Bal:
{awards}
beyendim maraqliydi

--------------------
http:///user/İmza/

Pıtırcık

  • 22 fevral 2015 12:32
  • Məqalə: 386
  • Şərh: 9515
  • Bal:
{awards}
gözəl sözlərdir bəyəndim love

--------------------
http://legend.az/user/imza/

qaradaqirmizi

  • 22 fevral 2015 10:39
  • Məqalə: 0
  • Şərh: 275
  • Bal:
{awards}
sevgi sevgi yenede sevgiii

--------------------
Ölüm nedir??...Dönüsü olmayan tetil.
Hmmm...bes sevgi??
Gencliyi mehv eden qatil...

AyKe

  • 22 fevral 2015 09:58
  • Məqalə: 1
  • Şərh: 1008
  • Bal:
{awards}
Cox cetindir qerar vermek ya unutmaq ya ooldurmek...tesekkurler qeseng idi.



____________________________________
I hope everything will be all right..

--------------------
Ölünce sevemezsem seni._____________*

Elya Alieva

  • 22 fevral 2015 09:20
  • Məqalə: 102
  • Şərh: 7076
  • Bal:
{awards}
ilik serx menden
Maraqli idi

--------------------
UREYIM...I MEN

İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 2
Qonaqlar: 31
Cəmi: 47

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 6
Cəmi: 386
 
Nergiz__Sirinova
Xəbərləri: 6
Cəmi: 331
 
Awk bir hayal
Xəbərləri: 4
Cəmi: 137
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1135
 
anar2012
Xəbərləri: 1
Cəmi: 26
 
TacsizKRalica
Xəbərləri: 1
Cəmi: 2
 
^^KuKuLKa^^
Xəbərləri: 1
Cəmi: 766
 
Mövlud Ağamməd
Xəbərləri: 1
Cəmi: 20
 
Zerif85
Xəbərləri: 1
Cəmi: 25
 
Demi Love
Xəbərləri: 1
Cəmi: 16
 
 
{slinks}