Səndə getmə

 
Səndə getmə



Əvvəllər itirməyi düşündüyümdə böyük bir boşluq yaranardı ürəyimdə, qorxardım..!
İtirdiklərimi düşünərdim və bu zaman qorxmamaq üçün bir daha sevməməm lazım olduğuna inanardım..
Amma bilmədiyimiz həyatlar da var. Bilmədiyimiz əhvalatlar. Çoxumuz sevdiklərimizi itirməkdən qorxuruq, çünki sevdiklərimiz üçün yaşayırıq həyatı. Sırf onları itirməmək üçün öz həyatımızdan belə imtina edə biləcəyimizə inanırıq. Düşünmürük onların da ürəyinə o boşluğun yerləşəcəyini..
Birini itirməkdən qorxmağa başladığımız zaman onu nə qədər sevdiyimizi də daha yaxşı anlayırıq. Səhv etdiyimizi düşünürük, itirmə ehtimalını.. Qəribədir bəlkə, amma məncə itirmək qorxusu sevgini böyüdür.
Yaxşı, amma sevib sevə bilmədiyinə qərar verə bilməzsə insan..? O qərar verə bilmədiyi üçün, onu çox sevən birinin ağrı çəkdiyini düşünsə.. Necə? Buna görə o boşluq gəlib yerləşsə içinə?.. Sevə bilərmi həqiqətən?
Atamı gördüm. Həqiqətən yanımda idi. Halbuki bu qədər zamandır mən o boşluğu bir daha hiss etməmək üçün, bir daha qorxmamaq üçün onu sevmək istəməmişdim.
Amma o an atamı həqiqətən yanımda hiss etdiyim an anladım ki, əslində onun varlığı içimdəki boşluğu azaldır, doldurur.. O yanımdaykən çox daha az qorxuram həyatdan!
Bəzən başqa bir həyata uzaqdan baxıram kimi hiss edirəm özümü. Sevdikləri üçün nələri gözə ala bilir insanlar.
Məsələn: qarşılıq gözləmədən sevə bilirlər. Yalnız sevmək, heç bir qarşılıq gözləmədən.. Yalnız sevmək yetə bilərmi insana..? Məncə yetər. Çünki artıq bilirəm ki, sevmək, ciddi bir işdir..! Bütün bir həyatı doldura bilər, böyük bir ömrə yetə bilər.
Sırf biri bizi sevir deyə bütün bir həyatımız dəyişə bilər. Bir ümid yarana bilər. Sırf o bizi sevir deyə imtina etdiyimiz yerdən davam edə bilərik. Yorulmuşkən qaçmağa başlaya bilərik.
Atama baxarkən, atamın gözlərindən anladım məni nə qədər çox sevdiyini. Mənim üçün hər şeydən, öz həyatından belə imtina edə biləcəyini, məni əsla tərk etməyəcəyini gözlərindən anladım.
Məni həmişə qorxudan, içimdən ata bilmədiyim o boşluq kiçildi, kiçildi, kiçildi Və yox oldu
Xoşbəxtdim!
Uzun zamandan bəri ilk dəfə Qorxmurdum!!!
Və bu zaman anladım ki, itirməkdən qorxmağı buraxdığı zaman insan həqiqətən sevə bilər..!


Geri dön

Rüzgar_Gülüm

  • 23 fevral 2015 22:04
  • Məqalə: 19
  • Şərh: 203
  • Bal:
Allah heç kimin gözlərini yaşlı qoymasın!

--------------------
Dinim islam kitabım "Quran" mən Allahdan başqasına yalvarmam.

psix)

  • 22 fevral 2015 22:36
  • Məqalə: 7
  • Şərh: 1655
  • Bal:
{awards}
sevdiklerimi itirmekden qorxuram(
twk

--------------------
......

sessiz deniz

  • 22 fevral 2015 22:24
  • Məqalə: 410
  • Şərh: 6771
  • Bal:
{awards}
twkler wehrlere goreeeee

(HaYeL)

  • 22 fevral 2015 21:38
  • Məqalə: 60
  • Şərh: 1001
  • Bal:
{awards}
Sirf sevdiklerimizi itirmekden qorxuruq=(
Allah razi olsun.! recourse

--------------------

NIGAR

  • 22 fevral 2015 21:22
  • Məqalə: 730
  • Şərh: 10514
  • Bal:
{awards}
love gözəl sözlərdir

--------------------
legend.az/user/imza/legend.az/user/imza/

Elya Alieva

  • 22 fevral 2015 21:11
  • Məqalə: 102
  • Şərh: 7020
  • Bal:
{awards}
MaРаглЫ иди Тск

--------------------
UREYIM...I MEN

İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 1
Qonaqlar: 30
Cəmi: 50

 

Top 10 Müəllif

The Shield
Xəbərləri: 64
Cəmi: 83
 
NIGAR
Xəbərləri: 64
Cəmi: 730
 
MiSS HaPPy)
Xəbərləri: 52
Cəmi: 147
 
Nergiz__Sirinova
Xəbərləri: 44
Cəmi: 473
 
Arzu_zadeh
Xəbərləri: 34
Cəmi: 232
 
♔Hе важно∞
Xəbərləri: 33
Cəmi: 204
 
AyliN BunyaminovA
Xəbərləri: 20
Cəmi: 443
 
No-Girls-No-ProBlemS
Xəbərləri: 12
Cəmi: 221
 
Sol Meleyim
Xəbərləri: 12
Cəmi: 53
 
S)
Xəbərləri: 8
Cəmi: 20
 
 
{slinks}