Bu günün hava proqnozu

 
Bu günün hava proqnozu


Fevralın 23-də Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, gün ərzində əsasən yağmursuz keçəcəyi gözlənilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən AzərTAc-a verilən məlumata görə, səhər yarımadanın bəzi yerlərində zəif duman olacaq, şimal küləyi 8-13 m/s sürətlə əsəcək. Havanın temperaturunun gecə 3-5° şaxta, gündüz 3-6° isti, Bakıda gecə 3-5° şaxta, gündüz 3-5° isti olacağı gözlənilir. Atmosfer təzyiqi 769 mm civə sütunu, nisbi rütubət 85-95 faiz təşkil edəcək. Yollar buz bağlayacaq.

Naxçıvan Muxtar Respublikasında gün ərzində əsasən yağmursuz keçəcək, ayrı-ayrı yerlərdə duman olacaq. Şərq küləyi 5-10 m/s sürətlə əsəcək. Gecə 0-5°, dağlarda gecə 9-14° şaxta, gündüz 1-6° isti olacağı gözlənilir. Gecə və səhər yollar buz bağlayacaq.

Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, həmçinin Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər, Daşkəsən və Gədəbəy rayonlarında gecə və səhər bəzi yerlərdə yağıntı olacağı, sulu qar, qar yağacağı, gün ərzində əsasən yağmursuz keçəcəyi gözlənilir. Ayrı-ayrı yerlərdə duman olacaq. Saniyədə 5-10 metr sürətlə şərq küləyi əsəcək. Gecə 5-10°, gündüz 0-5° şaxta olacağı gözlənilir. Yollar buz bağlayacaq.

Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli və Cəbrayıl rayonlarında hava əsasən yağmursuz keçəcək, səhər ayrı-ayrı yerlərdə duman olacaq. Saniyədə 5-10 metr sürətlə şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 0-5° şaxta, gündüz 1-6° isti olacağı gözlənilir. Gecə və səhər yollar buz bağlayacaq.

Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz və Qusar rayonlarında gecə və səhər bəzi yerlərdə yağıntı olacağı, sulu qar, qar yağacağı, gün ərzində əsasən yağmursuz keçəcəyi gözlənilir. Ayrı-ayrı yerlərdə duman olacaq. Saniyədə 5-10 metr sürətlə şərq küləyi əsəcək. Havanın temperaturu gecə 3-8° şaxta, gündüz 3° şaxtadan 2°-dək isti, dağlarda gecə 9-14°, yüksək dağlıq ərazilərdə 18-23° şaxta, gündüz 3-5° şaxta olacağı gözlənilir. Yollar buz bağlayacaq.

Mərkəzi Aran: Mingəçevir, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan və Neftçala rayonlarında gün ərzində əsasən yağmursuz keçəcək. Saniyədə 5-10 metr sürətlə şərq küləyi əsəcək. Gecə 0-4° şaxta, gündüz 3-7° isti olacaq. Gecə və səhər yollar buz bağlayacaq.

Masallı, Yardımlı, Lerik, Lənkəran və Astara rayonlarında gecə və səhər bəzi yerlərdə yağıntılı olacağı, sulu qar, qar yağacağı, gün ərzində əsasən yağmursuz keçəcəyi gözlənilir. Dağlarda duman olacaq. Saniyədə 5-10 metr sürətlə şərq küləyi əsəcək. Havanın temperaturu gecə 1° şaxtadan 2°-dək isti, gündüz 3-6° isti, dağlarda gecə 5-10° şaxta, gündüz 3° şaxtadan 2° -dək isti olacaq. Yollar buz bağlayacaq.



Geri dön

Rüzgar_Gülüm

  • 23 fevral 2015 21:44
  • Məqalə: 19
  • Şərh: 205
  • Bal:
Hava bu gün gözəl idi

--------------------
Dinim islam kitabım "Quran" mən Allahdan başqasına yalvarmam.

G♥S

  • 23 fevral 2015 16:45
  • Məqalə: 204
  • Şərh: 4099
  • Bal:
{awards}
Xebere gore tewekkur..

--------------------

psix)

  • 23 fevral 2015 13:19
  • Məqalə: 7
  • Şərh: 1683
  • Bal:
{awards}
melumata gore twk

--------------------
......

Pıtırcık

  • 23 fevral 2015 12:45
  • Məqalə: 537
  • Şərh: 9780
  • Bal:
{awards}
məlumata görə sağ olun

--------------------
http://legend.az/user/imza/

Elya Alieva

  • 23 fevral 2015 10:35
  • Məqalə: 102
  • Şərh: 7077
  • Bal:
{awards}
ilik serx menden

--------------------
UREYIM...I MEN

İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 4
Qonaqlar: 37
Cəmi: 76

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 27
Cəmi: 537
 
♔Hе важно∞
Xəbərləri: 21
Cəmi: 89
 
Nergiz__Sirinova
Xəbərləri: 12
Cəmi: 406
 
Sol Meleyim
Xəbərləri: 8
Cəmi: 11
 
AyliN BunyaminovA
Xəbərləri: 4
Cəmi: 390
 
cuppuş))
Xəbərləri: 3
Cəmi: 3
 
Nazrin
Xəbərləri: 2
Cəmi: 11
 
genclik_usaqi
Xəbərləri: 1
Cəmi: 1
 
✰_DeLNoLiNi_✰
Xəbərləri: 1
Cəmi: 156
 
 
{slinks}