Şəhid əsgər Zəlimxan Eybalı oğlu Cavadov son mənzilə uğurlanıb

 
Şəhid əsgər Zəlimxan Eybalı oğlu Cavadov son mənzilə uğurlanıb


Fevralın 21-nə keçən gecə düşmənin Silahlı Qüvvələrimizin bölmələrinin mövqelərinə basqını zamanı şəhid olan əsgər Cavadov Zəlimxan Eybalı oğlu doğulduğu Qobustan rayonunun Ərəbşalbaş kəndində son mənzilə uğurlanıb.
Fəxri qarovulun müşayiəti ilə böyük izdiham şəhidin hələ beş yaşında itirdiyi anasının da uyuduğu kənd qəbiristanlığına doğru irəliləyib. Burada keçirilən vida mərasimini Müdafiə Nazirliyinin zabiti polkovnik Abdulla Qurbani açaraq Müdafiə naziri general-polkovnik Zakir Həsənovun başsağlığını şəhidin ailəsinə və doğmalarına çatdıraraq qeyd edib ki, dünən ATƏT-in Minsk Qrupunun həmsədrləri regionu tərk etdikdən sonra erməni Silahlı Qüvvələrinin təxribat qrupu növbəti dəfə mövqelərimizə basqın etməyə cəhd göstərib. Lakin əsgərlərimizin ayıq-sayıqlığı nəticəsində düşmən itkilər verərək geri çəkilməyə məcbur edilib. Azərbaycan əsgəri şəhidimizin qisasını alıb və bundan sonra da alacaqdır. Şiddətli atışma zamanı mərdliklə həlak olmuş şəhid əsgərimizin xatirəsi heç vaxt unudulmayacaqdır.
Sonra Qobustan rayon İcra Hakimiyyətinin başçısı Adil Məmmədov çıxış edərək bütün qobustanlıların Ali Baş Komandanın hər bir əmrinə hər an hazır olduqlarını bəyan edib və şəhidin dəfn mərasiminin bütün əsgəri ənənələrə uyğun olaraq təşkil edilməsində göstərdiyi köməyə görə Müdafiə Nazirliyinin rəhbərliyinə minnətdarlığını bildirib.
Millət vəkili, professor Xanhüseyn Kazımlı, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Qobustan rayon bölməsinin rəisi polkovnik-leytenant Mərdan Nəhmətov və başqaları çıxış edərək şəhidin atasına Vətən üçün belə igid oğul yetişdirdiyinə görə dərin minnətdarlıqlarını bildiriblər.
Şəhidin tabutu "Vətən sağ olsun!", "Şəhidlər ölməz, Vətən bölünməz!" nidaları və yaylım atəşləri altında məzara endirilib. Cənazə üzərinə sərilmiş bayraq əbədi xatirə saxlanılması üçün şəhidin atasına təqdib olunub.
Şəhid atası bu bayrağın tezliklə Xankəndi, Şuşa, Laçın və işğal altında olan digər torpaqlarda ucaldılacağına əminliyini bildirib və həqiqi hərbi xidmətini bu yaxınlarda başa vuran böyük oğlu Elsevərlə birlikdə oğlunun qisasını almaq üçün Qarabağ uğrunda döyüşlərə hazır olduqlarını deyib.
Şəhid məzarı üzərinə Azərbaycan Respublikası Müdafiə Nazirliyi, Qobustan rayon İcra Hakimiyyəti, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Qobustan rayon bölməsi, Qobustan rayon Polis şöbəsi və digər təşkilatlar adından əklillər və gül dəstələri qoyulub.
Yas mərasimi şəhidin atasının yaşadığı Abşeron rayonunun Nübar qəsəbəsində davam etdiriləcək.


Şəhid əsgər Zəlimxan Eybalı oğlu Cavadov son mənzilə uğurlanıb


Şəhid əsgər Zəlimxan Eybalı oğlu Cavadov son mənzilə uğurlanıb


Şəhid əsgər Zəlimxan Eybalı oğlu Cavadov son mənzilə uğurlanıb


Şəhid əsgər Zəlimxan Eybalı oğlu Cavadov son mənzilə uğurlanıb


Şəhid əsgər Zəlimxan Eybalı oğlu Cavadov son mənzilə uğurlanıb


Şəhid əsgər Zəlimxan Eybalı oğlu Cavadov son mənzilə uğurlanıb


Geri dön

sessiz deniz

  • 24 fevral 2015 15:22
  • Məqalə: 410
  • Şərh: 6771
  • Bal:
Allah rehmet elesin

✰Dгeaм✰

  • 23 fevral 2015 22:04
  • Məqalə: 704
  • Şərh: 15640
  • Bal:
{awards}
Illerdir dirlerr alirix Qarabagi al bu da daha bir wehid...Yatin,millet,yatin...
Allah rehmet elesin wehidimize

Fearless

  • 23 fevral 2015 21:43
  • Məqalə: 282
  • Şərh: 408
  • Bal:
{awards}
ALLAH REHMET ELESIN RUHU SAD OLSUN YERI CENNETLIK OLSUN INSALLAH

--------------------
http:// user/İMZA/

Elya Alieva

  • 23 fevral 2015 20:42
  • Məqalə: 102
  • Şərh: 7020
  • Bal:
{awards}
Allax Raxmet eylesin =(

--------------------
UREYIM...I MEN

(HaYeL)

  • 23 fevral 2015 20:29
  • Məqalə: 60
  • Şərh: 1001
  • Bal:
{awards}
ŞƏHİDLƏR ÖLMƏZDİR BİZİM ÜÇÜN.!
Allah razi olsun=(

--------------------

NIGAR

  • 23 fevral 2015 19:26
  • Məqalə: 873
  • Şərh: 11195
  • Bal:
{awards}
ALLAH RƏHMƏT ELƏSİN sad

--------------------
legend.az/user/imza/legend.az/user/imza/

psix)

  • 23 fevral 2015 19:22
  • Məqalə: 7
  • Şərh: 1655
  • Bal:
{awards}
yeniden bir ana gozu yawli qaldi recourse
wehidler olmur

--------------------
......

★QarA GözLüM★

  • 23 fevral 2015 18:39
  • Məqalə: 96
  • Şərh: 882
  • Bal:
{awards}
Allah rehmet elesin nuru sad olsun

--------------------


İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 3
Qonaqlar: 43
Cəmi: 60

 

Top 10 Müəllif

The Shield
Xəbərləri: 59
Cəmi: 238
 
NIGAR
Xəbərləri: 58
Cəmi: 873
 
Limon qoxusu
Xəbərləri: 53
Cəmi: 78
 
Nergiz__Sirinova
Xəbərləri: 26
Cəmi: 549
 
aytc.sza
Xəbərləri: 24
Cəmi: 27
 
♔Hе важно∞
Xəbərləri: 24
Cəmi: 281
 
Lmzade
Xəbərləri: 22
Cəmi: 22
 
_Qismet_
Xəbərləri: 6
Cəmi: 805
 
..::Kitty::..
Xəbərləri: 4
Cəmi: 16
 
AyliN BunyaminovA
Xəbərləri: 3
Cəmi: 482
 
 
{slinks}