Quranda "Peyğəmbərin yolu ilə gedin" yazılıbmı?

 
Quranda "Peyğəmbərin yolu ilə gedin" yazılıbmı?


Sual:
Salam.quranda yazilibmiki peygenberin yolu ile gedin.yeni saqqal saxlamaq bele weyler olmasa gunahmi qazaniriq.ve birde deyirler cennetde ureyin istediyin her wey olacaq meselcun biwmiw yemeklerdemi olacaq yaxudda eylenceli bir wey.bunlar maraqli gelir insan ucun.
Cavab:
Aleykum salam. Bəli, Qurani Kərimdə Peyğəmbərin (sallallahu aleyhi və səlləm) yolu ilə getməyin əmr olunduğu kifayət qədər ayələr mövcuddur. Məcburiyyət və bilməməzlik halları istisna olmaqla, Peyğəmbərin əmrlərini yerinə yetirməmək günahdır. Uca Allah buyurur:
"Allaha və Peyğəmbərə itaət edin ki, bəlkə sizə rəhm olunsun". (Ali İmran, 132).
"De: “Əgər siz Allahı sevirsinizsə, mənim ardımca gəlin ki, Allah da sizi sevsin və günahlarınızı bağışlasın. Allah Bağışlayandır, Rəhmlidir". (Ali İmran, 31).
"...Peyğəmbər sizə nə verirsə, onu götürün, nəyi də qadağan edirsə, ondan çəkinin. Allahdan qorxun. Həqiqətən, Allah şiddətli cəza verəndir". (əl-Həşr, 7).
"Hər kəs doğru yol ona bəlli olduqdan sonra Peyğəmbərə qarşı çıxsa və möminlərin yolundan başqa bir yolla getsə, onu üz tutduğu yola yönəldər və Cəhənnəmdə yandırarıq. Ora nə pis dönüş yeridir". (ən-Nisə, 115).
"Xeyr! Sənin Rəbbinə and olsun ki, onlar öz aralarında baş verən çəkişmələrdə səni hakim hesab etməyincə, sonra da verdiyin hökmlərə görə özlərində bir sıxıntı duymadan tam təslim olmayınca iman gətirmiş olmazlar". (ən-Nisə, 65).
"Ey iman gətirənlər! Allaha və Elçisinə itaət edin, həm də özünüzdən olan rəhbərlərə (şəriətə uyğun şəkildə itaət edin). Əgər bir şey haqqında mübahisə etsəniz, Allaha və Axirət gününə inanır-sınızsa, Allaha və (Onun) Elçisinə müraciət edin. Bu, (sizin üçün) daha xeyirli və nəticə etibarilə daha yaxşıdır". (ən-Nisə, 59).
"Kim Peyğəmbərə itaət edərsə, Allaha itaət etmiş olar, kim üz çevirərsə, (bil ki,) Biz səni onlara gözətçi göndərməmişik". (ən-Nisə, 80).
"Allahın Elçisi sizlərə – Allaha və Axirət gününə ümidini bağlayanlara və Allahı çox zikr edənlərə gözəl nümunədir". (əl-Əhzəb, 21).
"Allah və Onun Elçisi bir işə hökm verdiyi zaman heç bir mömin kişi və mömin qadın öz işlərində istədikləri qə­­rarı verə bilməzlər. Allaha və Onun Elçisinə asi olan kəs, əlbəttə ki, açıq-aydın azğınlığa düşmüşdür". (əl-Əhzəb, 36).
"Ey iman gətirənlər! (Peyğəmbər) sizi, həyat verəcək şeylərə çağırdığı zaman Allahın və Peyğəmbərinin çağırışına cavab verin. Bilin ki, Allah insanla onun qəlbi arasındadır (onun istəyinə çatmasına mane ola bilər) və siz Onun hüzuruna toplanılacaqsınız". (əl-Ənfəl, 24).
"De: "Ey insanlar! Şübhəsiz ki, mən sizin hamınız üçün Allahın elçisiyəm. Göylərin və yerin hökmranlığı Ona məxsusdur, Ondan başqa ilah yoxdur. O həm dirildir, həm də öldürür. Elə isə Allaha və Onun Elçisinə – yazıb oxumaq bilməyən, həm də Allaha və Onun kəlmələrinə inanan peyğəmbərə iman gətirin. Onun ardınca gedin ki, bəlkə doğru yola yönələsiniz". (əl-Əraf, 158).


Geri dön

Elya Alieva

  • 2 mart 2015 18:34
  • Məqalə: 102
  • Şərh: 7076
  • Bal:
Allax razi olsun!

--------------------
UREYIM...I MEN

Bash Belası

  • 25 fevral 2015 02:29
  • Məqalə: 158
  • Şərh: 5011
  • Bal:
{awards}
Allah razı oLsun...!

Sucan

  • 24 fevral 2015 19:17
  • Məqalə: 0
  • Şərh: 1653
  • Bal:
{awards}
Allah bin kere razi olsun

sessiz deniz

  • 24 fevral 2015 14:56
  • Məqalə: 410
  • Şərh: 6840
  • Bal:
{awards}
Allah razi olsunnnnn

G♥S

  • 24 fevral 2015 14:02
  • Məqalə: 204
  • Şərh: 4097
  • Bal:
{awards}
Allah razi olsun..!

--------------------

Elya Alieva

  • 24 fevral 2015 11:27
  • Məqalə: 102
  • Şərh: 7076
  • Bal:
{awards}
Allax razi olsun

--------------------
UREYIM...I MEN

Pıtırcık

  • 24 fevral 2015 10:51
  • Məqalə: 440
  • Şərh: 9608
  • Bal:
{awards}
Allah razı olsun

--------------------


http://legend.az/user/imza/http://legend.az/user/imza/
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 2
Qonaqlar: 31
Cəmi: 44

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 29
Cəmi: 440
 
Nergiz__Sirinova
Xəbərləri: 22
Cəmi: 372
 
♔Hе важно∞
Xəbərləri: 11
Cəmi: 26
 
_TUNAR_MAMEDOV_
Xəbərləri: 2
Cəmi: 673
 
Mövlud Ağamməd
Xəbərləri: 2
Cəmi: 22
 
Ufuk Kazimi
Xəbərləri: 1
Cəmi: 2
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 1
Cəmi: 1139
 
TacsizKRalica
Xəbərləri: 1
Cəmi: 2
 
m_aynur97
Xəbərləri: 1
Cəmi: 1
 
FullFidawka
Xəbərləri: 1
Cəmi: 2
 
 
{slinks}