Bu günün hava praqnozu

 
Bu günün hava praqnozu

Fevralın 24-də Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərdə duman olacaq.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən AzərTAc-a verilən məlumata görə, şimal-şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 0-2° şaxta, gündüz 6-8° isti, Bakıda gecə 0-2 şaxta, gündüz 6-8° isti olacağı gözlənilir.

Atmosfer təzyiqi normadan yüksək 768 mm civə sütunu, nisbi rütubət 80-90 faiz təşkil edəcək. Gecə və səhər yollar buz bağlayacaq.

Naxçıvan Muxtar Respublikasında hava, əsasən, yağmursuz keçəcək. Bəzi yerlərdə duman olacaq. Şərq küləyi əsəcək. Temperaturun gecə 0-5° şaxta, dağlıq ərazilərdə 8-13° şaxta, gündüz 5-10 isti olacağı gözlənilir.

Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, həmçinin Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər və Daşkəsən-Gədəbəy rayonlarında hava, əsasən, yağmursuz keçəcək. Bəzi yerlərdə duman olacaq. Şərq küləyi əsəcək. Temperaturun gecə 6-11° şaxta, gündüz 1-6° isti olacağı gözlənilir. Gecə və səhər yollar buz bağlayacaq.

Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli və Cəbrayıl rayonlarında hava, əsasən, yağmursuz keçəcək. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Şərq küləyi əsəcək. Temperaturun gecə 3° şaxtadan 2°-dək isti, gündüz 5-9° isti olacağı gözlənilir.

Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz və Qusar rayonlarında hava, əsasən, yağmursuz keçəcək. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Şərq küləyi əsəcək. Temperaturun gecə 0-5° şaxta, gündüz 2-7° isti, dağlarda gecə 7-12° şaxta, yüksək dağlıq ərazilərdə 18-23° şaxta, gündüz 3° şaxtadan 2°-dək isti olacağı gözlənilir.

Gecə və səhər yollar buz bağlayacaq.

Mərkəzi Aran: Mingəçevir, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan və Neftçala rayonlarında hava, əsasən, yağmursuz keçəcək. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Şərq küləyi əsəcək. Temperaturun gecə 2° şaxtadan 3°-dək isti, gündüz 5-10° isti olacağı gözlənilir. Gecə və səhər yollar buz bağlayacaq.

Masallı, Yardımlı, Lerik, Lənkəran və Astara rayonlarında hava, əsasən, yağmursuz keçəcək. Gecə və səhər dağlarda duman olacaq. Şərq küləyi əsəcək. Temperaturun gecə 3° şaxtadan 2°-dək isti, gündüz 5-9° isti, dağlarda gecə 9-14 şaxta, gündüz 0-4° isti olacağı gözlənilir. Yollar buz bağlayacaq.


Geri dön

Elya Alieva

  • 2 mart 2015 18:33
  • Məqalə: 102
  • Şərh: 7020
  • Bal:
Melumat cun sbs.....

--------------------
UREYIM...I MEN

Bash Belası

  • 25 fevral 2015 02:28
  • Məqalə: 158
  • Şərh: 4873
  • Bal:
{awards}
MeLumata göre saoLun...

G♥S

  • 24 fevral 2015 13:38
  • Məqalə: 204
  • Şərh: 4080
  • Bal:
{awards}
Melumata gore twk..

--------------------

Elya Alieva

  • 24 fevral 2015 11:28
  • Məqalə: 102
  • Şərh: 7020
  • Bal:
{awards}
Tesekkurler

--------------------
UREYIM...I MEN

NIGAR

  • 24 fevral 2015 10:48
  • Məqalə: 874
  • Şərh: 11195
  • Bal:
{awards}
məlumata görə sağ olun

--------------------
legend.az/user/imza/legend.az/user/imza/
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 4
Qonaqlar: 90
Cəmi: 121

 

Top 10 Müəllif

The Shield
Xəbərləri: 59
Cəmi: 238
 
NIGAR
Xəbərləri: 59
Cəmi: 874
 
Limon qoxusu
Xəbərləri: 53
Cəmi: 78
 
Nergiz__Sirinova
Xəbərləri: 26
Cəmi: 549
 
aytc.sza
Xəbərləri: 24
Cəmi: 27
 
♔Hе важно∞
Xəbərləri: 24
Cəmi: 281
 
Lmzade
Xəbərləri: 22
Cəmi: 25
 
_Qismet_
Xəbərləri: 6
Cəmi: 805
 
..::Kitty::..
Xəbərləri: 4
Cəmi: 16
 
AyliN BunyaminovA
Xəbərləri: 3
Cəmi: 482
 
 
{slinks}