Ən ideal insan

 
Ən ideal insan


Psixatriya xəstəxanasında iki nəfər bir-biri ilə söhbət edirdi. Biri o birisindən soruşdu: “Nə üçün buradasınız?”

Həmin adam üzünü sual soruşana tərəf tutub cavab verdi:”Hər kəsin məndən olmaq istədiyi insan ola bilmədiyim üçün.” “Anlamadım, nə demək istəyirsən?”

“Atam mənimlə fəxr etmək üçün çox yaxşı şagird olmağımı istəyirdi, amma mən yaxşı qiymətlər almadığım üçün mənim kimi övladı olduğu üçün utanırdı. Mənim orta səviyyəli bir şagird olmağımı qəbul etmədiyi üçün məni tənbəllikdə ittiham edirdi. Çünki, “onun övladı” çox insan kimi “adi” ola bilməzdi. Bir gün məni ova apardı. Oğlunun əsl kişi olduğunu sübut etmək üçün məndən bir ceyranı tüfənglə vurmağımı istədi.”

Özü də yaxşı ovçu olan digəri ondan soruşdu: “Neçə xal aldın?” “Heç nə… Ağlamağa başladım və atam məni bir də heç vaxt ova aparmadı. Atam mənim onun kimi vəkil olmağımı istəyirdi. Babam isə özü kimi dülgər. Amma anam dayım kimi bank işçisi olmağımı istəyirdi. Nənəm isə din xadimi olmağımı istəyirdi.

Məhəlləmizin mollası mələk kimi qüsursuz olmağımı, dostlarım isə film aktyorlarına oxşamağımı istəyirdi.” Deyə davam etdi: ”Nişanlım hər şey olmağımı istəyirdi. Atası isə qızının gözündə qiymətdən düşməsin deyə mənim “heç nə” olmağımı arzulayırdı. Televiziya proqramları içkidən istifadə etməyim, avtomobillərə və siqaretə aludə olmağım üçün məni həvəsləndirir, “xəbərlər” isə belə şeylərdən uzaq olmağımı istəyirdi.”

Bu sözlərdən sonra bir qədər duruxdu: “Üzr istəyirəm, sizi də narahat etdim. Mən bir ildir buradayam və artıq dəqiq bilirəm ki, dəli olmaq istəmirəm. Siz nə qədər vaxtır buradasınız?”

“Mən buraya öz qohumumu görmək üçün gəlmişəm ““Hə başa düşdüm, siz də divarın o biri tərəfindəki dəlixanada yaşayırsınız.”Gəlin doğmalarımızı bizim ağlımızdakı “ideal” insan olmağa məcbur etməyək. Unutmayın bizim ideal insan kimi düşündüyümüz bir stereotip heç də əsl ideal insan demək deyil. Dünyanın ən ideal insanı, özü kimi olmağı bacaran insandır.


Geri dön

Elya Alieva

  • 1 mart 2015 14:34
  • Məqalə: 102
  • Şərh: 7020
  • Bal:
Maraqli xekayedir sbs

--------------------
UREYIM...I MEN

sessiz deniz

  • 27 fevral 2015 19:40
  • Məqalə: 410
  • Şərh: 6771
  • Bal:
{awards}
twklerrrrrr

psix)

  • 26 fevral 2015 19:47
  • Məqalə: 7
  • Şərh: 1655
  • Bal:
{awards}
ideal insan neto(((

--------------------
......

NIGAR

  • 26 fevral 2015 18:30
  • Məqalə: 581
  • Şərh: 9774
  • Bal:
{awards}
Gəlin doğmalarımızı bizim ağlımızdakı “ideal” insan olmağa məcbur etməyək. Unutmayın bizim ideal insan kimi düşündüyümüz bir stereotip heç də əsl ideal insan demək deyil. Dünyanın ən ideal insanı, özü kimi olmağı bacaran insandır.

--------------------
legend.az/user/imza/

Minnow.

  • 26 fevral 2015 18:28
  • Məqalə: 40
  • Şərh: 703
  • Bal:
{awards}
Ideal insan yoxdu.

--------------------

17.03.2015

Kim isdese dosluqdan cixara biler daha gelmiyecem sayıta SaGoLuN

Bash Belası

  • 26 fevral 2015 18:08
  • Məqalə: 158
  • Şərh: 4873
  • Bal:
{awards}
Unutmayın bizim ideal insan kimi düşündüyümüz bir stereotip heç də əsl ideal insan demək deyil. Dünyanın ən ideal insanı, özü kimi olmağı bacaran insandır.

★QarA GözLüM★

  • 26 fevral 2015 17:35
  • Məqalə: 96
  • Şərh: 882
  • Bal:
{awards}
Dünyanın ən ideal insanı, özü kimi olmağı bacaran insandır.

--------------------


İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 9
Qonaqlar: 52
Cəmi: 84

 

Top 10 Müəllif

NIGAR
Xəbərləri: 39
Cəmi: 581
 
♔Hе важно∞
Xəbərləri: 20
Cəmi: 112
 
MiSS HaPPy)
Xəbərləri: 13
Cəmi: 23
 
Nergiz__Sirinova
Xəbərləri: 12
Cəmi: 421
 
Sol Meleyim
Xəbərləri: 11
Cəmi: 22
 
คşк łคfтคɴ คɴłคмคz ❤
Xəbərləri: 9
Cəmi: 675
 
AyliN BunyaminovA
Xəbərləri: 9
Cəmi: 400
 
ஐ Payiz ஐ
Xəbərləri: 8
Cəmi: 8
 
QERCOQINYA
Xəbərləri: 4
Cəmi: 4
 
Dəlishka
Xəbərləri: 3
Cəmi: 5
 
 
{slinks}