"əl-Beyyinə" surəsinin izahı

 
"əl-Beyyinə" surəsinin izahı


Mərhəmətli və Rəhmli Allahın adı ilə!
1. Kitab əhlindən və müşriklərdən inkar edənlər onlara açıq-aydın dəlil gəlməyincə küfrlərindən əl çəkmədilər. 2. Bu dəlil pak səhifələri oxuyan Allahın göndərdiyi Elçidir. 3. Onların içində doğru yazılar vardır. 4. Kitab verilənlər onlara yalnız aydın bir dəlil gəldikdən sonra ayrıldılar. 5. Halbuki onlara, dini məhz Allaha məxsus edərək, həniflər kimi ibadət etmək, namaz qılmaq və zəkat vermək əmr olunmuşdu. Doğru din də elə budur! 6. Həqiqətən, Kitab əhlindən və müşriklərdən inkar edənlərin məskəni Cəhənnəm odu olacaq və orada əbədi qalacaqlar. Onlar məxluqatın ən pisləridir. 7. Şübhəsiz ki, iman gətirib yaxşı işlər görənlər məxluqların ən yaxşısıdırlar. 8. Onların Rəbbinin yanındakı mükafatı ağacları altından çaylar axan, içində əbədi qalacaqları Ədn bağlarıdır. Allah onlardan razıdır, onlar da Ondan razıdırlar. Bu nemətlər, Rəbbindən qorxan kimsələrdən ötrüdür!

əl-Beyyinə (Açıq-aydın dəlil) surəsinin izahı
Kitab əhlindən və müşriklərdən inkar edənlər onlara açıq-aydın dəlil gəlməyincə küfrlərindən əl çəkmədilər.
Kitab əhli dedikdə Tövrat və İncil verilmiş yəhudi və xristianlar nəzərdə tutulur. Burada müşriklər dedikdə İsrail oğullarından və başqa qövmlərdən olan bütpərəstlər nəzərdə tutulur. Açıq-aydın dəlil (əl-Beyyinə) hər bir məsələdə haqqı bəyan edən sübuta deyilir. Sonra Uca Allah buradakı açıq-aydın dəlili bəyan edərək buyurur:

Bu dəlil pak səhifələri oxuyan Allahın göndərdiyi Elçidir.
Allahın göndərdiyi Elçi peyğəmbərimiz Muhəmməd ibn Abdullah ibn Abdulmuttalibdir. O, Cəbrail vasitəsilə Allahın nazil etdiyi Quranın pak səhifələrini insanlara oxuyaraq haqqı bəyan etmişdir.

Onların içində doğru yazılar vardır.
Qurani-Kərimi oxuyan hər bir insan onun içində ancaq doğru yazıların olduğunu görər. Əgər biz Quranda Allahın tövhidi (təkliyi), həmçinin, Peyğəmbərin və onun səhabələrinin vəsfi, eləcə də namaz, zəkat, həcc ibadətləri və gözəl əxlaq ilə bağlı buyurulanlara baxsaq, onların doğru olmasını görərik. Quran Allahdan gəldiyinə görə onda heç bir xətaya rast gəlmək mümkün deyildir.
Uca Allah bu ayələrdə Kitab əhlindən və müşriklərdən olan kafirlərə açıq-aydın dəlil gəlməyincə küfrlərindən əl çəkmədiklərini xəbər verir. Bəs elə isə açıq-aydın dəlil gəldikdə onlar öz batil dinlərindən, şirk və küfrlərindən əl çəkdilərmi? Uca Allah bu sualın cavabını verərək buyurur:

Kitab verilənlər onlara yalnız aydın bir dəlil gəldikdən sonra ayrıldılar.
Onlara açıq-aydın dəlil gəldikdə onlar ixtilaf etdilər, bəziləri iman gətirdi, digərləri isə inkar edərək küfr etdilər. Xristianlardan Həbəşistanın kralı Nəcaşı kimi və yəhudilərdən Abdullah ibn Səlam kimi insanlar Peyğəmbərə iman gətirdilər. Kitab əhlindən xoşniyyətli olanlar, Allahın dinini sevənlər iman gətirdilər və imanlarından razı oldular. İman gətirməyənlər isə öz küfrlərində qalmağa razı oldular. Həmçinin, müşriklərə də açıq-aydın dəlil gəldikdə iman gətirənlər və müxalif olub haqdan dönənlər oldu. Sonra Uca Allah buyurur:

Halbuki onlara, dini məhz Allaha məxsus edərək, həniflər kimi ibadət etmək, namaz qılmaq və zəkat vermək əmr olunmuşdu. Doğru din də elə budur!
Uca Allah yəhudi və xristianlardan olan Kitab əhlinə ibadətləri yalnız Allah xatirinə etmələrini əmr etmişdir. Bu ayədə “həniflər” dedikdə Allaha şərik qoşmaqdan uzaq duraraq yalnız Ona ibadət etməyə yönələn müvəhhidlər nəzərdə tutulur. Uca Allah başqa bir ayədə öz peyğəmbərinə belə buyurur:
“De: "Həqiqətən, Rəbbim məni doğru yola, həqiqi dinə, hənif İbrahimin dininə yönəltdi. O heç vaxt müşriklərdən olmamışdı". De: "Şübhəsiz ki, mənim namazım da, qurbanım da, həyatım da, ölümüm də aləmlərin Rəbbi Allah üçündür! Onun heç bir şəriki yoxdur. Mənə belə buyurulmuşdur və mən müsəlmanların birincisiyəm" (əl-Ənam, 161-163).
Həmçinin, Uca Allah dinin əsaslarından olan namazı və zəkatı onlara əmr etdiyini xəbər verir. İnsanı Allahın razılığına və Cənnətə aparan doğru din də məhz budur!

Həqiqətən, Kitab əhlindən və müşriklərdən inkar edənlərin məskəni Cəhənnəm odu olacaq və orada əbədi qalacaqlar. Onlar məxluqatın ən pisləridir.
Bu ayədə Uca Allah Kitab əhlindən və müşriklərdən iman gətirməyənləri Cəhənnəm oduna düşəcəklərini xəbər verir. Cəhənnəm dərin və zülmət içində olduğu üçün belə adlandırılmışdır.
Muhəmməd peyğəmbəri inkar edən yəhudi və xristianlar Allaha və axirət gününə iman gətirdiklərini iddia etsələr belə kafir hesab olunurlar. Çünki, əgər onlar Allaha və axirət gününə həqiqətən iman gətirsəydilər, Tövratda və İncildə haqqında yazılmış Muhəmməd peyğəmbərə də iman gətirərdilər. Uca Allah buyurur:
“O kəslər ki, yanlarındakı Tövrat və İncildə haqqında yazılmış olduğunu gördükləri elçinin – yazıb-oxumaq bilməyən peyğəmbərin, ardınca gedərlər. O peyğəmbər onlara yaxşı işlər görməyi buyurar, pis əməlləri isə qadağan edər, onlara pak şeyləri halal, murdar şeyləri isə haram edər. Onların ağır yüklərini yüngülləşdirər və onları buxovlardan xilas edər. Ona iman gətirən, onu dəstəkləyən, ona kömək edən və onunla göndərilmiş nurun (Quranın) ardınca gedənlər isə nicat tapanlardır" (əl-Əraf, 157).
Həmçinin, Uca Allah İsa peyğəmbərin İsrail oğullarına belə buyuruduğunu xəbər verir:
“Bir zaman Məryəm oğlu İsa demişdi: "Ey İsrail oğulları! Həqiqətən, mən Allahın sizə göndərdiyi, məndən əvvəl nazil edilmiş Tövratı təsdiqləyən və məndən sonra gələcək Əhməd adlı elçisi ilə sizi müjdələyən bir elçisiyəm!" Allahın elçisi onlara açıq-aydın dəlillər gətirdikdə onlar: "Bu, aşkar bir sehrdir!"– dedilər” (əs-Saff, 6).
Uca Allah müşriklərdən, yəhudi və xristianlardan kafir olanları məxluqatın ən pisləri adlandırır. Uca Allah başqa bir ayədə buyurur:
“Şübhəsiz ki, Allah yanında canlıların ən pisi kafir olanlardır. Onlar iman gətirməzlər” (əl-Ənfal, 55).
Uca Allah bu surədə kafirlərin hökmünü qeyd etdikdən sonra möminlərin hökmü haqda xəbər verərək buyurur:

Şübhəsiz ki, iman gətirib yaxşı işlər görənlər məxluqların ən yaxşısıdırlar.
İman gətirib yaxşı işlər görənlər məxluqların ən xeyirlisidirlər. Onlar Uca Allahın buyurduğu kimi dörd təbəqədirlər:
“Allaha və Onun Elçisinə itaət edənlər Allahın onlara nemət olaraq bəxş etdiyi peyğəmbərlərlə, sidq ürəkdən inananlarla, şəhidlərlə və əməlisalehlərlə birlikdə olacaqlar. Onlar necə də gözəl dostlardır” (ən-Nisə, 69).
Bunların ən üstünü peyğəmbərlər, sonra sadiqlər, şəhidlər və əməlisalehlərdir. Sonra Uca Allah onların mükafatını bəyan edərək belə buyurur:

Onların Rəbbinin yanındakı mükafatı ağacları altından çaylar axan, içində əbədi qalacaqları Ədn bağlarıdır. Allah onlardan razıdır, onlar da Ondan razıdırlar. Bu nemətlər, Rəbbindən qorxan kimsələrdən ötrüdür!
İman gətirib yaxşı işlər görənlər üçün Cənnətdə uca mənzillər veriləcək. Orada heç bir kəsin görmədiyi, eşitmədiyi və insanın ağlına belə gəlmədiyi nemətlər vardır. İnsanın bu dünyada Cənnətin nemətlərini təsəvvür etməsi mümkün deyildir. Görkəmli təfsir alimi İbn Abbas demişdir: “Cənnətdə dünyadakı nemətlərdən yalnız adları mövcuddur”.
Ədn Cənnətin adlarından biridir. Ədn sözü daimi iqamətgah deməkdir. Möminlər orada olan mükəmməl nemətləri gördükdə onları başqası ilə dəyişmək istəməyəcəklər. Uca Allah buyurur: “Onlar orada əbədi qalacaq, oranı başqa bir yerə dəyişmək istəməyəcəklər” (əl-Kəhf, 108).
Ona görə də Uca Allah onu Ədn adlandırmışdır. Onun ağacları və qəsrləri altından çaylar axacaq. Bu çaylar haqqında Uca Allah buyurur:
“Müttəqilərə vəd olunan Cənnətin vəsfi belədir; orada xarab olmayan sudan çaylar, dadı dəyişməyən süddən çaylar, içənlərə ləzzət verən şərabdan çaylar və süzülmüş baldan çaylar vardır. Orada onları hər cür meyvə və Rəbbi tərəfindən bağışlanma gözləyir. Məgər onlar od içində əbədi qalan və bağırsaqlarını parça-parça edən qaynar su içirdiləcək kimsələr kimi ola bilərlərmi?” (Muhəmməd, 15).
Həmçinin, səhih rəvayətlərdə bu çayların yerin üstü ilə qanovsuz axdığı bildirilir. Möminlər Cənnətdə daima nemət içində əbədi qalaraq heç vaxt ölməyəcək, xəstələnməyəcək, qocalmaya­caq, kədərlənməyəcək və yorğunluq hiss etməyəcəklər. Allah onlardan razı qalacaq və onlara heç vaxt qəzəblənməyəcək, onlar da Allahdan razı qalacaqlar. Bu mükafat Allahı tanıyaraq Ondan qorxan kimsələr üçün hazırlanmışdır.


Geri dön

Elya Alieva

  • 1 mart 2015 16:58
  • Məqalə: 102
  • Şərh: 7020
  • Bal:
Allax razi olsun

--------------------
UREYIM...I MEN

sessiz deniz

  • 27 fevral 2015 19:44
  • Məqalə: 410
  • Şərh: 6771
  • Bal:
{awards}
Allah razi olsunnnnnn

Rüzgar_Gülüm

  • 26 fevral 2015 16:00
  • Məqalə: 19
  • Şərh: 203
  • Bal:
{awards}
Allah razı olsun! Bu cür xəbərləri hazırlıyanan.

--------------------
Dinim islam kitabım "Quran" mən Allahdan başqasına yalvarmam.

Bash Belası

  • 26 fevral 2015 15:44
  • Məqalə: 158
  • Şərh: 4873
  • Bal:
{awards}
Allah razı oLsun...

NIGAR

  • 26 fevral 2015 14:02
  • Məqalə: 642
  • Şərh: 10090
  • Bal:
{awards}
Allah razı olsun

--------------------
legend.az/user/imza/

Sucan

  • 26 fevral 2015 13:49
  • Məqalə: 0
  • Şərh: 1644
  • Bal:
{awards}
Allah razi olsun

İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 9
Qonaqlar: 46
Cəmi: 77

 

Top 10 Müəllif

NIGAR
Xəbərləri: 55
Cəmi: 642
 
MiSS HaPPy)
Xəbərləri: 46
Cəmi: 77
 
Cəռռəҭ ♥ Ҩօჯυʅυო
Xəbərləri: 44
Cəmi: 59
 
Arzu_zadeh
Xəbərləri: 40
Cəmi: 176
 
♔Hе важно∞
Xəbərləri: 35
Cəmi: 150
 
Pəri
Xəbərləri: 12
Cəmi: 238
 
คşк łคfтคɴ คɴłคмคz ❤
Xəbərləri: 10
Cəmi: 685
 
melek432
Xəbərləri: 10
Cəmi: 10
 
Toxunma Xeyallarima
Xəbərləri: 7
Cəmi: 27
 
Sol Meleyim
Xəbərləri: 7
Cəmi: 30
 
 
{slinks}