Dil ilə olan zikrin iki faydası

 
Dil ilə olan zikrin iki faydası



Allahı anmaq yadımızdan çıxmasın deyə, qəlbi və ruhi diqqətin davamlı olması üçün dillə olan zikrdən kömək almalıyıq...

Dillə olan zikrin ilk hədəf və faydası budur ki, insanın diqqətinin müqəddəs varlıqda təmərküzləşə bilməsi üçün insanda mövcud olan Allahı anmanın zəif dərəcəsini gücləndirir.

Başlanğıcda Allaha diqqəti qaranlıq və ya pərakəndədir, amma dillə olan zikri söyləməklə, xüsusilə namaz qılanda həmin diqqət təmərküz tapıb, güclənir və Allaha sarı istiqamət alır. Bu dillə olan zikr üçün təsvir oluna biləcək faydalardan biridir.

Dillə olan zikrin başqa bir faydası da budur ki, əgər ləfzi zikri söyləməklə zəif diqqət güclənmirsə, ən azı sabit qalır və tamamilə məhv olmur.

İnsanın daşıdığı hallar, o cümlədən Allahı yad etməsi daim dəyişkəndir və zavala uğramaq təhlükəsi ilə üzləşə bilər. Bu səbəbdən Allahı anmaq yadımızdan çıxmasın deyə, qəlbi və ruhi diqqətin davamlı olması üçün dillə olan zikrdən kömək almalıyıq. Beləliklə, zikr üçün iki hədəf və faydanı göstərmək olar və əlbəttə ki, birincinin faydası daha üstündür.

Hərdən də elə olur ki, zikri söyləmək adət halına keçir və yalnız dili tərpətməklə müəyyən sözləri tələffüz etməkdən başqa bir şey olmur. Necə ki, bə᾽zi adamlar bə᾽zi əməlləri və sözləri düşünmədən, adət etdikləri üçün edirlər. Belə adət halına keçmiş əməllərin icrasında insanlar o qədər də gördükləri işə diqqətli olmurlar. Bə᾽ziləri səhərdən axşama kimi əllərində təsbih çevirirlər, lakin bu adi adət halına keçmiş bir məşğuliyyətdir və heç bir faydası da yoxdur. Və ya bə᾽ziləri barmaqları ilə saqqallarına tumar çəkirlər və bu, adət halı aldığı üçün gördükləri işə o qədər də diqqət yetirmirlər. Dilin adət etdiyi işlər də, bə᾽zi uşaqların danışdıqları sözün mə᾽nasına diqqət yetirmədən əzbərlədikləri bir iki kəlməni adət olaraq elə hey söylədikləri kimidir.

Bizim əksəriyyətimiz də bə᾽zi dua və zikrləri adət etdiyimiz üçün oxuyuruq və azacıq da olsa, nə dediyimizin, nədən danışıldığının fərqinə varmırıq; buna görə də, qəlbimizdə heç bir tə᾽sir, dəyişiklik hiss etmirik.

Ola bilsin ki, əvvəldə bir işə diqqətlə başlayaq və hansısa zikri söyləyək. Məsələn, eşidirik ki, rəvayətlərin birində deyilir ki, həzrəti Zəhranın (ə) təsbihini və ya filan zikri söyləməyin nə qədər savabı vardır. Buna görə də, həmin təsbihi diqqətlə oxuyuruq. Lakin get-gedə diqqətimiz zəifləməyə başlayır. İş o yerə çatır ki, axırda sözlər adət halına keçdiyi üçün diqqət etmədən deyib keçirik. Əlbəttə «Allahu Əkbər», «La ilahə illəllah» kimi zikrlərin mə᾽nalarına diqqət etmədən də söyləmək puç və alçaq sözləri söyləməkdən daha yaxşıdır, lakin insanın ruhunda lazım olan tə᾽siri qoymayacaqdır.

Elələri də olub ki, Allaha heç e᾽tiqadları da olmayıb, lakin adət etdikləri üçün danışıq əsnasında tez-tez Allahın adını çəkir, Ona and içirdilər; çünki bu iş onların adət-ən᾽ənəsinə çevrilmişdir. Hətta əvvəllər öz kommunistlərimizdən bə᾽ziləri Allaha, dinə e᾽tiqadları olmamasına baxmayaraq, adət etdikləri üçün bir-birlərindən ayrılanda «Allah amanında» deyib ayrılırdılar. Onlar bu sözləri söyləyərkən, heç də onun mə᾽nasına diqqət yetirmirdilər. Elə biz müsəlmanlar da çox vaxt Allahın adını adət üzündən dilimizə gətiririk və onun mə᾽nasına o qədər də fikir vermirik.

Cahil, eləcə də İslamın əvvəllərində təzə müsəlmanlığı qəbul etmiş ərəblər arasında Allahın adını çəkmək adi hal idi. Hətta ən adi işlərdə də Allahın adını çəkirdilər. Küçədə bir iti və ya donuzu görəndə, nifrət əlaməti olaraq deyirdilər: «Allah səni öldürsün». Bu sözü söyləyərkən, heç də Allahın adına fikir vermirdilər. Bu adi adət idi və onlar heç də bu işi qəlbdən, e᾽tiqad bəsləyərək görmürdülər. Aydındır ki, bu sözləri bu şəkildə söyləmək, insana heç bir tə᾽sir bağışlamır və Allahı anmaq hesab olunmur.

Bu hədisdə Peyğəmbəri-əkrəm (s) Əbuzərə tapşırır: «Allahı yad etmək istəyəndə öncə Onun əzəmət və cəlalını təsəvvüründə canlandır. Həmişə yadında olsun, Allah bütün varlıq dünyasının yaradıcısıdır və hər şey Onun qüdrət əlindədir. Allah özü nəhayətsiz əzəmət və cəlal sahibi olduğu kimi, Onun adı da bir o qədər əzəmətli və cəlallıdır. Bu səbəbdən, Onu diqqət və əzəmətlə yad et. Allahın adını qəlbi hazırlıq və səmimiyyətlə yad edə bilməyin üçün öncə Onun əzəməti sənin ruh və qəlbində özünə yer tapmalıdır. Elə olmasın ki, cahil adamlar kimi dediyinin fərqində olmadan, dilin adət etdiyi üçün Allahı yad edəsən. İnsanın ruhuna tə᾽sir edən, qəlbin rahatlıq tapması və namazın hədəfi olmasına və insanın mə᾽nəvi yüksəlişinə səbəb olan, onun puç, maddi baxışlardan əl çəkib, əbədi axirət dünyası və tükənməz ne᾽mətlərə baxışını yönəldən, insan və Allah arasında qırılmaz əlaqə yaradan zikr o zikrdir ki, mə᾽nasına diqqət edilsin və Allahın hüzurunu nəzərdə tutaraq dilə gətirilsin. Bu həmin o zikrdir ki, Allah onun vəsfində buyurur:

«Mö᾽minlər yalnız o kəslərdir ki, Allah adı çəkiləndə (Onun heybət və əzəmətindən) ürəkləri qorxudan titrəyər, Allahın ayələri oxunan zaman həmin ayələr onların imanlarını daha da artırar...»

Yaxşı olar ki, sonda Həzrət Əlinin (ə) kəlamında Peyğəmbərin (s) bə᾽zi səhabələrinin zikrə hansı diqqətlə yanaşdıqlarına nəzər yetirək: «Mən Məhəmmədin (s) səhabələrini gördüm, lakin sizlərdən heç birini onlar kimi görmürəm. Onlar səhər vaxtı üst-başları qubarlı, saçları dağınıq olardılar; çünki gecəni səhərə qədər səcdədə və namaz qılmaqda idilər. Hərdən alınlarını, hərdən də yanaqlarını torpağa qoyurdular. Qiyaməti yad edərkən, iztirabdan yanar köz kimi olardılar. Uzun səcdəyə qapılmaqdan alınları keçinin dizləri kimi döyənək olub, qabar bağlamışdı».


Geri dön

Elya Alieva

  • 1 mart 2015 14:27
  • Məqalə: 102
  • Şərh: 7076
  • Bal:
Allax razi olsun

--------------------
UREYIM...I MEN

(HaYeL)

  • 27 fevral 2015 01:11
  • Məqalə: 60
  • Şərh: 1020
  • Bal:
{awards}
Allah razi olsun.

--------------------

Fearless

  • 26 fevral 2015 20:05
  • Məqalə: 282
  • Şərh: 412
  • Bal:
{awards}
ALLAH RAZI OLSUN XEBERE GORE TWKLER

--------------------
http:// user/İMZA/

psix)

  • 26 fevral 2015 19:41
  • Məqalə: 7
  • Şərh: 1683
  • Bal:
{awards}
allahin salami ve rehmeti uzerinize.allah razi olsun elleriniz derd gormesin.meqaleye gore tewekkur edirem size

--------------------
......

Pıtırcık

  • 26 fevral 2015 18:12
  • Məqalə: 387
  • Şərh: 9508
  • Bal:
{awards}
ALLAH RAZI OLSUN

--------------------
http://legend.az/user/imza/

Bash Belası

  • 26 fevral 2015 17:49
  • Məqalə: 158
  • Şərh: 5011
  • Bal:
{awards}
Dillə olan zikrin ilk hədəf və faydası budur ki, insanın diqqətinin müqəddəs varlıqda təmərküzləşə bilməsi üçün insanda mövcud olan Allahı anmanın zəif dərəcəsini gücləndirir.

İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 0



Qonaqlar: 44
Cəmi: 58

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 4
Cəmi: 387
 
Nergiz__Sirinova
Xəbərləri: 3
Cəmi: 329
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1135
 
Awk bir hayal
Xəbərləri: 2
Cəmi: 137
 
^^KuKuLKa^^
Xəbərləri: 1
Cəmi: 766
 
anar2012
Xəbərləri: 1
Cəmi: 26
 
TacsizKRalica
Xəbərləri: 1
Cəmi: 3
 
Mövlud Ağamməd
Xəbərləri: 1
Cəmi: 21
 
Zerif85
Xəbərləri: 1
Cəmi: 25
 
Demi Love
Xəbərləri: 1
Cəmi: 16
 
 
{slinks}