17 dərəcə isti olacaq

 
17 dərəcə isti olacaq


Fevralın 27-də Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən, yağmursuz keçəcəyi gözlənilir. Səhər bəzi yerlərdə zəif duman olacaq.
gündüz cənub-şərq küləyi əsəcək, arabir 15-17 m/s-yə çatacaq. Havanın temperaturunun gecə 1-3° isti, gündüz 8-13° isti, Bakıda gecə 1-3° isti, gündüz 10-12° isti olacağı gözlənilir. Atmosfer təzyiqi normadan yüksək 775 mm civə sütunundan 770 mm civə sütununa enəcək. Nisbi rütubət gecə 75-80, gündüz 60-65 faiz təşkil edəcək.

Tibbi-meteoroloji proqnoza görə, fevralın 27-28-də Abşeron yarımadasında atmosfer təzyiqinin enməsi fonunda gündüz arabir güclənən gilavar küləyi bəzi meteohəssas insanlarda narahatlıq hissi yarada bilər.


Naxçıvan Muxtar Respublikasında hava, əsasən, yağmursuz keçəcək. Cənub küləyi əsəcək, gündüz bəzi yerlərdə arabir güclənəcək. Temperaturun gecə 3° şaxtadan 2°-dək isti, dağlıq ərazilərdə 5-10° şaxta, gündüz 8-13° isti, bəzi yerlərdə 16°-dək isti olacağı gözlənilir.

Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, həmçinin Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər və Daşkəsən-Gədəbəy rayonlarında hava, əsasən, yağmursuz keçəcək. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Cənub küləyi əsəcək, gündüz bəzi yerlərdə arabir 23-28 m/s-dək güclənəcək. Temperaturun gecə 3° şaxtadan 2°-dək isti, gündüz 8-13° isti, bəzi yerlərdə 16°-dək isti olacağı gözlənilir.

Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli və Cəbrayıl rayonlarında hava, əsasən, yağmursuz keçəcək. Səhər bəzi yerlərdə duman olacaq. Cənub küləyi əsəcək, gündüz bəzi yerlərdə arabir 23-28 m/s-dək güclənəcək. Temperaturun gecə 1-4° isti, gündüz 8-13° isti, bəzi yerlərdə 17° isti olacağı gözlənilir.

Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz və Qusar rayonlarında hava, əsasən, yağmursuz keçəcək. Gecə və səhər bəzi yerlərdə duman, çiskin olacaq. Cənub küləyi əsəcək, gündüz bəzi yerlərdə arabir 23-28 m/s-dək güclənəcək. Temperaturun gecə 2° şaxtadan 3°-dək isti, gündüz 7-12° isti, bəzi yerlərdə 15°-dək, dağlarda gecə 2-6° şaxta, gündüz 2° şaxtadan 3°-dək isti olacağı gözlənilir.


Mərkəzi Aran: Mingəçevir, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan və Neftçala rayonlarında hava, əsasən, yağmursuz keçəcək. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Cənub küləyi əsəcək, gündüz bəzi yerlərdə arabir 23-28 m/s-dək güclənəcək. Temperaturun gecə 0-5° isti, gündüz 9-14° isti, bəzi yerlərdə 18-dək isti olacağı gözlənilir.

Masallı, Yardımlı, Lerik, Lənkəran və Astara rayonlarında hava, əsasən, yağmursuz keçəcək. Gecə və səhər bəzi yerlərdə duman, çiskin olacaq. Cənub küləyi əsəcək, gündüz əsasən dağlıq ərazilərdə arabir 23-28 m/s-dək güclənəcək. Temperaturun gecə 1-3° isti, gündüz 8-13° isti, bəzi yerlərdə 17° isti, dağlarda gecə 3-8° şaxta, gündüz 5-10° isti olacağı gözlənilir.


Geri dön

Elya Alieva

  • 1 mart 2015 01:36
  • Məqalə: 102
  • Şərh: 7076
  • Bal:
ama bira soyuqdir:....=(

--------------------
UREYIM...I MEN

Rüzgar_Gülüm

  • 28 fevral 2015 00:13
  • Məqalə: 19
  • Şərh: 205
  • Bal:
{awards}
Hmmm lap yaxşı winked

--------------------
Dinim islam kitabım "Quran" mən Allahdan başqasına yalvarmam.

Sucan

  • 27 fevral 2015 22:14
  • Məqalə: 0
  • Şərh: 1652
  • Bal:
{awards}
Cox sagol xeber verdiyiniz ucun sabah disari cixacam

вคɴค iкiмizi คɴlคт ❤

  • 27 fevral 2015 21:50
  • Məqalə: 665
  • Şərh: 18421
  • Bal:
{awards}
Cox sagolun...

(HaYeL)

  • 27 fevral 2015 21:46
  • Məqalə: 60
  • Şərh: 1020
  • Bal:
{awards}
Olerem e bu isdi ucun=) lol
Allah razi olsun.

--------------------

Bash Belası

  • 27 fevral 2015 21:38
  • Məqalə: 158
  • Şərh: 5011
  • Bal:
{awards}
MeLumata göre saoL=)

AyKe

  • 27 fevral 2015 21:19
  • Məqalə: 1
  • Şərh: 1008
  • Bal:
{awards}
Sukur ay Allah axirki isdiler gelir.cox sagolun

--------------------
Ölünce sevemezsem seni._____________*

Pıtırcık

  • 27 fevral 2015 20:57
  • Məqalə: 389
  • Şərh: 9519
  • Bal:
{awards}
məlumata görə sağ olun

--------------------
http://legend.az/user/imza/

sessiz deniz

  • 27 fevral 2015 20:44
  • Məqalə: 410
  • Şərh: 6840
  • Bal:
{awards}
twklerrrrrrr

İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 2
Qonaqlar: 32
Cəmi: 47

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 7
Cəmi: 389
 
Nergiz__Sirinova
Xəbərləri: 6
Cəmi: 333
 
Awk bir hayal
Xəbərləri: 4
Cəmi: 137
 
^^KuKuLKa^^
Xəbərləri: 2
Cəmi: 767
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1135
 
TacsizKRalica
Xəbərləri: 1
Cəmi: 1
 
evli.mutlu.cocuklu
Xəbərləri: 1
Cəmi: 1
 
anar2012
Xəbərləri: 1
Cəmi: 26
 
Mövlud Ağamməd
Xəbərləri: 1
Cəmi: 20
 
Zerif85
Xəbərləri: 1
Cəmi: 25
 
 
{slinks}