Bu günün hava proqnozu

 
Bu günün hava proqnozu


Ölkə ərazisində mülayim hava şəraiti gözlənilir
Fevralın 28-də Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir. Gecə və səhər bəzi yerlərdə zəif duman, çiskin olacaq.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verdiyi məlumata görə, cənub küləyi əsəcək, arabir 16-18 m/s-yə çatacaq. Havanın temperaturunun gecə 3-5° isti, gündüz 8-12° isti, Bakıda gecə 3-5° isti, gündüz 10-12° isti olacağı gözlənilir. Atmosfer təzyiqi normadan yüksək 770 mm civə sütunundan 761 mm civə sütununa enəcək. Nisbi rütubət gecə 75-80, gündüz 60-65 faiz təşkil edəcək.

Naxçıvan Muxtar Respublikasında gündüz hava, əsasən, yağmursuz keçəcək. Cənub küləyi əsəcək, bəzi yerlərdə arabir güclənəcək. Temperaturun gecə 3° şaxtadan 2°-dək isti, dağlıq ərazilərdə 5-8° şaxta, gündüz 9-14° isti olacağı gözlənilir.

Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, həmçinin Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər və Daşkəsən-Gədəbəy rayonlarında hava, əsasən, yağmursuz keçəcək. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Cənub küləyi əsəcək, bəzi yerlərdə arabir 23-28 m/s-dək güclənəcək. Temperaturun gecə 3° şaxtadan 2°-dək isti, gündüz 7-12° isti olacağı gözlənilir.

Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli və Cəbrayıl rayonlarında hava, əsasən, yağmursuz keçəcək. Səhər bəzi yerlərdə duman olacaq. Cənub küləyi əsəcək, bəzi yerlərdə arabir 23-28 m/s-dək güclənəcək. Temperaturun gecə 0-5° isti, gündüz 7-12° isti olacağı gözlənilir.

Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz və Qusar rayonlarında gündüz hava, əsasən, yağmursuz keçəcək. Gecə və səhər bəzi yerlərdə duman, çiskin olacaq. Cənub küləyi əsəcək, bəzi yerlərdə arabir 23-28 m/s-dək güclənəcək. Temperaturun gecə 2° şaxtadan 3°-dək isti, gündüz 5-10° isti, dağlarda gecə 3-7° şaxta, gündüz 3° şaxtadan 2°-dək isti olacağı gözlənilir.

Mərkəzi Aran: Mingəçevir, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan və Neftçala rayonlarında hava, əsasən, yağmursuz keçəcək. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Cənub küləyi əsəcək. Temperaturun gecə 0-5° isti, gündüz 9-14° isti olacağı gözlənilir.

Masallı, Yardımlı, Lerik, Lənkəran və Astara rayonlarında hava, əsasən, yağmursuz keçəcək. Gecə və səhər bəzi yerlərdə duman, çiskin olacaq. Cənub küləyi əsəcək, əsasən dağlıq ərazilərdə arabir 23-28 m/s-dək güclənəcək. Temperaturun gecə 2-4° isti, gündüz 7-12° isti, dağlarda gecə 5-9° şaxta, gündüz 0-5° isti olacağı gözlənilir.


Geri dön

вคɴค iкiмizi คɴlคт ❤

  • 28 fevral 2015 20:53
  • Məqalə: 665
  • Şərh: 18421
  • Bal:
tesekkur edirem...

Rüzgar_Gülüm

  • 28 fevral 2015 18:10
  • Məqalə: 19
  • Şərh: 205
  • Bal:
{awards}
Təşəkkürlər canım məlumat üçün smile

--------------------
Dinim islam kitabım "Quran" mən Allahdan başqasına yalvarmam.

★QarA GözLüM★

  • 28 fevral 2015 16:52
  • Məqalə: 96
  • Şərh: 901
  • Bal:
{awards}
Tesekurler
Keski Hava Hemse iSdi OLsa

--------------------


psix)

  • 28 fevral 2015 16:28
  • Məqalə: 7
  • Şərh: 1683
  • Bal:
{awards}
melumata gore twk

--------------------
......

Pıtırcık

  • 28 fevral 2015 14:07
  • Məqalə: 411
  • Şərh: 9552
  • Bal:
{awards}
məlumata görə sağ oluun

--------------------
http://legend.az/user/imza/

sessiz deniz

  • 28 fevral 2015 13:23
  • Məqalə: 410
  • Şərh: 6840
  • Bal:
{awards}
twkler wehrlere goreeee

İTMİŞ_ŞƏHZADƏ

  • 28 fevral 2015 12:34
  • Məqalə: 1
  • Şərh: 2037
  • Bal:
{awards}
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli və Cəbrayıl rayonlarında hava, əsasən, yağmursuz keçəcək. Səhər bəzi yerlərdə duman olacaq. Cənub küləyi əsəcək, bəzi yerlərdə arabir 23-28 m/s-dək güclənəcək. Temperaturun gecə 0-5° isti, gündüz 7-12° isti olacağı gözlənilir.

--------------------
Menı itirmekden qormayanı qazanmağa çalışmaram....
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 0



Qonaqlar: 24
Cəmi: 41

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 6
Cəmi: 411
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1137
 
^^KuKuLKa^^
Xəbərləri: 1
Cəmi: 774
 
Nergiz__Sirinova
Xəbərləri: 1
Cəmi: 350
 
 
{slinks}