Sevgi hər şeydir

 
Sevgi hər şeydir

Sevgi mənim üçün çox şeydir, hətta hər şeydir. Ən dəyərli olan varlıqdır sevgi. Həyatdan əbədiyyətə aparan bir yol, ya da duyğudur sevgi…

Yağmurlu havada yağış torpağa döyərkən kiçik bir qarışqanın qaçıb bir daşın altına sığınması kimidir sevgi. Daşın istisinə sığınıb, onu qoruyacağına əmin və inamlı, etibarlı, güvənli bir duyğu kimidir sevgi…

Ya da soyuq bir havada çırpınan kiçik bir quşun ağzında öz balasına yem daşıyarkən yuvasına çatdığında qonub sevinərək qanadlarını çırpa-çırpa yağmurdan qalan nəm damlacıqları ətrafa səpələyən o minicik quşun şükür duyğusudur sevgi…

Sevgi bahara tələsən qaranquşlardakı həsrətdir.
Sevgi günəşin çıxmasını gözləyən torpaqdakı həsrətdir.
Sevgi ümiddir insanı yaşatmağa çalışan.

Sevgi mənim üçün çox şeydir, ən uzaq olan yerdə mənə hər kəsdən yaxın olandır sevgi, əlin çatmadıqda, toxunmadıqda belə varlığını hiss etməkdir…
Sevgi, xəyalında canlandırdığın mümkünsüz olandır.


Sevgi, hər şeye rəğmən sevməkdir, əzabına dözmək, çətinliyini hədiyyə bilməkdir.
Sevgi qışın bahara, baharın qışa tələsməsidir. Dilsiz, ağızsız danışmaqdır sevgi…

Sevgi qarşılıq istəmədən ardınca getməkdir. Sevgi bir tək ürəkdədir ki, yalansız və ixtiyarsız.
Sevgi ölçülməzdir, dəyəri axtarılmaz və qədərsizdir.


Mənim üçün sevgi, uca Allahın Yaradıcı adı altında hər şeyi sevməkdir, sevə bilməkdir.
Sevgi insanın dünyada tərkinə öz Yaradıcısını axtardığı halda, gözlə görüb, əllə tuta biləcəyi varlıqda tapdığı duyğudur həm də…

Müəllif: Vüsalə Vətənxan


Geri dön

Elya Alieva

  • 6 mart 2015 16:40
  • Məqalə: 102
  • Şərh: 7077
  • Bal:
mence sevgi xer sey deyil...

--------------------
UREYIM...I MEN

♔ Rapuиzel ♔

  • 1 mart 2015 15:37
  • Məqalə: 333
  • Şərh: 7142
  • Bal:
{awards}
sevgi sozu silinseydi heytdan yaxwi olardi

--------------------

Damlam

  • 1 mart 2015 15:02
  • Məqalə: 49
  • Şərh: 4724
  • Bal:
{awards}
Sevgi mənim üçün çox şeydir, ən uzaq olan yerdə mənə hər kəsdən yaxın olandır sevgi, əlin çatmadıqda, toxunmadıqda belə varlığını hiss etməkdir…
Sevgi, xəyalında canlandırdığın mümkünsüz olandır.

--------------------
http:///user/İmza/

Minnow.

  • 1 mart 2015 01:41
  • Məqalə: 40
  • Şərh: 712
  • Bal:
{awards}
Ewwi bow weydi indiki dovrde sevgi yoxdu..

--------------------

17.03.2015

Kim isdese dosluqdan cixara biler daha gelmiyecem sayıta SaGoLuN

Elya Alieva

  • 1 mart 2015 00:04
  • Məqalə: 102
  • Şərh: 7077
  • Bal:
{awards}
Sevgi xer seven cun bir mukemel duyqudur ....=)

--------------------
UREYIM...I MEN

psix)

  • 28 fevral 2015 22:58
  • Məqalə: 7
  • Şərh: 1683
  • Bal:
{awards}
zevgi kimi zibil wey yoxdur.........twk

--------------------
......

Ka Ma

  • 28 fevral 2015 21:27
  • Məqalə: 1
  • Şərh: 62
  • Bal:
{awards}
cox gozeldi beyendim ellerinize saglik lol

Pıtırcık

  • 28 fevral 2015 20:45
  • Məqalə: 478
  • Şərh: 9653
  • Bal:
{awards}
gəşəng sözlərdir

--------------------
http://legend.az/user/imza/http://legend.az/user/imza/

sessiz deniz

  • 28 fevral 2015 20:37
  • Məqalə: 410
  • Şərh: 6840
  • Bal:
{awards}
Ya da soyuq bir havada çırpınan kiçik bir quşun ağzında öz balasına yem daşıyarkən yuvasına çatdığında qonub sevinərək qanadlarını çırpa-çırpa yağmurdan qalan nəm damlacıqları ətrafa səpələyən o minicik quşun şükür duyğusudur sevgi…

Banned1

  • 28 fevral 2015 20:34
  • Məqalə: 1528
  • Şərh: 12553
  • Bal:
{awards}
sevgi heç zibilde deyil...

Zəhram tesekkurler

вคɴค iкiмizi คɴlคт ❤

  • 28 fevral 2015 20:32
  • Məqalə: 665
  • Şərh: 18430
  • Bal:
{awards}
Sevgi bahara tələsən qaranquşlardakı həsrətdir.
Sevgi günəşin çıxmasını gözləyən torpaqdakı həsrətdir.
Sevgi ümiddir insanı yaşatmağa çalışan.

İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 1
Qonaqlar: 50
Cəmi: 71

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 22
Cəmi: 478
 
♔Hе важно∞
Xəbərləri: 9
Cəmi: 42
 
Nergiz__Sirinova
Xəbərləri: 4
Cəmi: 376
 
.::şirin_qız::.
Xəbərləri: 3
Cəmi: 28
 
SweeTy_
Xəbərləri: 2
Cəmi: 579
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 1
Cəmi: 1140
 
^^KuKuLKa^^
Xəbərləri: 1
Cəmi: 773
 
 
{slinks}