Zəli Möcüzəsi

 
Zəli Möcüzəsi


Qara, sürüşkən, qurdabənzər və qanla qidalanan zəlilərdən çox vaxt iyrənirik. Halbuki bu «təbiət həkimləri» bəzən insanların elə orqanlarını sağaldırlar ki, həkimlərin özü belə bunu bacarmır. Xoşagəlməz təsir bağışlasa da, müasir dövrdə zəli insanların bir çox dərdinin dərmanına çevrilmişdir.

Qeyd edək ki, zəli 1984-cü ildən «Qırmızı Kitab»-a daxil edilmişdir. Ona təbii şəraitdə yalnız Rusiyanın cənubunda, Azərbaycanda, Ukraynada, Macarıstanda, İsraildə və Fransada rast gəlinir. Dünyada zəlinin 400-ə qədər, Azərbaycan da isə 17 növü var ki, bunun ancaq üçü (Şərq zəlisi, aptek zəlisi, tibb zəlisi) tibdə istifadə edilir. Bütün dünyada zəlinin ən yaxşı növlərindən biri — Şərq zəlisi Azərbaycandadır. Zəlinin insan və başqa canlılar üçün təhlükəli növləri vardır.
Daha çox Ermənistanda yayılan at zəlisi hər hansı canlıya yapışıb, qanını sorur və öldürür.
Zəli ilə müalicə hirudoterapiya adlanır. Əsrlərlə insanların bu xeyirxah canlı ilə təmasdan uzaqlaşmanın səbəbi kimyəvi dərman preparatları olmuşdur.

Lakin dərmanların ziyanlı tərəflərini insanlar başa düşəndən sonra yenidən hirudoterapiyaya üz tutmuşlar. Zəlinin ağız suyunda olan fermentlərin insana heç bir ziyanı yoxdur. Zəlinin ağız suyunun tərkibində olan 100-ə yaxın bioloji aktiv maddənin ancaq 20 faizini elm öyrənə bilmişdir. Bu canlının ağız suyunda olan hirudin maddəsi qanın laxtalanmasının qarşısını alır, duruldur, oksigenlə zənginləşdirir, trombları əridir, orqanizmdəki iltihabi prosesi aradan götürür, immun sistemini möhkəmləndirir və infeksiya törədicilərinin inkişafının qarşısını alır. Hirudin, eyni zamanda, qan damarlarında yüksək təzyiqi azaldır, xoralaşma prosesini, eroziv sahələri bərpa edir və sağalma sürətlə gedir. Xroniki iltihab proseslərində, ürək qüsurlarında, ürəyin işemik və qan dövranı xəstəliklərində, stenokardiya, maddələr mübadiləsi pozulduqda, osteoxondroz (duzlaşma), uroloji, ağ ciyər və qara ciyər, mədə-bağırsaq, ginekoloji, revmatizm, dəri xəstəliklərində zəli ilə müalicə müsbət effekt verir.

Zəli yeganə vasitədir ki, hətta ölmüş sinir hüceyrələrini bərpa edir. Lakin zəlinin fərdi olaraq ziyanı ola bilər. Zəlinin hamilə qadınlara, anemiyalı, hemofiliyalı, onkoloji xəstələrə tətbiq edilməsi düzgün deyildir. Zəli qanı durultduğundan qan təzyiqi aşağı olanlar üçün təhlükə yarada bilər. Zəli qoydurmaq istəyən şəxsin qanının reoloji göstəriciləri haqqında həkimdə məlumat olmalıdır. Hər zəlidən ancaq bir dəfə istifadə etmək olar.


Geri dön

Bash Belası

  • 4 mart 2015 18:05
  • Məqalə: 158
  • Şərh: 4873
  • Bal:
MəsLəhətə görə saoL, ama nəsə qorxram bunnan=)

คşк łคfтคɴ คɴłคмคz ❤

  • 2 mart 2015 19:24
  • Məqalə: 675
  • Şərh: 18530
  • Bal:
{awards}
mualicevi oldugun bilirdim

--------------------

NIGAR

  • 2 mart 2015 13:18
  • Məqalə: 586
  • Şərh: 9796
  • Bal:
{awards}
noxeyirlidir müalicəvidir

--------------------
legend.az/user/imza/

Elya Alieva

  • 2 mart 2015 11:52
  • Məqalə: 102
  • Şərh: 7020
  • Bal:
{awards}
Fuu bu nedir Goren birici defe idi gorurem no

--------------------
UREYIM...I MEN

★QarA GözLüM★

  • 2 mart 2015 10:24
  • Məqalə: 96
  • Şərh: 882
  • Bal:
{awards}
bizde qonsuda bir arvatda bunlardan isdifade edirdi
hmm ama deyirdi yaman agridir
Tesekurler Meqaleye Gore

--------------------


ღ ĸαвυѕυм ღ

  • 2 mart 2015 09:15
  • Məqalə: 209
  • Şərh: 1287
  • Bal:
{awards}
Tesekkur melumata gore.

--------------------
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 7
Qonaqlar: 45
Cəmi: 71

 

Top 10 Müəllif

NIGAR
Xəbərləri: 44
Cəmi: 586
 
♔Hе важно∞
Xəbərləri: 24
Cəmi: 113
 
MiSS HaPPy)
Xəbərləri: 21
Cəmi: 31
 
Nergiz__Sirinova
Xəbərləri: 15
Cəmi: 424
 
ஐ Payiz ஐ
Xəbərləri: 12
Cəmi: 12
 
AyliN BunyaminovA
Xəbərləri: 11
Cəmi: 402
 
Sol Meleyim
Xəbərləri: 11
Cəmi: 22
 
คşк łคfтคɴ คɴłคмคz ❤
Xəbərləri: 10
Cəmi: 675
 
Arzu_zadeh
Xəbərləri: 6
Cəmi: 134
 
QERCOQINYA
Xəbərləri: 4
Cəmi: 4
 
 
{slinks}