Rahatlıq axtaranın rahatlığı olmaz

 
Rahatlıq axtaranın rahatlığı olmaz


Rahatlıq axtaranın rahatlığı olmaz!


İnsan rahatlığa can atır. O, dünyada hər şeyin ən yaxşısını istəyir. O, dünya həyatına çox bağlanır. Ancaq əslinə baxılsa, bu bağlılıq insanı istədiyi rahatlığa yaxınlaşdırmır, əksinə, uzaqlaşdırır. Həyatını nəfsini qane etməyə sərf etsən, ALLAH dünyanın qəm-kədərini, yükünü sənə daşıtdırar. Sən də ALLAHa deyil, əbədi xoşbəxtliyinə fayda verməyən şeylərə qulluq etməyə başlayarsan. Və özünü can atdığın rahatlığa deyil, çətinliyə salmış olarsan. Quranın bu ayəsinə diqqət yetirin: «…Məndən sizə doğru yolu göstərən bir rəhbər (kitab yaxud peyğəmbər) gəldiyi zaman hər kəs Mənim haqq yolumu tutub getsə, nə (dünyada) yolunu azar, nə də (axirətdə) bədbəxt olar! Hər kəs Mənim öyüd-nəsihətimdən (Qurandan) üz döndərsə, güzəranı daralar (yaxud qəbir evində şiddətli əzaba düçar olar) və Biz qiyamət günü onu məhşərə kor olaraq gətirərik!». (surə 20, ayə 123, 124).


Hər çətinlikdən sonra, bir yüngüllük var


İnsan kasıb da olsa, xəstə də olsa, ən yaxın adamını da itirsə, ALLAHa olan sevgisini və ümidini əskiltməməlidir. Çünki nəyin yaxşı, nəyin pis olmasını ALLAH daha yaxşı bilir. Zərrə qədər yaxşılığa görə mükafat verən ALLAHı necə ədalətsiz adlandırmaq olar? ALLAH heç kimi nahaq yerə incitmir. Hər hansı çətinliklə qarşılaşsaq, ilk növbədə bunun səbəbini özümüzdə axtarmalıyıq. Bu müsibətlər ya sınaq, ya cəza, ya mükafatımız ola bilər. Bunlardan hansının olduğunu bəlkə də özümüz başa düşə bilərik. Ancaq yenə də bizim bilmədiyimiz çox şeylər var ki, onun həqiqi mənasını yalnız ALLAH-Təala bilir. Ona görə də ALLAHa həmişə təvəkkül, etibar edib hər şeyə görə Ona şükürlü olmalıyıq. ALLAHdan ümid kəsmək günahdır, Quran nahaq yerə buyurmur ki, ALLAHdan ancaq kafirlər naümid olarlar. İmam Sadiq (ə) deyir: «Böyük və ağır bəlanın böyük də mükafatı var. ALLAH sevdiyi bəndəsinə böyük bəla verər, kim buna razı olarsa, ALLAH ondan razı qalar. Yox, əgər insanın acığı gələrsə, ALLAHın da ona acığı tutub qəzəblənər». ALLAH bizlərə səbirli olmağı tövsiyə edir. ALLAHa qarşı çıxıb özümüzü daha da ağır sınaqlarla qarşılaşdırmayaq. Unutmayaq ki, hər çətinlikdən sonra bir yüngüllük var. Səbirli olsaq, ALLAH bizə rahatlıq bəxş edər, üsyan etsək, həyatdan küssək, həyatımız elə qaranlıqda da keçməyə davam edər…


Geri dön
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 0



Qonaqlar: 9
Cəmi: 31

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 7
Cəmi: 386
 
Nergiz__Sirinova
Xəbərləri: 6
Cəmi: 332
 
Awk bir hayal
Xəbərləri: 4
Cəmi: 137
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1135
 
anar2012
Xəbərləri: 1
Cəmi: 26
 
TacsizKRalica
Xəbərləri: 1
Cəmi: 2
 
^^KuKuLKa^^
Xəbərləri: 1
Cəmi: 766
 
Mövlud Ağamməd
Xəbərləri: 1
Cəmi: 20
 
Zerif85
Xəbərləri: 1
Cəmi: 25
 
Demi Love
Xəbərləri: 1
Cəmi: 16
 
 
{slinks}