Qeybi bilmək yalnız Allaha məxsusdur

 
Qeybi bilmək yalnız Allaha məxsusdur


Qeybin açarları (Allahın) yanındadır. Onları ancaq O (Allah) bilir. (Allah) suda və quruda nə varsa bilir. Yerə düşən elə bir yarpaq yoxdur ki, (Allah) onu bilməsin. Yerin zülmətləri içində elə bir toxum, (kainatda) yaş-quru elə bir şey yoxdur ki, açıq-aydın kitabda (lövhi-məhfuzda) olmasın!” (əl-Ənam, 6/59)

Qeyb - ağıl və hiss yolu ilə haqqında bilik əldə etmək mümkün olmayan varlıq sahəsi deməkdir. Müqəddəs Kitabımızda altmış yerdə işlənən bu kəlmə Allaha (c.c.) nisbət edilən yerlərdə yalnız Allahın bildiyi mütləq qeybi bildirir. Bununla yanaşı, Qurani-Kərimdə Rəbbimizin bəzi bəndələrinə qeyb haqqında məlumat verdiyi də bildirilir. Məsələn, Həzrəti İbrahimə (ə.s.) göylərin və yerin səltənəti göstərilmiş (əl-Ənam, 6/75), Həzrəti Yusifə (ə.s.) də röyaları yozmaq elmi və qövmünün yeyəcəyi yeməkləri əvvəlcədən bilmə qabiliyyəti verilmişdir (Yusif, 12/21, 37). Buna görə qeybi ikiyə ayırmaq mümkündür: biri yalnız Allahın bildiyi mütləq qeyb, digəri isə Onun bildirməsi ilə insanların da bilə biləcəyi izafi (nisbi) qeyb. Qiyamətin nə vaxt qopacağı mütləq qeyb nümunələrindəndir. Bunu Allahdan başqa heç kim, ya təbii yoldan və yaxud bir vasitə ilə də olsa, heç cür bilə bilməz. Yağışın nə zaman yağacağı, rəhmdə uşağın varlığı və cinsi isə nisbi qeybin nümunələrindəndir. Bu biliklər təbii vasitələrə görə qeyb biliyidir, meteorologiya və tibbi vasitələrə görə insanların əldə edə biləcəyi biliklərdir. Bu qeyb növünü (nisbi qeybi) vasitələrlə bilmək mümkündür, lakin bunu bilməklə insanlar qeybi bilmiş sayılmırlar. Çünki həmin vasitə icad edildiyi andan etibarən onunla əlaqəli bilik “qeyb biliyi” olmaq qüvvəsini itirir.

Sevgili Peyğəmbərimiz (s.ə.s.) də Allahın (c.c.) ona öyrətdiklərindən başqa, qeyb haqqında bilik sahibi deyil. Loğman surəsinin 34-cü ayəsində Allahın elm və qüdrətinin sonsuzluğunu xülasə edən və ilahi bilik ilə insan biliyi arasındakı böyük fərqi göstərən ifadələr yer almaqdadır:

Həqiqətən, o saatı (qiyamətin qopacağı vaxtı) ancaq Allah bilir. Yağışı göydən O yağdırır, bətnlərdə olanı O bilir. Heç kəs səhər nə kəsb edəcəyini, heç kəs harada öləcəyini bilməz. Allah isə, şübhəsiz ki, (hər şeyi) biləndir, (hər şeydən) xəbərdardır!”

Klassik təfsir kitablarında bu ayəyə istinad edərək qiyamətin nə vaxt qopacağını, yağışın nə vaxt yağacağını, ana bətnindəki uşağın cinsinin və dərisinin rənginin nə olduğunu, insanın gələcəkdə nələr əldə edəcəyini, gələcəkdə hansı hallarla qarşılaşacağını və na vaxt, harada öləcəyini Allahdan başqasının bilməyəcəyi irəli sürülüb, beləliklə, onlara “müğayyəbati-xəmsə (beş bilinməyən)” deyilmişdir. Halbuki ayədə qiyamətin nə zaman qopacağı elminin yalnız Allaha aid olduğu, beləliklə, heç kimin sabah nə əldə edəcəyi və harada öləcəyini bilə bilməyəcəyi, beləcə, bu biliklərin yalnız Allaha aid olduğu bildirilir. Lakin yağışın yağma vaxtı və ana bətnindəki uşaq haqqında “Bunları da, sadəcə, Allah bilir” kimi bir məhdudiyyətin olmadığı, yalnız yağışı Allahın yağdırdığı, beləliklə, zamanını da, Onun ana bətnindəkiləri də bildiyi ifadə edilir. Bu da klassik müfəssirlərin əksinə, bildirilən iki mövzuda insanların əvvəlcədən bilik sahibi ola biləcəklərini göstərir. Belə ki müasir dövrdə elm bu səviyyəyə gəlmişdir. Lakin şübhə yoxdur ki, bu, insanın bildirilən mövzularda və yaxud buna bənzər mövzularda əvvəlcədən bildiklərinin mütləq mənada eynisinin baş verəcəyi mənasında deyil, çünki keçmişdə və gələcəkdə baş vermiş təbiət hadisələrini bütün cəhətləri ilə qüsursuz şəkildə bilən Uca Allah insanların biliklərini və təxminlərini yerlə yeksan edən yeni hadisələr yarada bilər və beləliklə, insanların gözlədikləri hadisələr baş verməyə bilər.


Geri dön

Bash Belası

  • 4 mart 2015 13:47
  • Məqalə: 158
  • Şərh: 5011
  • Bal:
Allah razı oLsun...!

♔ Rapuиzel ♔

  • 4 mart 2015 08:18
  • Məqalə: 332
  • Şərh: 7138
  • Bal:
{awards}
ALLAH razi olsun

--------------------

вคɴค iкiмizi คɴlคт ❤

  • 4 mart 2015 02:58
  • Məqalə: 665
  • Şərh: 18421
  • Bal:
{awards}
“müğayyəbati-xəmsə (beş bilinməyən)”

Elya Alieva

  • 3 mart 2015 21:19
  • Məqalə: 102
  • Şərh: 7076
  • Bal:
{awards}
Allax razi olsun

--------------------
UREYIM...I MEN

Pıtırcık

  • 3 mart 2015 21:16
  • Məqalə: 386
  • Şərh: 9518
  • Bal:
{awards}
ALLAH RAZI OLSUN

--------------------
http://legend.az/user/imza/

psix)

  • 3 mart 2015 20:52
  • Məqalə: 7
  • Şərh: 1683
  • Bal:
{awards}
allah razi olsun elleriniz derd gormesin inwallah

--------------------
......
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 0



Qonaqlar: 12
Cəmi: 28

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 7
Cəmi: 386
 
Nergiz__Sirinova
Xəbərləri: 6
Cəmi: 332
 
Awk bir hayal
Xəbərləri: 4
Cəmi: 137
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1135
 
anar2012
Xəbərləri: 1
Cəmi: 26
 
TacsizKRalica
Xəbərləri: 1
Cəmi: 2
 
^^KuKuLKa^^
Xəbərləri: 1
Cəmi: 766
 
Mövlud Ağamməd
Xəbərləri: 1
Cəmi: 20
 
Zerif85
Xəbərləri: 1
Cəmi: 25
 
Demi Love
Xəbərləri: 1
Cəmi: 16
 
 
{slinks}