Əllərdə əsmənin səbəbləri və müalicəsi

 
Əllərdə əsmənin səbəbləri və müalicəsi


Həyatımızda bəzən sevinc, bəzən üzüntü, bəzən də əsəb və gərginlik o həddə çatır ki, özümüzdən asılı olmayaraq əllərimiz əsir. Bunu keçici bir hal kimi qəbul edərək o qədər də əhəmiyyət vermir, üstündən ötüb keçirik. Əllər həmişə əsirsə, bunun səbəbi nədir?

Fizioloji tremor və onun səbəbləri

Çox emosional adamların əlləri daim əsə bilər, lakin əsəblərin sakitləşməsi ilə titrəmə də keçib gedir. Əllərdə əsmənin səbəblərindən biri də depressiyadır. Depressiv halın inkişafı hərəkətlərdə kəskinlik və sərtliyin yaranmasına, nəzarətin itməsinə səbəb olur. Bəzi dərman preparatları, məsələn, psixostimulyator, antidepressant, neyroleptik və litium preparatlarının qəbul edilməsi də əllərdə tremoru artıra bilər. Çay, qəhvə və alkoqollu içkilərin artıq miqdarda qəbulu da əlləri əsdirə bilər, çünki spirtli içkilər sinir hüceyrələrinin susuzlaşmasına və erkən məhvinə səbəb olur. Osteoxondroz zamanı beyin qan dövranının zəifləməsi də əllərin bərk əsməsinə gətirib çıxarır. Bəzən güclü fiziki gərginlik provokasiyaedici faktor olur. Belə tremor uzunmüddətli ağır işdən və ya fiziki məşqlərdən sonra artır. Əllərdə qısamüddətli əsmənin əmələ gəlməsinə səbəb olan amillərdən biri də soyuq hava şəraitidir.

Həmin xəstəliklər müalicə tələb etməsə də, onlara səbəb olan faktoru aradan qaldırmaqla əllərin əsməsinin qarşısını almaq olur. Lakin iki həftədən artıq davam edən və getdikcə artan tremor həkimə müraciəti və ərtaflı müayinəni zəruri edir.

Bəzi xəstəliklər və patoloji hallar da fizioloji əsməni artıra bilər. Məsələn, ağır metallar, dəm qazı və ya başqa toksiki maddələrlə zəhərlənmə, alkoqol abstinensiyası, qanda şəkər səviyyəsinin düşməsi və toksik zob zamanı tremor güclənir.

Patoloji tremor

Beyin kötüyü, qabıqaltı strukturlar və beyinciyin zədələnməsi səbəbi ilə yaranan əl əsməsi daimi olması ilə fərqlənir. Həmin xəstələrin həkim nəzarətində olması və vaxtında müalicə edilməsi olduqca vacib şərtdir.

Ailəvi tremor

Dəqiq səbəbi məlum olmasa da, genetik yolla ötürüldüyü məlumdur. İrsən keçir, əsasən orta yaşlardan sonra özünü büruzə verir, lakin uşaq yaşlarından da başlaya bilər.

Parkinson xəstəliyi

Xəstəliyin səbəbi beyinin qabıqaltı strukturlarının zədələnməsi və dofamin hormonun sintezinin azalmasıdır. Parkinsonizm zamanı müşahidə olunan əl əsməsi sakit vəziyyətdə olur. Xəstə əlləri ilə sanki pul sayır və ya kürə yuvarlayır. Hər hansı bir hərəkətə başladıqda isə titrəmə zəifləyir və ya tamamilə itir. Xəstəlik adətən 50 yaşdan sonra inkişaf edir.

İntension tremor

Beyincik və beyin kötüyünün zədələnməsi zamanı yaranan hərəkətlər böyük amplitudlu və geniş olur. İntension əsmənin səbəbi beyin kötüyü və ya beyinciyin şişi, Vilson xəstəliyi, baş beyinin travmaları, damar xəstəlikləri, həmçinin dağınıq skleroz ola bilər. Həmin xəstəliklərdən bəziləri – tireotoksikoz, beyincik zədələnməsi, alkoqolizm, narkotik maddələrinin qəbulu, dərmanların qeyri-düzgün istifadəsi, parkinson və əsəb sistemi xəstəlikləri mütləq müalicə olunmalıdır. Patoloji əsməni müalicə etmək üçün ilk növbədə buna səbəb olan bütün amilləri aradan qaldırmaq lazımdır. Qəhvə, şokolad və tünd çay içilməsi azaldılmalı, siqaret və alkoqol qəbulu tamamilə dayandırılmalıdır. Əsəb gərginliyi ilə əlaqədar yaranan əsmənin qarşısını almaq üçün üç hissə damotu, hərəsindən bir hissə nanə yarpağı, bataqlıq qurucası və aptek çobanyastığı çiçəkləri, hərəsindən iki hissə pişikotu kökü və yemişan meyvəsi qarışdırılır. Qarışıqdan 2 xörək qaşığının üzərinə 2 stəkan su tökülür, 15 dəqiqə vam odda, sonra 1 saat ocaqdan kənarda dəmlənir, süzüldükdən sonra gündə 3 dəfə yeməkdən əvvəl yarım stəkan içilir. Müalicə 1 ay aparıldıqdan sonra 10 gün fasilə verilir.

Əl əsməsini azaltmaq, bəzən tamamilə kəsmək üçün 9 xörək qaşığı vələmirin üzərinə 3 litr su əlavə olunur və 1 saat vam ocaqda qaynadılır, ocaqdan götürüləndən sonra üstü dəsmalla bürünür və bir gecə saxlanır. Səhər süzülür və gün ərzində istənilən qaydada içilir. Müalicə bir ay müddətində aparılır. Bərabər miqdarda itburnu kökləri, göyümçiçək otu, damotu, dazıotu, ballı nanə, istiotlu nanə, rozmarin və mayaotu qozası xırdalanır və qarışdırılır. Qarışıqdan 5 xörək qaşığının üzərinə 0,5 litr 40 faizli spirt məhlulu əlavə edilir, arabir çalxalanaraq 3 həftə isti və qaranlıq yerdə saxlanır. Hazır cövhərdən 10 damcı az miqdarda suya əlavə olunaraq gündə 3 dəfə yeməkdən əvvəl içilir. Qəbul müddəti 1,5 aydır. 1 ay fasilə verdikdən sonra müalicə kursu yenidən təkrar olunur. Müalicə 1 il müddətində aparılır. Yaxşı yatmaq, sağlam qidalanmaq, kontrast duş qəbul etmək, eləcə də əsmənin amplitudunu azaltmaq üçün xüsusi hərəkətlər metodikası da faydalıdır. Məsələn, gün ərzində dəfələrlə əlləri yumruq şəklində sıxıb-açmaq titrəməni azaldır və iş qabiliyyətini yaxşılaşdırır. Həmçinin incə motorikanı inkişaf etdirmək faydalıdır. Xırda muncuqlarla işləmək, ağac oyması sənəti ilə məşğul olmaq və şəkil çəkmək də əllərdə əsməni azaldır.


Geri dön

ღ ĸαвυѕυм ღ

  • 4 mart 2015 18:20
  • Məqalə: 209
  • Şərh: 1290
  • Bal:
Tesekkur maraqli melumata qore smile

--------------------

Sucan

  • 4 mart 2015 17:38
  • Məqalə: 0
  • Şərh: 1652
  • Bal:
{awards}
Tesekkurler........

psix)

  • 4 mart 2015 15:40
  • Məqalə: 7
  • Şərh: 1683
  • Bal:
{awards}
meslehete gore twk

--------------------
......

★QarA GözLüM★

  • 4 mart 2015 15:35
  • Məqalə: 96
  • Şərh: 901
  • Bal:
{awards}
Cox Sagolun Gozel Meslehetdi

--------------------


Elya Alieva

  • 4 mart 2015 14:15
  • Məqalə: 102
  • Şərh: 7076
  • Bal:
{awards}
.Tesekkure.......

--------------------
UREYIM...I MEN

Pıtırcık

  • 4 mart 2015 14:02
  • Məqalə: 385
  • Şərh: 9500
  • Bal:
{awards}
məndədə olur əlim əsir

--------------------
http://mail.mp3.mail.mp3.legend.az/user/imza/

Bash Belası

  • 4 mart 2015 13:34
  • Məqalə: 158
  • Şərh: 5011
  • Bal:
{awards}
MəsLəhətə görə saoL=)

İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 1
Qonaqlar: 37
Cəmi: 54

 

Top 10 Müəllif

♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 1
Cəmi: 1135
 
Awk bir hayal
Xəbərləri: 1
Cəmi: 137
 
Nergiz__Sirinova
Xəbərləri: 1
Cəmi: 327
 
Zerif85
Xəbərləri: 1
Cəmi: 25
 
Pıtırcık
Xəbərləri: 1
Cəmi: 385
 
 
{slinks}