Bu günün hava proqnozu

 
Bu günün hava proqnozu


Martın 4-də Bakıda və Abşeron yarımadasında buludlu hava şəraiti üstünlük təşkil edəcək. Arabir yağış yağacağı gözlənilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən AZƏRTAC-a verilən məlumata görə, gündüz cənub-şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 4-6° isti, gündüz 7-10° isti, Bakıda gecə 4-6° isti, gündüz 8-10° isti olacağı gözlənilir. Atmosfer təzyiqi 761 mm civə sütunu, nisbi rütubət 85-95 faiz təşkil edəcək.

Tibbi-meteoroloji proqnoza görə, martın 4-də Abşeron yarımadasında meteoroloji amillərin zəif və mülayim tərəddüdü meteohəssas insanlar üçün əsasən əlverişli olsa da, martın 5-də gündüz arabir güclənən xəzri küləyi və rütubətli hava şəraiti bəzi meteohəssas insanlarda narahatlıq yarada bilər.

Naxçıvan Muxtar Respublikasında,
əsasən, gecə və axşam havanın yağıntılı olacağı, bəzi yerlərdə sulu qar, qar yağacağı gözlənilir.

Şərq küləyi əsəcək. Temperaturun gecə 0-5° şaxta, bəzi yerlərdə 3°-dək isti, gündüz 8-13° isti olacağı gözlənilir.

Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, həmçinin Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər və Daşkəsən-Gədəbəy rayonlarında bəzi yerlərdə havanın yağıntılı olacağı, sulu qar, qar yağacağı gözlənilir. Şərq küləyi əsəcək, bəzi yerlərdə arabir 18-23 m/s-dək güclənəcək. Temperaturun gecə 2° şaxtadan 3°-dək isti, gündüz 3-6° isti olacağı gözlənilir.

Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli və Cəbrayıl rayonlarında, əsasən, gecə və axşam havanın yağıntılı olacağı gözlənilir. Şərq küləyi əsəcək, bəzi yerlərdə arabir güclənəcək. Temperaturun gecə 0-5° isti, gündüz 8-13° isti olacağı gözlənilir.

Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz və Qusar rayonlarında havanın arabir yağıntılı olacağı, bəzi yerlərdə sulu qar, qar yağacağı gözlənilir. Şərq küləyi əsəcək, bəzi yerlərdə arabir 18-23 m/s-dək güclənəcək. Temperaturun gecə 0-4° isti, gündüz 5-10° isti, dağlarda gecə 0-5° şaxta, gündüz 0-5° isti olacağı gözlənilir.

Mərkəzi Aran: Mingəçevir, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan və Neftçala rayonlarında, əsasən, gecə və axşam yağış yağacağı gözlənilir. Şərq küləyi əsəcək. Temperaturun gecə 1-6° isti, gündüz 7-12° isti olacağı gözlənilir.

Masallı, Yardımlı, Lerik, Lənkəran və Astara rayonlarında havanın arabir yağıntılı olacağı gözlənilir. Şərq küləyi əsəcək, əsasən dağlıq ərazilərdə arabir güclənəcək. Temperaturun gecə 5-7° isti, gündüz 7-12° isti, dağlarda gecə 2-7° şaxta, gündüz 0-5° isti olacağı gözlənilir.


Geri dön

ღ ĸαвυѕυм ღ

  • 4 mart 2015 18:29
  • Məqalə: 209
  • Şərh: 1287
  • Bal:
Tesekkur melumata gore

--------------------

NIGAR

  • 4 mart 2015 14:15
  • Məqalə: 734
  • Şərh: 10523
  • Bal:
{awards}
MƏLUMATA GÖRƏ SAĞ OLUN

--------------------
legend.az/user/imza/legend.az/user/imza/

psix)

  • 4 mart 2015 13:08
  • Məqalə: 7
  • Şərh: 1655
  • Bal:
{awards}
xebere gore tewekurler cox sagolun

--------------------
......

Elya Alieva

  • 4 mart 2015 13:01
  • Məqalə: 102
  • Şərh: 7020
  • Bal:
{awards}
Tesekkure......:

--------------------
UREYIM...I MEN

Bash Belası

  • 4 mart 2015 12:38
  • Məqalə: 158
  • Şərh: 4873
  • Bal:
{awards}
MəLumata görə saoL=)

♔ Rapuиzel ♔

  • 4 mart 2015 11:08
  • Məqalə: 333
  • Şərh: 7076
  • Bal:
{awards}
xebere gore twk canim

--------------------
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 1
Qonaqlar: 32
Cəmi: 62

 

Top 10 Müəllif

NIGAR
Xəbərləri: 67
Cəmi: 734
 
The Shield
Xəbərləri: 66
Cəmi: 83
 
MiSS HaPPy)
Xəbərləri: 52
Cəmi: 147
 
Nergiz__Sirinova
Xəbərləri: 47
Cəmi: 476
 
♔Hе важно∞
Xəbərləri: 36
Cəmi: 207
 
Arzu_zadeh
Xəbərləri: 34
Cəmi: 232
 
AyliN BunyaminovA
Xəbərləri: 20
Cəmi: 443
 
No-Girls-No-ProBlemS
Xəbərləri: 12
Cəmi: 221
 
Sol Meleyim
Xəbərləri: 12
Cəmi: 53
 
S)
Xəbərləri: 8
Cəmi: 20
 
 
{slinks}