Artıq qədərimiz yazılıbsa, qərarlarımıza görə nə üçün məsuliyyət daşıyırıq?

 
 Artıq qədərimiz yazılıbsa, qərarlarımıza görə nə üçün məsuliyyət daşıyırıq?


Böyük bir İslam alimi bu suala belə cavab verir:

“Şübhəsiz ki, insanda hürriyyət və seçmə qabiliyyəti vardır. Və o hürriyyət, iradə və seçimə görə də günah və savab, yaxşı və pis əməllər insana aid edilir. İnsanın iradə və istəyinin meydana gələn nəticələrdə rolu nə qədər olur-olsun, o iradə Uca Yaradan tərəfindən şərt və səbəb olaraq qəbul edilmişdir. Buna görə də, insanın iradəsini xeyrə və ya şərə çevirdiyinə görə günahsız və ya günahkar olması onun (iradənin) xeyrə və ya şərə meyil etməsi ilə bağlıdır. Bu meyil nəticəsində meydana gələn hadisə ağır və çəkilməz olsa da, insan bu meyillə hərəkət etdiyinə görə məsuliyyət daşıyır…

Fərz edək ki, O Uca Zat iqlim dəyişikliyi kimi böyük bir hadisəni bizim nəfəs alıb-verməyimizlə əlaqələndirib bizə belə deyir: “Əgər bir dəqiqə ərzində filan saydan daha çox nəfəs alıb-versəniz, yaşadığınız yerin coğrafi şəraitini dəyişdirəcəyəm”. Biz nəfəs alıb-verməklə iqlim dəyişikliyi arasında bir əlaqə görmədiyimiz üçün, qadağan olunmuş şeyi edirik, O da xəbərdarlıq etdiyi kimi iqlimi dəyişdirir. Həmin hadisə bizim gücümüzün fövqündə olsa belə, bu işə səbəb olduğumuza görə günahkar da bizik. Bunun kimi hər kəs öz cüzi iradəsi ilə səbəb olduğu şeylərin, işlədiyi əməllərin nəticələrinə görə məsuliyyət daşıyır, cəza və ya mükafatını alacaqdır. Yəni pis bir iş görən adam günahkar olur və Allah bağışlamadığı təqdirdə də cəzasını mütləq çəkir.

İndi isə bir qədər də məsələnin ikinci tərəfi üzərində duraq. Yəni Yaradanın hər şeyi ehtiva edən elmi və insanın iradəsi…

Allahın elmində bütün varlıq aləmi səbəb və nəticələrlə yan-yanadır. Bu yerdə əvvəl və axır, səbəb və nəticə, övlad və ata, bahar və payız bir vahidin (təkin) iki üzü olur. Və yenə o elmə görə, sonra əvvəl kimi, nəticə səbəb kimi bilinir və bu şəkildə hökm edilir. Kim hansı tərəfə nə cür meyil edəcək və kim adi bir şərt və səbəb olan iradəsini hansı istiqamətdə istifadə edəcək − bütün bunları Allah qabaqcadan bildiyi üçün səbəblərlə meydana gələcək nəticələri təqdir və təsbit etməsi insanın iradəsini əlindən almır və onu məcbur etmir. Əksinə, onun meylləri nəzərə alınaraq hökm verilir ki, bu da iradəni qəbul etmək deməkdir.

Məsələn, böyük bir zat xidmətçilərinə: “Sizlər öskürəyinizi saxladığınız zaman şahanə hədiyyələr qazanacaqsınız, üzrsüz yerə öskürdükdə isə hədiyyələri itirməklə yanaşı, üstəlik əzab görəcəksiniz”, – desə, xidmətçilərinin iradəsini qəbul etmiş və dəstəkləmiş olar. Bunun kimi Uca Yaradan bir bəndəsinə: “Sən bu istiqamətə meyil göstərsən, mən də sənin meyil göstərdiyin o şeyi yaradacağam. Və sənin o meyillərinə görə indidən hökmümü verir, qədərini yazıram”, – desə, insanın iradəsinə əhəmiyyət vermiş olar. Yəni qədərin yazılması nə iradəni inkar edir, nə də insanı hər hansı bir əmələ məcbur edir.


Geri dön

MenimleSen

  • 4 mart 2015 19:17
  • Məqalə: 60
  • Şərh: 1257
  • Bal:
“Sən bu
istiqamətə meyil göstərsən, mən də sənin meyil
göstərdiyin o şeyi yaradacağam. Və sənin o meyillərinə
görə indidən hökmümü verir, qədərini yazıram”,:-) Maralidi cox beyendm

--------------------

ღ ĸαвυѕυм ღ

  • 4 mart 2015 18:04
  • Məqalə: 209
  • Şərh: 1290
  • Bal:
{awards}
Tesekkur xebere qore, Allah razi olsun.

--------------------

Sucan

  • 4 mart 2015 17:29
  • Məqalə: 0
  • Şərh: 1652
  • Bal:
{awards}
Allah razi olsun

psix)

  • 4 mart 2015 15:26
  • Məqalə: 7
  • Şərh: 1683
  • Bal:
{awards}
alahin salami ve rehmeti uzerinize cox gozel tewekkur edirem

--------------------
......

★QarA GözLüM★

  • 4 mart 2015 14:49
  • Məqalə: 96
  • Şərh: 901
  • Bal:
{awards}
Tesekurler
ALLAH razi olsun

--------------------


Elya Alieva

  • 4 mart 2015 14:38
  • Məqalə: 102
  • Şərh: 7076
  • Bal:
{awards}
Allax razi olsuN!

--------------------
UREYIM...I MEN

Pıtırcık

  • 4 mart 2015 13:45
  • Məqalə: 385
  • Şərh: 9507
  • Bal:
{awards}
ALLAH RAZI OLSUUN

--------------------
http://legend.az/user/imza/

Bash Belası

  • 4 mart 2015 13:32
  • Məqalə: 158
  • Şərh: 5011
  • Bal:
{awards}
Allah razı oLsun...

İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 2
Qonaqlar: 33
Cəmi: 49

 

Top 10 Müəllif

Nergiz__Sirinova
Xəbərləri: 2
Cəmi: 327
 
Pıtırcık
Xəbərləri: 2
Cəmi: 385
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1135
 
anar2012
Xəbərləri: 1
Cəmi: 26
 
Awk bir hayal
Xəbərləri: 1
Cəmi: 137
 
Zerif85
Xəbərləri: 1
Cəmi: 25
 
Demi Love
Xəbərləri: 1
Cəmi: 16
 
 
{slinks}