Həyatımızın yeni bəlası

 
Həyatımızın yeni bəlası


Bəzən küçələrdən keçərkən, avtobus dayanacaqlarında nəqliyyat gözləyərkən, hətta yoldan keçən maşınların salonundan belə ətrafa yüksək səsli musiqi yayılır. Həmin musiqini səsləndirənlər nəinki səs tonunun və ya musiqi janrının ətrafdakılar tərəfindən narazılıqla qarşılanacağını fikirləşmirlər, hətta səs tonunun səhhətlərinə mənfi təsiri barədə də düşünmürlər. “Musiqi can dərmanıdır” sözlərini də ona görə deməyiblər ki, bu dərmandan dozadan artıq istifadə edəsən. Necə ki, qədərindən artıq hər bir şey fəsadlar törədir. Elə bu günlərdə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) verdiyi “Eşitmə qabiliyyətlərini qorumaq üçün adamlar gündə bir saatdan çox musiqiyə qulaq asmamalıdırlar” məsləhətini həkimlər qulaqardına vurmamağa çalışırlar. Belə ki, musiqiyə həddən artıq çox və həddən artıq bərkdən qulaq asan 1,1 milyard gənc eşitmə qabiliyyətinə həmişəlik ziyan vura bilər. Qurum bildirir ki, audio-pleyerlər, konsertlər və barlar sağlamlıq üçün ciddi təhlükə yaradır. ÜST-nin rəqəmlərinə görə, 12-35 yaş arasında 43 milyon adamın eşitmə qabiliyyəti zəifdir və bu hal getdikcə çoxalır. Əgər hər gün ictimai nəqliyyatda, küçələrdə qulağına qulaqcıq taxan gənclərlə rastlaşırıqsa, vəziyyətin nə qədər gərgin olduğunu düşünmək çətin deyil.

Qulaqcıqların ziyanı

Müntəzəm olaraq qulaqcıqdan istifadə edən melomanların sağlamlığı daha çox risk altındadır. Belə ki, həkimlərin fikrincə, müasir gənclər musiqiyə qulaqcıq vasitəsilə qulaq asırlar və bu da gələcəkdə kütləvi karlığa səbəb ola bilər. Amma faktdır ki, bu gün qulaqcıqlar az qala gənclərin gündəlik həyatının ayrılmaz bir hissəsinə çevrilib. Təbii ki, kiçik, kompakt bir şeyi hər zaman üstündə gəzdirmək bəzən insan üçün çox rahatdır. İdman zalında, məktəbdə, universitetdə, avtobusda, metroda – qulağında xoş bir musiqi ilə gəzməkdən çoxları zövq alır. Bu cür hallarla hər addımda qarşılaşmaq olur.

Statistikaya görə, Rusiyada karlaşma həddi cavanlaşır. Belə ki, əvvəllər bu hədd 70 yaşdan sonra yaranırdısa, indi artıq 30-40 yaşında insanlar bundan əziyyət çəkir. “Gənclərin yüksək səslə musiqi dinləməsi nəticəsində qulaqlarda "akustik zədə" meydana gəlir ki, bu da zaman keçdikcə qulaqda küyün yaranmasına səbəb olur. Qulaqda olan küy yüksək səsli musiqi nəticəsində daha da artır”,-deyə rusiyalı həkimlər bildirirlər.
Mütəxəssislər həmçinin iş yerində musiqiyə qulaq asmağın xeyirli olmadığını bildirirlər. ABŞ-ın Corciya Universitetində aparılan araşdırmaya görə, işləyərkən musiqiyə qulaq asmaq heç də motivasiyanı gücləndirmir. Belə ki, gənc və orta yaşlı könüllülərə verilən işi musiqi dinləyərək və musiqisiz yerinə yetirmək tapşırılıb. Nəticədə qruplardan birinin musiqisiz, sakit mühitdə verilən tapşırığı daha tez yerinə yetirdiyi bəlli olub.
Tədqiqatçılar belə qənaətə gəliblər ki, iş zamanı musiqiyə qulaq asmaq diqqəti yayındırır. Bunu vərdişə çevirənlərdə isə konsentrasiya və yaddaşın itməsi kimi problemlərin yarana biləcəyi bildirilir. Hətta musiqiyə həddən artıq çox qulaq asmağı narkotik aludəçiliyinə bənzədən ekspertlər də var. Artıq burda söhbət musiqinin gözəlliyindən və zövqdən yox, mənfi uyğunlaşmadan gedir.

Təbiətin qisası

Psixoloq Dəyanət Rzayev hesab edir ki, uyğunlaşma nəticəsində davam edən proses çərçivəsində hisslər yox ola bilir: “Məsələn, hər kəs televizora xoşladığı bir səs yüksəkliyində qulaq asır. Həmin çərçivədən yuxarı və ya aşağı səsi qəbul eləmir”. Psixoloqun sözlərinə görə, musiqiyə çox qulaq asdıqda sağlamlıq və ya psixoloji baxımdan müəyyən ziyanlar ola bilər: “İlk növbədə insanda əzginlik, yorğunluq yaranır. Xüsusən bu cür hallar eynitipli musiqiyə qulaq asanda baş verir. Bu, həmçinin əhval-ruhiyyəyə də təsir göstərir. Eləcə də bədbin və ya şən musiqiyə qədərində qulaq asmaq lazımdır. Qədərindən çox və yüksək səslə musiqiyə qulaq asdıqda bu, insanın səhhətində problemlər yaradır”. Psixoloqun sözlərinə görə, həkimlər insanlara sakitlik üçün adətən klassik musiqini məsləhət görürlər. Belə ki, Bethoven, Motsart, Vivaldinin musiqisi insanlara sakitlik gətirir: “Əlbəttə, bu da əhval-ruhiyyədən asılıdır. Əgər insan depressiv vəziyyətdədirsə, ona kədərli musiqiyə qulaq asmaq məsləhət deyil. Bu cür musiqi onu daha da bədbinliyə qapadar”. Psixoloqun fikrincə, küçələrdə, insanların yaşadıqları ərazilərin yaxınlığında və avtomobillərin salonlarında yüksək səslə səsləndirilən musiqi də ətrafdakıların rahatlığına və səhhətinə ziyandır: “Avropa ölkələrində, hətta qonşu Gürcüstanda belə bu formada musiqi səsləndirilmir. Bu, mədəniyyətdən asılıdır”.

Professor Nəsib Quliyev hesab edir ki, hər bir səsin gücü həddini aşanda ziyan gətirir. Ancaq səsin gücü beyinin normal şəkildə qəbul etdiyi səviyyədə olursa, onun heç bir ziyanı yoxdur: “Ailədə uşaq böyüyür, o, daim səslə əhatə olunur. Ona deyə bilmərik ki, heç bir səsə qulaq asma və ya kiməsə deyə bilməzsən ki, danışma, uşağa ziyan olacaq. Ancaq səsin qıcıqlandırıcı təsiri insana ziyan gətirir. İnsanın eşitmə orqanının normal qəbul etdiyi səs heç vaxt saatla ölçülə bilməz. Çünki insanın həm gördüyü şeylərlə, həm də səslə daim ünsiyyəti var”. Professorun fikrincə, qulaqda gəzdirilən qulaqcıq xüsusən zərərlidir: “Belə ki, yaxın məsafədən daimi təsir insana ziyan gətirir. Bu, təbiilikdən kənar məsələdir. Süni nə yaradılırsa, əslində insanın özünə qarşı yaradılır. Təbiətdə olan canlıların heç biri öz həyat tərzini dəyişmir. Amma insan şüurlu hesab olunaraq cürbəcür yeniliklər icad edir. Sonda da bunların hamısı insanın özünə qarşı çevrilir. Təbiət o insanlardan əvəzini çıxır. Ona görə də təbiətin elə qanunları var ki, onları pozmaq olmaz. Məsələn, gecə ilə gündüzün yerini dəyişmək olarmı? Bu, bizim gücümüz xaricindədir. Canlıların həyat tərzi də belədir”. N.Quliyevin sözlərinə görə, səs səsgücləndirici ilə yayılırsa, həm böyüyə, həm də uşaqlara ziyan gətirir: “Bu, xüsusən uşaqlar üçün ziyanlıdır. Çünki onların eşitmə orqanları formalaşmayıb. Məsələn, bu gün toylarda əksər adamlar yarım saatdan artıq əyləşə bilmirlər. Gücləndirici ilə yayılan səs onların səs sisteminə təsir edir. Bundan əlavə, bütün zövqlər alt-ust olur. Yaxın məsafədən qulaq daxilinə yönəldilən səslər də qıcıq gətirir və insana ziyan verir”.

Həkimlər məsləhət görür ki, adi qulaqcıqlarla maksimum səviyyədən bir az aşağı səslə musiqiyə qulaq asmaq olar. Ancaq bu o demək deyil ki, günün bütün saatı həmin qulaqcıq qulaqda olmalıdır. Arabir qulağa istirahət verilməlidir. Bundan əlavə, ətrafdakı səsi batırmaq üçün qulaqcığa çox səs vermək məsləhət deyil. Ən yaxşısı, ətrafdakı insanların təbii səsidir. Bu səsi dinləmək üçünsə qulaqcığa qətiyyən ehtiyac yoxdur..


Geri dön

Bash Belası

  • 5 mart 2015 06:11
  • Məqalə: 158
  • Şərh: 5011
  • Bal:
Məndə dməy oLarki çox vaxt nauşnikLə quLax asram mahnya və səsidə braz çox oLur :/ Xəbərə görə saoL=)

MenimleSen

  • 5 mart 2015 00:06
  • Məqalə: 60
  • Şərh: 1257
  • Bal:
{awards}
hmmm men ele de qulax asmiram nauwnik demey olar hec qulax asmiram men pramoy polnu xod verb qulax asram ele daha asand olur kar olmax.xixxixixi:)):D

--------------------

Pıtırcık

  • 4 mart 2015 21:21
  • Məqalə: 453
  • Şərh: 9618
  • Bal:
{awards}
angry mən evdə qulağcığla mahnıa qulaq asıram

--------------------
http://legend.az/user/imza/http://legend.az/user/imza/

Elya Alieva

  • 4 mart 2015 21:12
  • Məqalə: 102
  • Şərh: 7077
  • Bal:
{awards}
Tesekkurler

--------------------
UREYIM...I MEN

my angel__

  • 4 mart 2015 21:06
  • Məqalə: 291
  • Şərh: 11177
  • Bal:
{awards}
Nauwniknen: yatıb Nauwniknen dururam ((( Kar olajam?) wink

--------------------
| İnsanlar anlamadıki ulduzlar onlara məxsus deyil. |

AyKe

  • 4 mart 2015 20:59
  • Məqalə: 1
  • Şərh: 1008
  • Bal:
{awards}
Vaoo men isdifade etmirem qulaqciq.cox sagol

--------------------
Ölünce sevemezsem seni._____________*

psix)

  • 4 mart 2015 20:51
  • Məqalə: 7
  • Şərh: 1683
  • Bal:
{awards}
ilk werh menden tongue

--------------------
......
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 4
Qonaqlar: 44
Cəmi: 66

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 10
Cəmi: 453
 
♔Hе важно∞
Xəbərləri: 3
Cəmi: 31
 
 
{slinks}