Sehr Quranda üç mənada gəlmişdir:

 
Sehr Quranda üç mənada gəlmişdir:



Sehr nədir və hansı tarixdən yaranması haqqında çox bəhslər olmuşdu. Bunu demək olar ki, sehr çox qədim zamanlardan insanlar arasında meydana gəlmişdir. Ancaq onun dəqiq tarixi əlimizdə yoxdur və onu da dəqiq demək mümkün deyildir ki, cadugərlik ilk dəfə kim tərəfindən yaradılmışdır.

Ancaq sehrin məna və həqiqəti haqqında demək olar ki, sehr qeyri-adi bir əməldir ki, insanda öz təsirini qoyur. Bəzən gözbağlıca və hoqqabazlıq kimi olur və bəzən də psixoloji və xəyali təsir bağışlayır.

Sehr Quranda üç mənada gəlmişdir:

O xəyallar ki, həqiqətdən uzaqdır, hoqqabazlıq kimi.
Şeytanların məxsusi yollardan cəlb edilib onlardan kömək istəmək.
Başqa mənası hamının təxmin etdiyidir və o da bəzi vasitələrlə mövcudatların şəklini və mahiyyətini dəyişdirməkdir. Məsələn: İnsanı sehrin vasitəsilə heyvana çevirmək. Bütün bunlar bir növ xəyaldır və həqiqət deyildir.

Sehr haqqında Quranın "Taha", "Şüəra", "Yunis", "Əraf" və başqa surələrində təxminən 51 dəfə məlumat verilmişdir və onların bəziləri Musa(ə), İsa(ə), bəziləri Həzrət Muhəmməd (s) haqqında gəlmişdir və bütün bunlardan belə nəticəyə gələ bilərik ki, sehr Quranın nəzərincə iki yerə bölünür:

1- O sehrlər ki, hoqqabazlıq, gözbağlıca, aldadıcı məqsədlər üçündür və bu sehrlər həqiqətdən uzaqdırlar. "Taha" surəsinin 66-cı ayəsində Allah buyurur: "Onların sehri nəticəsində Musaya elə gəldi ki, onların kəndirləri və çəlikləri çabalayır". "Əraf" surəsinin 116-cı ayəsində buyurur: "Adamların gözlərini sehirləyib onları qorxutdular və böyük bir sehr göstərdilər."
Bu ayələrdən məlum olur ki, sehr həqiqətə yaxın deyildir ki, əşyaya təsir etsin, əksinə bütün bunlar sehirbazların fokuslarıdır ki, bunun vasitəsilə tamaşaçıların gözlərini bağlayırlar.

2- Quranın bəzi ayələrindən isə belə nəticəyə gəlmək olur ki, sehrlərin bəzi növləri doğurdan da təsir qoyandırlar. "Bəqərə" surəsinin 102-ci ayəsində Allah buyurur: "Amma onlar o iki mələkdən (Harut və Marut) bir şeylər öyrənirdilər ki, onunla ərlə-arvad arasına ayrılıq salsınlar".
Görəsən sehr təkcə psixologiyaya təsir göstərir, onun cismə təsiri mümkündürmü? Bəzi təfsirçilər onun ancaq psixoloji təsir göstərdiyini söyləyirlər.


Bundan başqa onu da qeyd etmək lazımdır ki, sehirbazların çoxu kimyəvi maddələrdən istifadə edərdilər.

Məsələn Musanın(ə) zamanındakı sehirbazlar haqqında tarixdə oxuyuruq ki, onlar əsalarının içini müəyyən kimyəvi maddələrlə (civə) doldururdular və günəş batandan sonra əsanın altında yerləşdirdiyi istilik verən bir vasitə ilə onu hərəkətə gətirərdilər və tamaşaçılar da fikirlərşirdilər ki, onlar diriliblər.

İslam fəqihləri sehr etməyi və cadu ilə məşğul olmağı haram sayırlar.

İslami mətnlərdən bizə çatan hədisə nəzər salaq. Həzrət Əli (ə) buyurur: "O kəs ki, sehr öyrənsə, az və ya çox kafir olmuşdur və onun Allah ilə rabitəsi tamamilə kəsilmişdir".

Bizim dövrümüzdə də qədimdə istifadə olunan kimyəvi maddələrdən istifadə etməklə fokuslar göstərirlər. Bundan başqa hipnotizm, telepatiya da sehrin bir qolu hesab edilir. Qısası demək olar ki, sehrin mənası genişdir.


Bunu da deyək ki, insan iradəsinin gücünün genişliyi son zamanlar sübut olunmuşdur. Və müəyyən çalışmalar nəticəsində insanlara və mövcudatlara təsir göstərmək olar.

Bu da maraqlıdır ki, bu çalışmalar iki cür ola bilər . Belə ki, şəri cəhətdən icazə verilən çalışmalar pak nəfsi gücləndirər, qeyri-şəri çalışmalar isə şeytani qüvvələri gücləndirər. Və hər ikisinin qeyri-adi nəticələri ola bilər ki, birincisindəki müsbət, yaradıcı, ikincisində isə dağıdıcı olar.

Bir sözlə sehrlə və cadu ilə məşğul olmaq Allahın bəyənmədiyi əməllərdən sayılır. Uca Allahdan insanlara bu işlərdən uzq olma tofiqatını nəsib etməsini diləyirik. Amin!!!


Geri dön

вคɴค iкiмizi คɴlคт ❤

  • 6 mart 2015 17:06
  • Məqalə: 665
  • Şərh: 18462
  • Bal:
Allah razi olsun

Zehra_Aşiqi

  • 6 mart 2015 12:43
  • Məqalə: 272
  • Şərh: 1323
  • Bal:
{awards}
REYLERE GORE TESEKKURLER

--------------------

..::My Black::..

  • 6 mart 2015 11:39
  • Məqalə: 277
  • Şərh: 1930
  • Bal:
{awards}
Allah razı olsun sağolun)

MenimleSen

  • 6 mart 2015 01:48
  • Məqalə: 60
  • Şərh: 1257
  • Bal:
{awards}
Allah razi olsun sehr zad inanmam ama caduya inanram cunku var

--------------------

Elya Alieva

  • 5 mart 2015 22:03
  • Məqalə: 102
  • Şərh: 7077
  • Bal:
{awards}
Tesekkurler bilmirdim

--------------------
UREYIM...I MEN

sessiz deniz

  • 5 mart 2015 21:55
  • Məqalə: 410
  • Şərh: 6840
  • Bal:
{awards}
twklerrrrrrrrrrr

psix)

  • 5 mart 2015 20:40
  • Məqalə: 7
  • Şərh: 1683
  • Bal:
{awards}
allah razi olsun
elleriniz derd gormesin

--------------------
......

Bash Belası

  • 5 mart 2015 20:34
  • Məqalə: 158
  • Şərh: 5011
  • Bal:
{awards}
Allah razı oLsun...

Pıtırcık

  • 5 mart 2015 20:33
  • Məqalə: 541
  • Şərh: 9780
  • Bal:
{awards}
xəbərə görə sağ oln

--------------------
http://legend.az/user/imza/
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 3
Qonaqlar: 41
Cəmi: 67

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 27
Cəmi: 541
 
♔Hе важно∞
Xəbərləri: 21
Cəmi: 89
 
Nergiz__Sirinova
Xəbərləri: 12
Cəmi: 409
 
Sol Meleyim
Xəbərləri: 8
Cəmi: 11
 
AyliN BunyaminovA
Xəbərləri: 4
Cəmi: 390
 
cuppuş))
Xəbərləri: 3
Cəmi: 3
 
Nazrin
Xəbərləri: 2
Cəmi: 11
 
genclik_usaqi
Xəbərləri: 1
Cəmi: 1
 
✰_DeLNoLiNi_✰
Xəbərləri: 1
Cəmi: 156
 
 
{slinks}