Quranda Peyğəmbərlərin Duaları

 
Quranda Peyğəmbərlərin Duaları



Quranda Peyğəmbərlərin Duaları
"Dua" lüğətdə istəmək, bir şeyə rəğbət etmək və bir kəsdən nə isə istəmək mənasındadır. (Qamus əl-muhit, dua bölməsi.)
İslamda "Dua" termini, Allahdan kömək və xeyirxahlıq diləmək, onun müqabilində öz acizliyini nümayiş etdirmək və Tanrı ilə mənəvi rabitə yaratmaqdır.
Qurani kərim bir çox ayələrdə açıq-aydın camaatı dua etməyə çağıraraq, onu qəbul edəcəyinə vəd etmişdir.
Allah-təala buyurur: "(Ya Rəsulum!) Bəndələrim Məni səndən soruşduqda, Mən (onlara) yaxınam. Dua edib Məni çağıranın duasını qəbul edərəm. Gərək onlar da Mənim çağırışımı qəbul edib Mənə iman gətirsinlər. Bununla da, ola bilsin ki, doğru yola yetişsinlər." (Bəqərə surəsi, 186-cı ayə.)
Başqa ayədə dua etməyə əmr edərək buyurur: Rəbbiniz buyurdu: "Mənə dua edin, Mən də sizin dualarınızı qəbul edim! (Məni çağırın, harayınıza yetişərəm, yaxud yalnız Mənə ibadət edin, sizi mükafatlandıraram!) Mənə ibadət etməyi təkəbbürlərinə sığışdırmayanlar Cəhənnəmə zəlil olaraq girəcəklər!" (Ğafir surəsi, 60-cı ayə.)
Peyğəmbər (s) buyurur: "Camaatın ən acizi dua etməyi bacarmayan şəxslərdir" (İddətüd-dai, səh. 24.)
İmam Əli (ə) buyurur: "Allah yanında ən sevimli əməl yer üzündə edilən duadır" (Kafi, c.2, səh. 467.)

Quranda Peyğəmbərlərin Duaları


1) Həzrət Adəmin (ə) duası
O Həzrət cənnətdən uzaqlaşdırılarkən dedi: "Ey Rəbbimiz! Biz özümüzə zülm etdik. Əgər bizi bağışlamasan, rəhm etməsən, biz, şübhəsiz ki, ziyana uğrayanlardan olarıq!” – dedilər". (Əraf surəsi, 23-cü ayə.)

Quranda Peyğəmbərlərin Duaları


2) Həzrət Nuhun (ə) duası
O həzrət dua edərkən buyurdu: "Ey Rəbbim! Məni, ata-anamı, mənim evimə (yaxud məscidimə) mömin kimi daxil olan kimsəni və (qiyamət gününə qədər olacaq) bütün mömin kişiləri və qadınları bağışla. Zalımların isə ancaq və ancaq həlakını (ölümünü) artır!” (Nuh surəsi, 28-ci ayə.)

Quranda Peyğəmbərlərin Duaları


3) Həzrət İbrahimin (ə) duası
Həzrət İbrahim (ə) öz ailəsini Məkkənin susuz səhrasında qoyandan sonra buyurdu: "Ey Rəbbimiz! Mən əhli-əyalımdan bəzisini (İsmaili və anası Hacəri) Sənin Beytülhəramının (Kəbənin) yaxınlığında, əkin bitməz bir vadidə (dərədə) sakin etdim.
Ey Rəbbimiz! Onlar (vaxtlı-vaxtında, lazımınca) namaz qılsınlar deyə belə etdim. Elə et ki, insanların bir qisminin qəlbləri onlara (Kəbənin ziyarətinə, əhli-əyalıma mərhəmət göstərməyə) meyl etsin. Onlara (bu yerin ağaclarının) meyvələrindən ruzi ver ki, (nemətinə) şükür edə bilsinlər!...
Ey Rəbbim! Məni də, nəslimdən olanları da (vaxtlı-vaxtında, lazımınca) namaz qılan et.
Ey Rəbbimiz! Duamı qəbul et!
Ey Rəbbim! Haqq-hesab çəkilən gün (qiyamət günü) məni, ata-anamı və möminləri bağışla!” (İbrahim surəsi, 37, 40 və 41-ci ayələr.)

Quranda Peyğəmbərlərin Duaları


4) Həzrət Süleyman (ə)-ın duası
Allah-təala həzrət Süleyman (ə)-ın duasını belə nəql edir: "Ey Rəbbim! Mənə mənim özümə və ata-anama ehsan buyurduğun nemətə şükür etmək, Sənin razı qalacağın yaxşı iş görmək üçün ilham (qüvvət) ver! Və məni öz mərhəmətinə saleh bəndələrinin zümrəsinə daxil et!” ( Nəml surəsi19-cu ayə.)

Quranda Peyğəmbərlərin Duaları


5) Həzrət Yunus (ə)-ın münacatı
Allah-təala həzrət Yunus (ə)-ın balığın qarınında olarkən etdiyi duanı belə nəql edir: "…Amma sonra qaranlıqlar içində (balığın qarnında; gecənin, yaxud dənizin zülmətində): "(Pərvərdigara!) Səndən başqa heç bir tanrı yoxdur. Sən paksan, müqəddəssən! Mən isə, həqiqətən, zalımlardan olmuşam (əmrinə qarşı çıxaraq özümə zülm eləmişəm)”,-deyib dua etmişdi. Biz onun (Yunisin) duasını qəbul etdik və (balığın qarnından çıxartmaqla) onu qəmdən qurtardıq..." (Ənbiya surəsi, 87 və 88-ci ayələr.)


Quranda Peyğəmbərlərin Duaları

6) Həzrət Yusif (ə)-ın duası
Allah-təala həzrət Yusif (ə)-ın Züleyxa ilə macərasında etdiyi duanı belə nəql edir: "(Yusif) dedi: "Ey Rəbbim! Mənim üçün zindan bunların məni sövq etdikləri işi görməkdən xoşdur. Əgər (bu qadınların) hiyləsini məndən dəf etməsən, mən onlara meyl edər və cahillərdən olaram”. Rəbbi (Yusifin) duasını qəbul buyurub (qadınların) məkrindən qurtardı. Həqiqətən, O, (hər şeyi) eşidəndir, biləndir!" (Yusif surəsi, 33-cü ayə.)

Quranda Peyğəmbərlərin Duaları


7) Həzrət Musa (ə)-ın duası
Quran həzrət Musa (ə)-ın Allahdan ruzi istəməsi barəsində buyurur: "...Ey Rəbbim! Mən Sənin mənə nazil edəcəyin xeyirə möhtacam!” ( Qəsəs surəsi, 24-cü ayə)

Quranda Peyğəmbərlərin Duaları

8) Həzrət Zəkəriyya (ə)-ın duası
O həzrət Allah-təaladan salih övlad istəyərkən belə dua etdi: "Zəkəriyya Rəbbinə dua edərək dedi: "Ey Rəbbim! Mənə də Öz tərəfindən pak bir övlad bəxş et! Sən, həqiqətən, duaları eşidənsən!” (Ali İmran surəsi, 38-ci ayə.)

Quranda Peyğəmbərlərin Duaları


Allah-təala islam peyğəmbərinə (s) xitabən buyurur: "(Ya Peyğəmbər!) De: "Mən ancaq öz Rəbbimə ibadət edirəm və heç kəsi Ona şərik qoşmuram!” (Cinn surəsi, 20-ci ayə.)


Geri dön

music_angel

  • 4 sentyabr 2011 17:06
  • Məqalə: 212
  • Şərh: 7638
  • Bal:
Allah razi olsun

--------------------

::..ONSLAUGHT::..

  • 1 mart 2011 23:08
  • Məqalə: 197
  • Şərh: 11459
  • Bal:
{awards}
TEWEKKUR........

Deyerli yazi ucun sonsuz tesekkurler

--------------------
.....(¯`v´¯)
..... ·.¸.·´
...¸.·´
.. (

Made_In_Bakinka

  • 28 fevral 2011 07:57
  • Məqalə: 86
  • Şərh: 2343
  • Bal:
{awards}
Deyerli yazi ucun sonsuz tesekkurler

ILuVia

  • 28 fevral 2011 01:53
  • Məqalə: 11
  • Şərh: 235
  • Bal:
{awards}
cox gozl movzudu.Allah razi olsun!!

--------------------
Edep, Aklın Tercümanıdır... Herkes Edebi Kadar Akıllı, Aklı Kadar Şerefli, Şerefi Kadar Kıymetlidir...

_______________________________
Hər cür çətinliklərinə,göz yaşlarına inad
Seni sevirəm,Heyat!!

Sevinc_Keder

  • 27 fevral 2011 23:58
  • Məqalə: 0
  • Şərh: 442
  • Bal:
{awards}
AYSE17 ALLAH RAZİ OLSUN SENDEN
DEYERLİ MOVZUYA GORE COX COX MİNNETDARAM ARDİ GELSİN love

--------------------
Insanları tanıdıqca uzaqlaşdim!Elə bildim mən uzaqlaşıram amma onlar məndən uzaqlaşırdılar!!!

ZEHRA

  • 27 fevral 2011 22:26
  • Məqalə: 169
  • Şərh: 1948
  • Bal:
{awards}
Dəyərli xəbər üçün çox təşəkkür edirəm.
ALLAH razı olsun.

Vasif777

  • 27 fevral 2011 21:13
  • Məqalə: 58
  • Şərh: 295
  • Bal:
{awards}
Машаллах...!

--------------------
Eline,Diline ve Beline sahib ol !!!
Hezreti Ali

huseyn12

  • 27 fevral 2011 21:12
  • Məqalə: 59
  • Şərh: 202
  • Bal:
{awards}
Dəyərli xəbər üçün çox təşəkkür edirəm.
ALLAH razı olsun.

--------------------
Allahım, Səndən qorxaraq Səni sevməyi deyil, Səni sevərək Səndən qorxmağı bizə nəsib et.

Lexikon

  • 27 fevral 2011 21:06
  • Məqalə: 1118
  • Şərh: 4153
  • Bal:
{awards}
yazi ucun twk

::..ONSLAUGHT::..

  • 27 fevral 2011 20:22
  • Məqalə: 197
  • Şərh: 11459
  • Bal:
{awards}
Cox gozel xeber idi.... Tesekkur

--------------------
.....(¯`v´¯)
..... ·.¸.·´
...¸.·´
.. (

Sami

  • 27 fevral 2011 20:21
  • Məqalə: 13
  • Şərh: 22
  • Bal:
{awards}
Cox gozel xeber idi.... Tesekkurumu bildirirem... Sami

Ulya

  • 27 fevral 2011 20:15
  • Məqalə: 1911
  • Şərh: 13779
  • Bal:
{awards}
super cox beyendim

İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 2
Qonaqlar: 52
Cəmi: 67

 

Top 10 Müəllif

NIGAR
Xəbərləri: 52
Cəmi: 721
 
The Shield
Xəbərləri: 51
Cəmi: 71
 
MiSS HaPPy)
Xəbərləri: 48
Cəmi: 143
 
Nergiz__Sirinova
Xəbərləri: 41
Cəmi: 470
 
Arzu_zadeh
Xəbərləri: 34
Cəmi: 232
 
♔Hе важно∞
Xəbərləri: 28
Cəmi: 201
 
AyliN BunyaminovA
Xəbərləri: 16
Cəmi: 439
 
Sol Meleyim
Xəbərləri: 11
Cəmi: 52
 
No-Girls-No-ProBlemS
Xəbərləri: 10
Cəmi: 219
 
S)
Xəbərləri: 8
Cəmi: 20
 
 
{slinks}