Nur

 
Nur



386. Nur

1754.Bəsirətnuru.
Qur‘an:
«Heç (qəlbi) ölü olub diriltdiyimiz, sonra insanlar arasında gəzmək üçün özünə bir nur verdiyimiz adam, zülmət içində qalıb oradan çıxa bilməyən şəxs kimi ola bilərmi? Kafirlərin etdikləri əməllər onlar üçün beləcə zinətlənmişdir.»
«Ey iman gətirənlər! Allahdan qorxun və Onun Peyğəmbərlərinə iman gətirin ki, Allah sizə Öz mərhəmətindən iki pay versin, sizə getməyiniz üçün nur bəxş etsin və sizi bağışlasın. Allah bağışlayan və rəhm edəndir.»
Hədis:
6266.İmam Səccad (ə) (etdiyi duaların birində):–«Mənə nur bəxş et ki, onunla insanlar arasında yol gedim, onun vasitəsi ilə qaranlıqlarda yolu tapım və onun işığında şəkk-şübhələrdən çıxım.»
6267.İmam Sadiq (ə): «Elm, öyrənməklə deyil. Əksinə, elm əslində bir nurdur ki, Allah-taalanın hidayət etmək istədiyi şəxsin qəlbinə düşür.»
1755.Qəlbin nuru və üzün nuru.
6268.İmam Əli (ə): «Çox sükut et düşüncən zənginləşsin, qəlbin nurlansın və camaat sənin əlindən amanda qalsın.»
6269.İmam Səccad (ə) («gecə oyaq olub ibadətlə məşğul olanlar nə üçün insanların ən göyçəyidirlər?» sualının cavabında):–«Çünki onlar Allahla xəlvətə çəkiliblər və Allah onların qamətini Öz nuruna bürümüşdür.»
6270.İmam Sadiq (ə): «Qəlbin nurunu (onun nurlanmasının yolunu) axtardım və onu təfəkkür və ağlamaqda tapdım. Siratdan keçməyi (yolunu) axtardım və onu sədəqə verməkdə tapdım. Üzün nurunu axtardım və onu gecə namazında tapdım.»
1756.Hər bir doğru işdə nur var.
6271.Allahın Peyğəmbəri (s): «Namaz nurdur.»
6272.Allahın Peyğəmbəri (s): «Kim Allah yolunda bir ox atsa, həmin ox qiyamət günü onun üçün nur olar.»
6273.Allahın Peyğəmbəri (s): «Qur‘an oxu! O sənin üçün yer üzündə nur, göydə isə azuqədir.»
6274.Allahın Peyğəmbəri (s): «Kim bir müsəlmanın haqqını diriltmək üçün haqq bir şahidlik etsə, qiyamətdə üzü nurani halda gələr. Onun nuru göz işlədikcə parlayar, yaradılmışlar onu ad və nəsəbi ilə tanıyarlar.»
6275.İmam Əli (ə): «Hər bir haqq işlə bir həqiqət var, hər bir düz işlə bir nur!»
1757.Qiyamət nuru.
Qur‘an:
«O gün mömin kişilərin və qadınların nurunun onların önlərindən və sağ tərəflərindən axıb şö'lə saçdığını görəcəksən. (Onlara deyiləcək:) Bu gün sizin müjdəniz, altından çaylar axan cənnətlərdir, siz orada əbədi qalacaqsınız. Bu ən böyük qurtuluş və uğurdur.»
Hədis:
6276.Allahın Peyğəmbəri (s) («mən qiyamətdə məhşərə nurla gəlmək istəyirəm» deyən şəxsə):–«Heç kəsə zülm etmə ki, qiyamət günü məhşərə nur içində gələsən.»


Geri dön

★QarA GözLüM★

  • 6 mart 2015 22:19
  • Məqalə: 96
  • Şərh: 901
  • Bal:
ALLAH razi olsun

--------------------


sessiz deniz

  • 6 mart 2015 22:03
  • Məqalə: 410
  • Şərh: 6840
  • Bal:
{awards}
Allah razi olsunnnnnnn

HeYat cOoX qErIbEdi.

  • 6 mart 2015 21:42
  • Məqalə: 69
  • Şərh: 662
  • Bal:
{awards}
LOMİŞ,
cumlemizden xanim

--------------------

Elya Alieva

  • 6 mart 2015 21:16
  • Məqalə: 102
  • Şərh: 7076
  • Bal:
{awards}
Allax raзы олсun...

--------------------
UREYIM...I MEN

Allahi_Unutma

  • 6 mart 2015 21:04
  • Məqalə: 0
  • Şərh: 0
  • Bal:
{awards}
6271.Allahın Peyğəmbəri (s): «Namaz nurdur.»

Allah razi olsun

psix)

  • 6 mart 2015 20:48
  • Məqalə: 7
  • Şərh: 1683
  • Bal:
{awards}
ay allah size yardimci olsun
bu cur movzulardan bizleri xeberdar edirsiz

--------------------
......

Pıtırcık

  • 6 mart 2015 20:47
  • Məqalə: 441
  • Şərh: 9608
  • Bal:
{awards}
ALLAH RAZI OLSUN

--------------------


http://legend.az/user/imza/http://legend.az/user/imza/
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 0



Qonaqlar: 28
Cəmi: 51

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 25
Cəmi: 441
 
Nergiz__Sirinova
Xəbərləri: 19
Cəmi: 369
 
♔Hе важно∞
Xəbərləri: 11
Cəmi: 27
 
_TUNAR_MAMEDOV_
Xəbərləri: 2
Cəmi: 673
 
Mövlud Ağamməd
Xəbərləri: 2
Cəmi: 23
 
Ufuk Kazimi
Xəbərləri: 1
Cəmi: 2
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 1
Cəmi: 1139
 
TacsizKRalica
Xəbərləri: 1
Cəmi: 2
 
m_aynur97
Xəbərləri: 1
Cəmi: 1
 
FullFidawka
Xəbərləri: 1
Cəmi: 2
 
 
{slinks}