Bu günün hava proqnozu

 
Bu günün hava proqnozu


Martın 7-də Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Axşam bəzi yerlərdə zəif duman olacaq.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən AZƏRTAC-a verilən məlumata görə, cənub küləyi əsəcək, gündüz arabir 18-23 m/s-dək güclənəcək. Havanın temperaturunun gecə 3-5° isti, gündüz 10-15° isti, bəzi yerlərdə 17° isti, Bakıda gecə 3-5° isti, gündüz 13-15° isti olacağı gözlənilir. Atmosfer təzyiqi normadan yüksək 773 mm civə sütunundan 768 mm civə sütununa enəcək, nisbi rütubət gecə 75-85, gündüz 50-65 faiz təşkil edəcək.

Naxçıvan Muxtar Respublikasında hava, əsasən, yağmursuz keçəcək. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Cənub küləyi əsəcək, arabir 18-23 m/s-dək güclənəcək Temperaturun gecə 0-5° şaxta, bəzi yerlərdə 4°-dək isti, gündüz 15-20° isti olacağı gözlənilir.

Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, həmçinin Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər və Daşkəsən-Gədəbəy rayonlarında hava, əsasən, yağmursuz keçəcək. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Cənub-qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir 23-28 m/s-dək güclənəcək. Temperaturun gecə 3° şaxtadan 2° isti, gündüz 10-15° isti, bəzi yerlərdə 18° isti olacağı gözlənilir.

Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli və Cəbrayıl rayonlarındahava, əsasən, yağmursuz keçəcək. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Cənub-qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir 23-28 m/s-dək güclənəcək. Temperaturun gecə 0-5° isti, gündüz 14-19° isti olacağı gözlənilir.

Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz və Qusar rayonlarında hava, əsasən, yağmursuz keçəcək. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Cənub-qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir 23-28 m/s-dək güclənəcək. Temperaturun gecə 2° şaxtadan 3°-dək isti, gündüz 12-17° isti, dağlarda gecə 0-5° şaxta, gündüz 10-15° isti olacağı gözlənilir.

Mərkəzi Aran: Mingəçevir, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan və Neftçala rayonlarında hava, əsasən, yağmursuz keçəcək. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Cənub-qərb küləyi əsəcək, arabir 20-25 m/s-dək güclənəcək. Temperaturun gecə 0-5° isti, gündüz 15-20° isti olacağı gözlənilir.

Masallı, Yardımlı, Lerik, Lənkəran və Astara rayonlarında hava, əsasən, yağmursuz keçəcək. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Cənub-qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir 23-28 m/s-dək güclənəcək. Temperaturun gecə 2-5° isti, gündüz 13-18° isti, bəzi yerlərdə 20° isti, dağlarda gecə 0-5° şaxta, gündüz 12-17° isti olacağı gözlənilir.



Geri dön

Pıtırcık

  • 7 mart 2015 13:32
  • Məqalə: 410
  • Şərh: 9552
  • Bal:
Məlumata görə sağ olun

--------------------
http://legend.az/user/imza/

Rüzgar_Gülüm

  • 7 mart 2015 13:21
  • Məqalə: 19
  • Şərh: 205
  • Bal:
{awards}
Gözəl gün çıxıb bu günwinked

--------------------
Dinim islam kitabım "Quran" mən Allahdan başqasına yalvarmam.

Elya Alieva

  • 7 mart 2015 12:35
  • Məqalə: 102
  • Şərh: 7076
  • Bal:
{awards}
ilik Serx mende

--------------------
UREYIM...I MEN

İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 4
Qonaqlar: 63
Cəmi: 88

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 6
Cəmi: 410
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1137
 
^^KuKuLKa^^
Xəbərləri: 1
Cəmi: 774
 
Nergiz__Sirinova
Xəbərləri: 1
Cəmi: 350
 
 
{slinks}