Görünməmələri səbəbinə görə mələkləri inkar edən kəslərə nə deməliyik?

 
Görünməmələri səbəbinə görə mələkləri inkar edən kəslərə nə deməliyik?


Bu görünən aləmdə nə qədər görünməz qüvvətlər, qanunlar, şüalar iç içə vəzifə görürlər. Mələklər isə bunların hamısından daha lətif. Şüalardan çox daha qatı olan havanı belə görə bilməyən insanoğlunun, "görmədiyimə inanmam" deyərək mələkləri inkarı çox qəribədir.
Zövqlə seyr etdiyimiz bir ağacda, yarı canlı dediyimiz bir həyat təcəllisi vardır. Biz bu həyatı görə bilmərik, amma ağacın hər yarpağı və hər çiçəyi bizə o həyatı sanki səslənərlər. Günəşin cazibə qüvvətini də görmərik amma, dünyamızın günəş ətrafındakı səyahətində o qüvvətin varlığını seyr edər kimi olarıq.
Gözümüz, dünyanın daşında torpağında gəzərkən, bunların arxasında bir cazibə qüvvətinin var olduğunu da çox yaxşı bilərik. Ağacdakı böyümə qanunu, günəşdəki cazibə və yerin çəkiliş qüvvətidir. Rəbbani ordulardan yalnız üç nəfər kimidir.
Hər yanımız bu görünməyən ordularla əhatə edilmişdir. Hər fəaliyyət onların varlığından xəbər verir. Bütün bunlara baxmayaraq yenə də bəzi kəslərdən çox qəribə sözlər eşidərik; "görmədiyim şeyə inanmaram" deyə.
İnanmaq qəlbə aid bir keyfiyyətdir. İnsan, inanmağa müxtəlif yollarla gedər. Görmə, bunlardan yalnız biridir. Yeməyin dadına dilimizlə baxarıq. Halbuki, gözümüz dadlar aləmini görə bilməz. "Radioya bax, nə xəbər var?" deyildiyində bu dəfə qulağımıza iş düşər. Səslər aləminə onunla baxarıq. "Bu adama bax, nə qədər qürurlu." deyildiyində isə, onun rəftarlarından ağlımızla bəzi mənalar çıxarar və bir hökmə çatarıq. Həqiqəti görməyi tək ölçü qəbul edənlər, digər duyğu orqanları yanında, ağıl və vicdanın vəzifəsini də gözə yükləmiş olarlar.
Elm adamlarına görə, insan gözü bu aləmdə mövcud şüaların ancaq yüzdə üç yarım qədərini görə bilirmiş. Demək ki insan, görməyi tək ölçü qəbul etsə, bu görünən aləmin belə yüzdə doxsanından çoxunu inkar edəcək.
Kainat və onda fəaliyyət göstərən çox fərqli şüaların bir başqa şəklini, bir kiçik misalını, insan bədənində və onda fəaliyyət göstərən hiss dünyasında görmək mümkündür.
Barmağımızı mələklərə inanmayan birinin üzünə doğru uzadaq və "bu dəri təbəqəsi var ya" deyək, "Onu üzündən söküb at!". Altındakı ətləri də soy kəlləndən. Bədənindəki bütün dəriləri eyni şəkildə soy. Axan qanlarını bir tərəfə yığ. Ətlərini bir başqa küncdə yığ. İç orqanlarını bir-bir çıxarıb yan-yana düz. Sonra bu ət və sümük, qan və ilik yığınının qarşısına keçərək soruş öz-özünə:
"Hanı ağlım? Yaddaşım, sevgim, qorxum harada? O ucsuz-bucaqsız hiss dünyam hara getdi?"


Sonra düşüncəni bədənindən kainata doğru yay və inadı bir tərəfə buraxaraq bu həqiqəti qəbul et: Bu maddi bədənimdə bu qədər görünməz aləmlər yaradan Allah, əlbəttə bu böyük kainatda nə qədər mələklər, nə qədər ruhanilər yaratmışdır.
"Gözümün görmədiyinə inanmaram." sözü, qəribə bir inadın ifadəsidir. Eşitmədiyim sözə, ayaq basmadığım diyara, iyləmədiyim çiçəyə inanmam kimi çürük bir iddiadır. Onlar qədər aşağı, onlar qədər əsassızdır.
Bu insanlar, duyğu orqanlarının o qədər təsirində qalarlar ki, "canlılar" deyil, yalnız özlərini və ətraflarındakı bəzi heyvanları anlayar, bir başqa həyat növünü qəbula yanaşmazlar. Onlardan birini yaxşıca dinləyin, bütün söylədiklərini beləcə yekunlaşdıra bilərsiniz: "Ulduzlarda həyat olmaz! Çünki mən atmosferin xaricində yaşaya bilmərəm." Bu adam, mələkləri də bir insan kimi təsəvvür edir; onlara boy, ağırlıq biçir, ağız, mədə, ağciyər taxır; sonra da onları atmosferin xaricinə çıxarıb havasızlıqdan öldürür və beləcə mələkləri inkara gedir. Halbuki bu biçarə, öz ruhunun, ağlının, yaddaşının da oksigenlə işləmədiyini, onların da, boy, ağırlıq kimi ölçülərə girmədiklərini düşünə bilsəydi mələkləri inkar yoluna girməzdi?
Bərəkət versin, insanoğlu, o görünməyən ağlıyla, radyoaktif dalğalardan, lazer şüalarına qədər elə şeylər kəşf etdi ki, görünməyənlərin görünənlərdən qat qat çox olduğu hər kəs tərəfindən qəbul edildi də, bu adamlar da artıq meydanda görünməz oldular.


Geri dön

Elya Alieva

  • 8 mart 2015 15:22
  • Məqalə: 102
  • Şərh: 7077
  • Bal:
Allax razi olsun

--------------------
UREYIM...I MEN

Fearless

  • 7 mart 2015 18:58
  • Məqalə: 282
  • Şərh: 413
  • Bal:
{awards}
ALLAH RAZI OLSUN

--------------------
http:// user/İMZA/

Pıtırcık

  • 7 mart 2015 18:02
  • Məqalə: 478
  • Şərh: 9653
  • Bal:
{awards}
Allah razı olsun

--------------------
http://legend.az/user/imza/http://legend.az/user/imza/

psix)

  • 7 mart 2015 17:41
  • Məqalə: 7
  • Şərh: 1683
  • Bal:
{awards}
allah sizden razi olsun elleriniz der gormesin

--------------------
......
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 1
Qonaqlar: 27
Cəmi: 46

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 22
Cəmi: 478
 
♔Hе важно∞
Xəbərləri: 9
Cəmi: 42
 
Nergiz__Sirinova
Xəbərləri: 4
Cəmi: 376
 
.::şirin_qız::.
Xəbərləri: 3
Cəmi: 28
 
SweeTy_
Xəbərləri: 2
Cəmi: 579
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 1
Cəmi: 1140
 
^^KuKuLKa^^
Xəbərləri: 1
Cəmi: 773
 
 
{slinks}