Külək əsəcək - Yağış yağacaq

 
Külək əsəcək - Yağış yağacaq


Azərbaycanda 8 mart - Beynəlxalq Qadınlar Günü ilə əlaqədar qeyri-iş günlərində hava qeyri-sabit, küləkli, yağıntılı olacaq, temperatur bir neçə dərəcə enəcək. Bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən məlumat verilib.

Bakıda və Abşeron yarımadasında martın 8-də havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir. Axşam bəzi yerlərdə zəif duman müşahidə ediləcək. Axşama doğru bəzi yerlərdə yağıntılı olacaq. Şimal-qərb küləyi güclənəcək.

Paytaxtda və Abşeron yarımadasında martın 8-də havanın temperaturu gecə 3-5, gündüz 7-9 dərəcə isti olacaq.

Martın 9-da da Bakıda və Abşeron yarımadasında buludlu hava şəraiti üstünlük təşkil edəcək, arabir yağıntılı olacaq, axşama doğru kəsiləcək. Şimal küləyi gündüz mülayimləşəcək.

Bakıda və Abşeron yarımadasında martın 9-da havanın temperaturu gecə 1-3, gündüz 6-8 dərəcə isti olacaq.

Martın 10-dan hava şəraiti sabitləşəcək, temperatur yüksələcək.

Azərbaycanın rayonlarında martın 8-də hava əsasən yağmursuz olacaq, səhər bəzi yerlərdə duman gözlənilir, əsasən şimal və şərq rayonlarında yağıntılı olacağı gözlənilir. Qərb küləyi ayrı-ayrı yerlərdə güclənəcək.

Aran rayonlarında martın 8-də havanın temperaturu gecə 0-5, gündüz 7-12 dərəcə isti, dağlarda gecə 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti, gündüz 4-9 dərəcə isti proqnozlaşdırılır.

Martın 9-da isə Azərbaycanın rayonlarında hava arabir yağıntılı olacaq, dağətəyi və dağlıq ərazilərdə sulu qar və qar yağacaq.

Martın 9-da Aran rayonlarında gecə 0-3, gündüz 3-6 dərəcə isti, dağlarda gecə 0-3 dərəcə şaxta, gündüz 3-7 dərəcə isti olacaq.

Martın 10-da hava əsasən yağmursuz olacaq, temperatur yüksələcək.


Geri dön

Elya Alieva

  • 8 mart 2015 15:24
  • Məqalə: 115
  • Şərh: 7036
  • Bal:
Aaaa Bakidaki soyuqdur wassat

--------------------
EVLİ MUTLU .......

Fearless

  • 7 mart 2015 18:59
  • Məqalə: 282
  • Şərh: 408
  • Bal:
{awards}
Xebere gore twkler

--------------------
http:// user/İMZA/

İTMİŞ_ŞƏHZADƏ

  • 7 mart 2015 17:58
  • Məqalə: 1
  • Şərh: 2049
  • Bal:
{awards}
Azərbaycanda 8 mart - Beynəlxalq Qadınlar Günü ilə əlaqədar qeyri-iş günlərində hava qeyri-sabit, küləkli, yağıntılı olacaq, temperatur bir neçə dərəcə enəcək. Bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən məlumat verilib.

--------------------
Menı itirmekden qormayanı qazanmağa çalışmaram....

Darling

  • 7 mart 2015 17:58
  • Məqalə: 933
  • Şərh: 11580
  • Bal:
{awards}
wassat məlumata görə sağ olun

--------------------
http://legend.az/user/imza/http://legend.az/user/imza/

psix)

  • 7 mart 2015 17:37
  • Məqalə: 7
  • Şərh: 1655
  • Bal:
{awards}
canim bacim xebere gore twk
ilk werhide men yazdim tongue

--------------------
......
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 4
Qonaqlar: 65
Cəmi: 81

 

Top 10 Müəllif

Limon qoxusu
Xəbərləri: 54
Cəmi: 155
 
The Shield
Xəbərləri: 50
Cəmi: 310
 
Darling
Xəbərləri: 47
Cəmi: 933
 
aytc.sza
Xəbərləri: 38
Cəmi: 84
 
Nergiz__Sirinova
Xəbərləri: 22
Cəmi: 580
 
Jesicca
Xəbərləri: 21
Cəmi: 59
 
❤Queen❤
Xəbərləri: 19
Cəmi: 77
 
♔Hе важно∞
Xəbərləri: 16
Cəmi: 306
 
Elya Alieva
Xəbərləri: 13
Cəmi: 115
 
AyliN BunyaminovA
Xəbərləri: 6
Cəmi: 488
 
 
{slinks}