Dağların funksiyası

 
Dağların funksiyası



Quranda dağların mühüm geoloji funksiyasına diqqət çəkilir:

Yer onları silkələməsin deyə, orada möhkəm dağlar yaratdıq... (Ənbiya surəsi, 31)

Ayədə dağların yer üzündəki təkanların qarşısını alan xüsusiyyəti xəbər verilir. Quran nazil edildiyi dövrdə heç kimin bilmədiyi bu həqiqət dövrümüzdə müasir geologiyanın kəşfləri nəticəsində üzə çıxmışdır.


Keçmişdə dağların sadəcə yer üzünün səthində qalmış yüksəkliklər olduğunu düşünürdülər. Ancaq elm adamları dağların sadəcə yer üzünün yüksəklikləri olmadığını, dağların kökünün hündürlüklərindən 10-15 dəfə çox yer qabığının dərinliyinə doğru uzandığını aşkar etdilər. Bu xüsusiyyəti ilə dağlar eynilə mismarın və ya dirəyin çadırı yerə möhkəm bağlaması kimi rola malikdir. Zirvəsi yer səthindən təxminən 9 km yüksəkdə olan Comolunqma dağının 125 km-dən artıq kökü var. 25

Dağlar yer qabığını təşkil edən böyük təbəqələrin hərəkətləri və toqquşmaları nəticəsində meydana gəlir. İki təbəqə toqquşduqda daha möhkəm olan təbəqə digərinin altına girir. Yuxarıda qalan təbəqə isə qıvrılaraq yüksəlir və dağları əmələ gətirir. Altda qalan təbəqə isə yerin altında irəliləyərək aşağıya doğru dərin kök meydana gətirir. Ona görə, daha əvvəl bildirdiyimiz kimi, dağların yer üzündə gördüyümüz gövdəsi qədər yerin altında da dərin kökü var. Bir elmi mənbədə dağların bu quruluşu belə tərif edilir:

Qitələrin daha qalın olduğu dağlıq ərazilərdə yer qabığı mantiyanın dərinliyinə doğru uzanır. 29

Məşhur dəniz geoloqlarından biri olan professor Siaveda isə dağların yerdə kök saldığını belə izah edir:


Qitələrdəki dağlar və okeanlardakı dağlar arasındakı əsas fərq materialındadır... Lakin hər ikisində də dağları dəstəkləyən kökləri var. Qitələrdəki dağlarda yüngül və sıxlığı az olan maddə yerin içinə doğru kök kimi uzanır. Okeanlardakı dağlarda da dağı kök kimi dəstəkləyən yüngül maddə var... Köklərin funksiyası Arximed qanununa görə dağları dəstəkləmək üçündür. 30

Bundan başqa, Amerika Elmlər Akademiyasının keçmiş rəhbəri Frank Pressin dünya səviyyəsində bir çox universitetdə dərslik kimi tədris edilən "Yer" (Earth) adlı kitabında dağların dirək kimi yer üzünə dərinliyə doğru yerləşdiyi ifadə edilir. 31

Quran ayələrində isə dağlar bu funksiyasına görə dirəyə bənzədilir:

Məgər Biz yeri döşək etmədikmi?! Dağları da dirək?! (Nəbə surəsi, 6-7)


Başqa bir ayədə Allah "Dağları da yerə bərkitdi" (Naziat surəsi, 32) şəklində bildirir. Bu ayədəki "ərsayha" sözü "yerə bərkitdi, möhkəmlətdi" mənalarını verir. Bu xüsusiyyətləri sayəsində dağlar yerin təbəqələrinin birləşmə nöqtələrində yerin üstünə və altına doğru uzanaraq bu təbəqələri bir-birinə bərkidir. Bu şəkildə, yer qabığını sabitləşdirərək maqma təbəqəsi üzərində və ya öz təbəqələri arasında sürüşməsinin qarşısını alır. Bir sözlə, dağları taxtaları birləşdirən mismarlara bənzədə bilərik. Dağların sabitləşdirmə xüsusiyyəti elmi ədəbiyyatda izostasiya adlandırılır. İzostasiya mantiya təbəqəsinin yuxarıya doğru tətbiq etdiyi qüvvə ilə yer qabığının aşağıya doğru tətbiq etdiyi qüvvə arasındakı müvazinətdir. Dağlar eroziya, torpaq sürüşməsi və ya buzlaqların əriməsi kimi səbəblərdən çəki itirir, buzlaqların əmələ gəlməsi, vulkanik partlayışlar və ya torpaq əmələ gəlməsi nəticəsində çəki qazanırlar. Bu səbəbdən, dağlar yüngülləşdikdə mayenin itələmə qüvvəsi ilə aşağıdan yuxarıya doğru itələnir, ağırlaşdıqda isə yerin cazibə qüvvəsinin təsiri ilə mantiyanın içinə çökürlər. Yer qabığına təsir edən bu iki qüvvə arasındakı müvazinət izostasiya sayəsində təmin olunur. Dağların bu tarazlayıcı xüsusiyyəti bir elmi mənbədə belə izah edilir:

C.B. Eyeri (G.B.Airy) yer qabığını su üzərində üzən, tirlərdən düzəldilmiş sallara bənzədir. Qalın tirlər nazik tirlərə nisbətən su səthinin daha yuxarısında üzürlər. Yer qabığının qalın hissələri də maye və ya sıxlığı az olan alt təbəqələr üzərində belə üzür. Eyeri dağların düzənliklərdə olmayan sıxlığı nisbətən az olan qayalardan daha dərin kökləri olduğunu söyləyir. O, elmi əsərlərini nəşr etdirdikdən dörd il sonra C.H. Pret (J.H. Pratt) alternativ hipotez irəli sürdü... Bu hipotezə əsasən, dağların altındakı qaya sütunlarının düzənliklərin altındakı qaya sütunlarına nisbətən daha uzun olduğuna görə, sıxlığı daha az olmalıdır. Həm Eyeri, həm də Pret səthdəki nahamarlıqların yer qabığının müəyyən hissələrindəki (dağlar və düzənliklər) qayaların sıxlığındakı fərqlə tarazlandığını irəli sürürlər. Bu tarazlıq "izostasiya" adlandırılır. 32

Bu gün bilirik ki, yer üzünün qayalıq olan üst təbəqəsində dərin qırılmalar var və ərimiş maqma üzərində üzən lövhələr şəklində parçalanmışdır. Yerin öz oxu ətrafındakı fırlanma sürəti çox yüksək olduğuna görə, üzən lövhələr hərəkət halında olacaqdı, lakin dağların sabitləşdirici təsiri bunun qarşısını alır. Bu təqdirdə, yer üzündə torpaq toplanmaz, torpaqda heç su yığılmaz, heç bir bitki cücərməz, heç bir yol, ev inşa edilə bilməzdi. Bir sözlə, Yerdə həyat mümkün olmazdı. Ancaq Allah`ın rəhməti ilə dağlar eynilə mismar kimi yer üzündəki hərəkətliliyin böyük ölçüdə qarşısını alır.

Göründüyü kimi, müasir geologiya və seysmik tədqiqatlar nəticəsində kəşf edilmiş dağların çox həyati funksiyası əsrlər əvvəl nazil edilmiş Qurani-kərimdə Allah`ın yaratmasındakı üstün hikmətə dəlil kimi verilmişdir. Bir ayədə belə buyurulur:

... Sizi yırğalamasın deyə, yerdə möhkəm durmuş dağlar bərqərar etmiş... (Loğman surəsi, 10)


Geri dön

Elya Alieva

  • 8 mart 2015 15:36
  • Məqalə: 102
  • Şərh: 7020
  • Bal:
Tesekkur.......

--------------------
UREYIM...I MEN

psix)

  • 7 mart 2015 23:22
  • Məqalə: 7
  • Şərh: 1655
  • Bal:
{awards}
ay dosim allah senden razi olsun allah komeyin osun

--------------------
......

Bash Belası

  • 7 mart 2015 23:14
  • Məqalə: 158
  • Şərh: 4873
  • Bal:
{awards}
Allah Razı Olsun...

NIGAR

  • 7 mart 2015 21:43
  • Məqalə: 790
  • Şərh: 10812
  • Bal:
{awards}
ALLAH RAZI OLSUN

--------------------
legend.az/user/imza/legend.az/user/imza/

legend.az/user/imza/
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 1
Qonaqlar: 32
Cəmi: 56

 

Top 10 Müəllif

ραყιȥ
Xəbərləri: 57
Cəmi: 137
 
The Shield
Xəbərləri: 57
Cəmi: 155
 
NIGAR
Xəbərləri: 46
Cəmi: 790
 
lamiye_2001
Xəbərləri: 30
Cəmi: 32
 
♔Hе важно∞
Xəbərləri: 29
Cəmi: 243
 
Nergiz__Sirinova
Xəbərləri: 24
Cəmi: 506
 
AyliN BunyaminovA
Xəbərləri: 23
Cəmi: 470
 
..::Kitty::..
Xəbərləri: 6
Cəmi: 6
 
Sol Meleyim
Xəbərləri: 4
Cəmi: 57
 
Emrah_babayevv
Xəbərləri: 2
Cəmi: 2
 
 
{slinks}