“Mütləq” deməyin, “çalışaram” deyin

 
“Mütləq” deməyin, “çalışaram” deyin


Əgər birisi sözünə əməl eləmirsə, onun xətir-hörməti olmaz. Xətir-hörmət bir tərəfə qalsın, ümumiyyətlə insan sözünün dəyərini bilmirsə, heç özünün də dəyərini bilməz.

Yaxşı olar ki, vəd verəndə özünüzə ehtiyat variantlar saxlayın. Az söz verib, çox iş görmək daha yaxşıdır. Yəni adamın əməli sözündən artıq olanda daha gözəl olur. Ona görə də söz verəndə “mütləq elə edəcəm”, “heç şübhən olmasın ki, mən o dediyini yerinə yetirəcəm”, “sənə yüz faiz söz verirəm”.., kimi ifadələrdən qaçmaq ən doğrusudur. Parlaq, göz qamaşdıran, insanı tam arxayın salan vədlərdən uzaq durmaq məsləhətdir. Çünki sizin gözləmədiyiniz hər hansı iş ortaya çıxar və planlarınız alt-üst ola bilər. Nəticədə siz yalançı vəziyyətinə düşə bilərsiniz. Sizin gözləmədiyiniz, ağlınıza gəlməyən o qədər hadisələr baş verə bilər ki. Ona görə də gərək hər zaman tədbirli olasınız. Vəd verməzdən əvvəl hər şeyi dəqiq ölçüb-biçmək lazımdır. Vəd verəndə də təmtəraqsız, hay-küysüz ifadələr seçmək daha yaxşıdır. “Çalışaram, o dediyiniz işi yerinə yetirim”, “əgər bir problem çıxmasa, məsələni yoluna qoyarıq”, “əlimizdən gələni edərik” kimi ifadələrlə vəd vermək sizə həm də ehtiyat variantlar saxlamış olur. Biz heç də onu demək istəmirik ki, ikibaşlı danışmaq lazımdır və ya işi bəri başdan ehtiyatlı tut ki, lazım olanda sözün altından sürüşüb çıxa biləsən. Dürüstlük insanda ən gözəl keyfiyyətlərdən biridir. Dürüst olmayan insan heç də yaxşı adam sayıla bilməz. Bizim demək istədiyimiz odur ki, kimsə sizi dürüst olmamaqda ittiham edə bilməsin, daha doğrusu buna haqqı olmasın. Bu yerdə bir lətifə yada düşür:

Günorta kişi evə gəlir və arvada tapşırır ki, naharı tez gətirsin, bir sürü işi var, axşama qədər hamısını həll eləməlidir. Arvad da süfrə aça-aça:

- A kişi, bir “inşallah” de, hamısı düzələr, - söyləyir. Kişi də əsəbi halda:


- Ay arvad, bu “inşallah”ı, “maşallah”ı ortaya soxma. Mən işim var deyirəm. Sən də nağıl danışırsan. Tez elə gətir, sənin o “inşallah”ını da yeyim, “maşallah”ını da.

Arvad yeməyi süfrəyə gətirəndə qapı döyülür. Kişi qapını açanda bir dəstə polisi qapıda görür. Heç imkan vermirlər ki, kişi o süfrədən bircə tikəni də götürüb ağzına qoysun. O gedən, bu gedən kişi düz on ildən sonra evinə dönə bilir. Gəlib qapını döyür və xanımının içəridən gələn səsini o saat tanıyır:

- Kimsən?

Kişi də boğazını arıtlayıb:

- İnşallah, mənəm, ərindir,- deyə cavab verir.

Bir gözəl söz var: “Ayinəsi işdir kişinin, lafa baxılmaz”. Yəni adamın işinə bax, onun kimliyini, necə adam olduğunu öyrən. Söz adamı aldada bilər. İnsanın aynası öz əməlləridir. Sözü ilə əməli uyğun gəlməyən adama ikiüzlü deyirlər. Bu cür adamları kimsə sevməz, özünə dost, yoldaş hesab eləməz. Sözünün ağası olmaq, verdiyi sözü yerinə yetirən adamlar etibarlı adamlardır və belələri həmişə xətir-hörmətli olmaqla yanaşı həm də güvənli olurlar.

Bir söz də var: Nə qədər ki, ağzından çıxmayıb, sən sözün ağasısan, elə ki, dedin, söz sənin ağandır. Verdiyin sözü yerinə yetirməyəndə söz də sənin ağandır, o sözü verdiyin adam da. Ona görə də tədbirli olun, vəd verəndə “mütləq” deməyin, “çalışaram” deyin. Amma o vədi yerinə yetirmək üçün əlinizdən gələn hər şeyi edin. Əgər belə davrana bilsəniz, nə qədər xeyir qazanacağınızı özünüz görəcəksiniz.


Geri dön

raila

  • 8 mart 2015 17:44
  • Məqalə: 0
  • Şərh: 66
  • Bal:
ALLAH RAZI OLSUN

--------------------
hami meni mende bir neferi sevirem ........(ozumu) ..........

Elya Alieva

  • 8 mart 2015 15:48
  • Məqalə: 102
  • Şərh: 7076
  • Bal:
{awards}
Allax razi olsun

--------------------
UREYIM...I MEN

Bash Belası

  • 8 mart 2015 14:58
  • Məqalə: 158
  • Şərh: 5011
  • Bal:
{awards}
Allah Razı Olsun...

psix)

  • 8 mart 2015 14:21
  • Məqalə: 7
  • Şərh: 1683
  • Bal:
{awards}
ay allah sizden razi olsun
elleriniz derd gormesin inwallah

--------------------
......

Pıtırcık

  • 8 mart 2015 13:51
  • Məqalə: 385
  • Şərh: 9500
  • Bal:
{awards}
ALLAH RAZI OLSUN

--------------------
http://mail.mp3.mail.mp3.legend.az/user/imza/
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 1
Qonaqlar: 31
Cəmi: 47

 

Top 10 Müəllif

♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 1
Cəmi: 1135
 
Awk bir hayal
Xəbərləri: 1
Cəmi: 137
 
Nergiz__Sirinova
Xəbərləri: 1
Cəmi: 327
 
Zerif85
Xəbərləri: 1
Cəmi: 25
 
Pıtırcık
Xəbərləri: 1
Cəmi: 385
 
 
{slinks}