«Əli (ə) yuxuda, Mirzə isə oyaq»

 
«Əli (ə) yuxuda, Mirzə isə oyaq»



"Bir şəxs məni çağırıb dedi: Əmirəlmöminin (ə) səni görmək istəyir"...

Ayətullah Hacı Şeyx Əbdunnəbi Nuridən belə nəql olunur:
Samirra şəhərində təhsillə məşğul olduğum və Ayətullah üzma Mirzə Məhəmməd Həsən Şirazinin dərslərində iştirak etdiyim vaxtlar idi. Güzəranımı əhli sünnədən olan şəhər dükançılarından biri ilə nisyə alış-verişlə keçirir və evdən göndərilən pul gəlib çatanda onun pulunu qaytarırdım. Bir dəfə hələ pul gəlib çatmamışdı və borcum da çox idi. Təsadüfən dükanın qabağından keçəndə məni çağırıb dedi:

Heç bilirsən borcun nə qədərdir? Dedim:

Yox. Dükançı dedi:

Altmış lirə borcun var. Dedim:


Eybi yoxdur, iki günə qaytararam. Amma gedəndən sonra fikirləşdim ki, axı iki günə mən bu məbləği haradan tapıb ödəyəcəm? Narahat və qəmgin halda evə döndüm. Gecə oldu və yatıb yuxuda gördüm ki, Nəcəf-Əşrəfdəyəm. Bir şəxs məni çağırıb dedi: Əmirəlmöminin (ə) səni görmək istəyir. TələSöyüş Söymə qalxıb həzrətin (ə) hərəminə getdim. Qəribə burasıdır ki, yuxuda hərəmə daxil olanda gördüm ki, o həzrət (ə) alicənablıqla əyləşibdir. Mən salam verdim və salamımın cavabını alandan sonra, bir pul kisəsini çıxararaq mənə verib dedi:

"Bu altmış lirədir. Götür borcunu qaytar."

Sevindiyimdən nə edəcəyimi bilmirdim. Pul kisəsini götürdükdə o həzrət (ə) yenə də kəramət edərək başqa bir pul kisəsini mənə verib dedi: "Götür, bu da həmin məbləğ qədərdir və güzəranını bununla yola ver." Onu da götürəndə yuxudan ayıldım."

Gördüyüm yuxunun təbirinin necə olduğu haqda fikirləşirdim ki, mənzilimin qapısı döyüldü. Çölə çıxıb, Ayətullah Mücəddid Şirazinin evinin xidmətçisini qapıda gördüm. O dedi:

Dünən axşam Ayətullah Şirazi sizi görmək istəyirdi və mənim işim olduğundan indi sizin dalınızca gəlmişəm. İndi isə qalx gedək.

Ayətullah Şirazinin hüzuruna çatanda gördüm ki, əcəba, Həzrət Əli (ə) kimi əzəmət və vüqarla oturmuşdur! Salam verdim. Salamın cavabını alıb dedi:

Yaxın gəl. Bir pul kisəsini çıxarıb mənə verərək dedi:

Get bu altmış lirə ilə borcunu ödə. Sevincək pul kisəsini götürəndə, başqa bir pul kisəsini də mənə verib dedi:

Bu altmış lirə də güzəranını keçirmək üçündür.


Geri dön

sessiz deniz

  • 11 mart 2015 19:50
  • Məqalə: 410
  • Şərh: 6840
  • Bal:
twkler wehrlere goreee smile

^^YeRaZKa MeLeK^^

  • 9 mart 2015 23:52
  • Məqalə: 190
  • Şərh: 4278
  • Bal:
{awards}
Allah razi olsun gozel )

--------------------

Elya Alieva

  • 9 mart 2015 15:05
  • Məqalə: 102
  • Şərh: 7076
  • Bal:
{awards}
Allax razзы Olsun

--------------------
UREYIM...I MEN

psix)

  • 9 mart 2015 14:43
  • Məqalə: 7
  • Şərh: 1683
  • Bal:
{awards}
allah komeyin osun canm

--------------------
......

Pıtırcık

  • 9 mart 2015 14:15
  • Məqalə: 411
  • Şərh: 9552
  • Bal:
{awards}
Allah razı olsun

--------------------
http://legend.az/user/imza/
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 1
Qonaqlar: 23
Cəmi: 42

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 6
Cəmi: 411
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1137
 
^^KuKuLKa^^
Xəbərləri: 1
Cəmi: 774
 
Nergiz__Sirinova
Xəbərləri: 1
Cəmi: 350
 
 
{slinks}