Onu sevməyi öyrənək

 
Onu sevməyi öyrənək


“Mən Allahı çox sevirəm”, - deyir.

Deyir və məmnun baxışlarını üzümüzdə gəzdirir. Çox rahat, çox razı görünür. Nə deyəsən, doğru dediyini haradan biləsən. Və ya əksinə, söylədiklərinə etiraz eləmək üçün əlində bir əsasın varmı? O belə iddia edir. İddia edir ki, Allahı çox sevir. Namaz qılmasa da, gündəlik həyatında dinin tələbləri görünməsə də. Nə deyə bilərsən? - Adamın ürəyinə girməmişik ki? Lap girsək də nəyin nə olduğunu haradan biləcəyik ki?

Amma bildiyimiz bir şey var: Allahı sevə bilmək, sözün həqiqi mənasında hər bir insan üçün ən böyük nemətdir. Yəni, bir insanın Allahı sevə bilməsi üçün öncə Allahın onu sevməsi, ona mərhəmət göstərməsi lazımdır. Allah-Təala Özünü bəndəsinə sevdirirsə, bu, həmin bəndə üçün ən böyük lütfdür. Demək, ilahi bir sevgi rüşeym kimi bir qəlbə əkilib. İçində Allah sevgisi olan qəlb dörd bir yanına nur saçar, mərhəmət yayar. Allahı sevmək, Allahın insanı sevməsi ilə bağlıdır. Könlünə Allah sevgisi dolmuş insan sudan axıcı, otdan aşağı, xəfifdən xəfif, sadədən sadə, adidən adi, iddiasız olur. İddiasız deyəndə, bəlkə də ən böyük iddianı elə o daşıyır: özünü dünyaya borclu bilir, rahatlığı ən böyük əngəl hesab edir, səsi yetdiyi, əli çatdığı hər kəsə gerçəkləri anlatmaq istəyir. İnsanın mənən ucala bilməsi onun Allah qarşısında əyilə bilməsi ilə bağlıdır. Yəni lazımi yerdə əyilməyi bacarmayan, başqa yerdə ucalmağı da bacarmaz. Allah qarşısında kim nə qədər əyilə bilirsə, o qədər də ucala bilir.

“Mən Allahı sevirəm”, - deyir. Biz də: “İnşallah”, - deyirik. Çünki bu mövzuda mübahisə bizim üçün ədəbə uyğun deyil. Arzu edək ki, dedikləri yalandırsa da gerçək olsun. Amma bu iddianın arxasında nə qədər böyük bir nemətlərin dayandığını da unutmamaq lazımdır. Bir daha təkrarlayaq: Həqiqətən də Allahı sevmək, daha doğrusu, sevə bilmək hər bir insan üçün ən böyük nemətdir. Allah-Təalanın bu neməti kimə qismət edəcəyi də yenə Allah-Təalanın öz işidir. Bizə düşən isə, o sevgiyə qovuşa bilmək üçün çalışmaq, çarpışmaq, rahatlıqdan imtina etmək, o səmtə yönəlməyə çalışmaqdır. Bəlkə, əziyyət olacaq, isti yataqdan çıxmaq istəməyəcəksən, amma namazın Allah əmri olduğunu bildiyin üçün o rahatlıqdan çıxıb ilk baxışdan əziyyət kimi görünən bu ibadəti yerinə yetirmirsənsə, ya yetirə bilmirsənsə, demək, hələ istəmirsən, istəyirsənsə də o sevgin yetərli deyil.

Bu yerdə bir mürşidin öz tələbəsi ilə söhbəti yada düşür. Mürşid tələbəsinə deyir:

- Övladım, əgər səndən: “Allahı sevirsənmi?”, - soruşsalar, “sevmirəm” demə, çünki kafir olarsan, “sevirəm” de demə, çünki halından heç də Allahı sevənə bənzəmirsən.

Bir alim də belə buyurur ki, birisi Allahı sevdiyini söyləyir və gecəni səhərə qədər şirin-şirin yata bilirsə, ona inanmayın, yalançıdır. Çünki sevən sevdiyinə can atmalıdır. Gecənin o sakitliyi sevgili Allaha yönəlmək, üz tutmaq, əl açmaq, dua etmək üçün ən gözəl görüş zamanıdır.

Namaz, dua, ibadət Allah-Təala ilə görüşə can atmaqdır, alnını səcdəyə qoymaq, İlahi hüzura yüksəlişdir. “Namaz - möminin meracıdır”, - buyurur Sevimli Peyğəmbərimiz (s.ə.s.).

Sən sevəsən, O sevməyə - mümkün deyil. Onun sevgisi də, mərhəməti də aləmləri bürüyüb. Dünya onun sevgisindən yaranıb. Belə bir şeyi düşünmək belə düzgün deyil: Sən sevəsən, O sevməyə. O, mərhəmətlilərin ən mərhəmətlisi, aləmlərin Rəbbidir, ruzi verəndir. Sən Ona doğru bir addım atsan, O sənə doğru on addım atar; sən ona doğru addımlasan, O sənə doğru qaçar. Sən sevəsən, O sevməyə - mümkün deyil. Demək, sevməyi öyrənməliyik, Ona doğru yönəlməyə can atmalıyıq. Çünki bütün gözəlliklər Ondan gəlir. Gözəl olan hər şeyin qaynağı Odur. Onu sevmək bütün sevgilərin başı, bütün xoşbəxtliklərin zirvəsidir. Onu sevmək Ona qovuşmağın təminatıdır. Çünki gec-tez hər kəs öz sevdikləri ilə birlikdə olacaq.


Geri dön

psix)

  • 10 mart 2015 14:42
  • Məqalə: 7
  • Şərh: 1655
  • Bal:
allah sizden co cox razi olsun
allah komeyiniz olsun

--------------------
......

^^YeRaZKa MeLeK^^

  • 10 mart 2015 01:50
  • Məqalə: 190
  • Şərh: 4245
  • Bal:
{awards}
Namaz, dua, ibadət Allah-Təala ilə görüşə can atmaqdır, alnını səcdəyə qoymaq, İlahi hüzura yüksəlişdir. “Namaz - möminin meracıdır”, - buyurur Sevimli Peyğəmbərimiz (s.ə.s.).

--------------------

NIGAR

  • 9 mart 2015 19:20
  • Məqalə: 633
  • Şərh: 10051
  • Bal:
{awards}
Allah razı olsun

--------------------
legend.az/user/imza/

Elya Alieva

  • 9 mart 2015 18:08
  • Məqalə: 102
  • Şərh: 7020
  • Bal:
{awards}
Allax razi olsun

--------------------
UREYIM...I MEN

★QarA GözLüM★

  • 9 mart 2015 17:44
  • Məqalə: 96
  • Şərh: 882
  • Bal:
{awards}

Namaz, dua, ibadət Allah-Təala ilə görüşə can atmaqdır, alnını səcdəyə qoymaq, İlahi hüzura yüksəlişdir. “Namaz - möminin meracıdır”, - buyurur Sevimli Peyğəmbərimiz (s.ə.s.).


Allah Razi Olsun


--------------------


İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 2
Qonaqlar: 42
Cəmi: 60

 

Top 10 Müəllif

NIGAR
Xəbərləri: 46
Cəmi: 633
 
MiSS HaPPy)
Xəbərləri: 39
Cəmi: 71
 
Cəռռəҭ ♥ Ҩօჯυʅυო
Xəbərləri: 36
Cəmi: 50
 
Arzu_zadeh
Xəbərləri: 31
Cəmi: 167
 
♔Hе важно∞
Xəbərləri: 28
Cəmi: 144
 
Pəri
Xəbərləri: 12
Cəmi: 238
 
melek432
Xəbərləri: 10
Cəmi: 10
 
คşк łคfтคɴ คɴłคмคz ❤
Xəbərləri: 8
Cəmi: 683
 
Sol Meleyim
Xəbərləri: 7
Cəmi: 30
 
Toxunma Xeyallarima
Xəbərləri: 7
Cəmi: 27
 
 
{slinks}