İnsanın ən çətin vəziyyətdə belə

 
İnsanın ən çətin vəziyyətdə belə



Bir-biri ilə əlaqəli olan hadisələrin və insanların mövcud olduğu izdihamlı bir dünyada yaşayırıq. Ətrafımızda gecə-gündüz bitməyən hərəkət, əskilməyən səs-küy və hadisələr zənciri var. İnsanı ən çox aldadan şeylərdən biri də bu izdihamlı dünyada qarşılaşdığı detalların çoxluğu və həqiqiliyidir.

Dünya həyatında meydana gələn hər bir hadisə sürətlə keçir, insan bu sürət və hərəkətlilikdə bəzən yaşadığı həyata qəflət dolu baxışlarla baxır. O, bəzən gözlərinin qarşısından sürətlə keçib gedən hadisələri və detalları öz gücü və iradəsi ilə idarə edə biləcəyini düşünür. Yaşadığı hər hadisəyə müdaxilə edərək həll edə biləcəyinə, üzərinə düşən məsuliyyətləri öz bacarığı ilə yerinə yetirəcəyinə inanır.

Bu hərəkətlilikdə qarşılaşadığı və qarşılaşacağı hadisələrin içindən necə çıxacağını, hər şeyi necə idarə edəcəyini, onu maraqlandıran bir çox problemi necə həll edəcəyini, ondan tələb olunanları necə yerinə yetirəcəyini düşünərək həyəcanlanır. Hətta gözündə böyüyən bir problemi necə həll edəcəyini düşünərkən də çətinlik çəkir. Bəzən bir səhvi düzəltmək, bir xüsusiyyəti dəyişdirmək, insanların tələblərinə lazımi şəkildə cavab vermək kimi mənəvi məsuliyyətlər də insana çox çətin görünür. İnsan bunları reallaşdırmaq üçün ciddi şəkildə narahat olur.


Halbuki insanın önündə aşmalı olduğu dağlar qədər yüksək maneələr olsa da, keçirdiyi narahatlıq və həyəcan hissi tamamilə yersizdir. Çünki izdihamlı və hərəkətli dünyaya baxmayaraq, əslində, o, öz ruhundakı mənəvi dünyada tək yaşayır və sadəcə onu yaradan Allah qarşısında məsuliyyət daşıyır. Qarşısına çıxan bütün hadisələri həll edən, qaydaya salan və nəticələndirən yalnız Allahdır.

İnsanın özü də daxil olmaqla, dünyadakı heç bir insan heç bir hadisəyə müdaxilə edə bilməz. Allahın onun üçün yaratdığı dünyada meydana gələn hadisələrin şüurunda olsa da, olmasa da onları acizliklə izləyir. İnsan yersiz narahatçılıqdan qurtulmaq üçün bu əhəmiyyətli həqiqətin şüuruna varmalıdır.

Allah bir ayəsində “Amma Allah istəməyincə, siz istəyə bilməzsiniz! Həqiqətən, Allah Biləndir, Müdrikdir!”
(İnsan surəsi, 30), - deyə buyurmuşdur. Bu həqiqət insan üçün böyük rahatlıqdır.

İnsan başqa birinin ruhuna, xarakterinə, inanclarına, düşüncələrinə, ya da qərarlarına təsir edə bilməz. Allah isə bütün yaratdıqları üzərində sonsuz güc sahibidir. Əgər insan bir mövzuda kiməsə nəsə deməyə, ona nəyisə izah etməyə, nəyəsə inandırmağa və onu qane etdirməyə çalışırsa, sözsüz ki, əlindəki bütün ağıllı imkanlardan istifadə edəcək. Amma bu cəhd onun səmimiyyətinin sübutu olacaq. Qarşı tərəfdə yaranan nəticə isə Allahın diləməsi ilə yaradılır. İnsan bunu öz cəhdi ilə əldə edə bilməz.

Məsələn, səhv edən insan israrla qarşı tərəfdən onu bağışlamasını istəyər. Səhvini düzəltmək və yaranan vəziyyəti dəyişdirmək üçün əlindən gələni edər. Amma əsla onu bağışlayanın qarşısındakı insan olduğunu düşünərək yanılmamalıdır. İnsanların qəlblərinə təsir edən yalnız Allahdır. Allah bir ayədə “Halbuki sizə də, sizin düzəltdiklərinizi də Allah yaratmışdır!” (Saffat surəsi, 96), - deyə buyurmuşdur. İnsanın fikirlərini dəyişdirən, qəlbində olan narahatçılığı keçirən, edilən səhvi unutduran və vəziyyətini düzəldən Allahdır.


İnsanın bu həqiqəti bilməsi onun üzərindən böyük bir yükü qaldırır. Belə ki, insanın bu mövzuda narahat olması, həyəcanlanması, “Oldu, ya olmadı?”, “Nə vaxt olacaq?”, ya da “Necə olacaq?” kimi düşüncələrlə məşğul olması tamamilə yersizdir. İnsan Quran əxlaqına, ağıla, vicdana uyğun olan hər şeyi tətbiq etməli və Allaha tamamilə təslim olmalıdır. Allah ən gözəlini yaradandır.

Eynilə səhv anlaşılma olanda da, insan həqiqəti qarşı tərəfə izah etmək, onu öz doğruluğuna inandırmaq üçün əlindən gələni edər. Ancaq bu vəziyyət də insanı əsla həyəcanlandırmamalı, narahat etməməlidir. Allahın sonsuz ədalətinin hər hadisədə mütləq təcəlli etdiyini bilmək kifayətdir. Allah Quran ayələrində insanın heç bir mövzuda əsla haqsızlığa məruz qalmayacağını, kiçik bir yaxşılığın belə mütləq xeyirlə qarşılıq tapacağını bu cür bildirmişdir:

“Biz qiyamət günü ədalət tərəziləri ilə haqq-hesab çəkəcəyik. Heç kimə hər hansı bir şeydə ədalətsizlik edilməyəcəkdir. (Görülmüş iş) bir xardal dənəsi mislində olsa belə, onu gətirib (tərəziyə) qoyacağıq. Biz haqqı araşdırmağa bəs edərik.” (Ənbiya surəsi, 47)


“(Loğman dedi:) “Oğlum! (Gördüyün iş) bir xardal dənəsi ağırlığında olsa da, bir qayanın içində, yaxud göylərdə və ya yerin dibində olsa da, Allah onu aşkar edər. Həqiqətən, Allah Lətifdir, Xəbərdardır.” (Loğman surəsi, 16)

Bu həqiqətləri bilən insanla bilməyən insan arasında böyük fərq var. Biri qarşısındakı insanı razı salmaq üçün var gücü ilə çalışarkən, digəri bir tərəfdən əlindən gələni edər, digər tərəfdən də var gücü ilə Allaha yönələr. O insana təsir etmək üçün səmimiyyətlə Allaha dua edər.

İnsanlarla olan əlaqələrdə olduğu kimi, hadisələrdəki irəliləyişlər, meydana gələn problemlər, çatışmamazlıq kimi görünən vəziyyətlər də insanı narahat etməməlidir. Bunlar kainatdakı hər şey kimi ən kiçik detalına qədər Allahın nəzarəti altındadır. Belə ki, insanın digər insanlar üzərində heç bir gücü yoxdur, hadisələrə müdaxilə etmə imkanı da yoxdur. Buna görə, nə qədər cəhd etsə də, hadisələrə təsir edən, ya da nəticəni yaradan insan deyil. İnsan Allaha və Allahın sonsuz qüdrətinə təslim olmalıdır.

Bu həqiqəti bilən insan təvəkküllü və rahat olmalıdır. Allah Quranda möminlərə “vəkil olaraq Allah yetər”, - deyə buyurmuşdur. Allah bir ayədə də möminlərin sözünün “Allah bizə yetər, O nə gözəl vəkildir” şəklində olduğunu bildirmişdir:


Allaha təvəkkül et! Allahın Qoruyan olması (sənə) bəsdir. (Əhzab surəsi, 3)

(Bəzi) adamlar onlara: “Camaat sizə qarşı (ordu) toplayıbdır, onlardan qorxun!”– dedilər. Bu, onların imanını daha da artırdı və onlar: “Allah bizə yetər. O nə gözəl Qoruyandır!”– dedilər. (Ali İmran surəsi, 173)

Allah hər şeyin Xaliqidir. O, hər şeyi Qoruyandır. (Zumər surəsi, 62)

Allah Ona təvəkkül edərək Rəbbimizin köməyini qazanan möminlər üçün mütləq rahatlıq və nailiyyət olduğunu müjdələmişdir:


Əgər Allah sizə kömək edərsə, heç kəs sizə qalib gələ bilməz. Əgər O, sizi zəlil edərsə, Ondan sonra kim sizə yardım edə bilər? Qoy möminlər Allaha təvəkkül etsinlər! (Ali İmran surəsi, 160)


Geri dön

psix)

  • 10 mart 2015 14:25
  • Məqalə: 7
  • Şərh: 1683
  • Bal:
allah senden razi olsun
ellerin derd gormesin

--------------------
......

Sucan

  • 9 mart 2015 23:59
  • Məqalə: 0
  • Şərh: 1652
  • Bal:
{awards}
Cok sagol...

İTMİŞ_ŞƏHZADƏ

  • 9 mart 2015 22:25
  • Məqalə: 1
  • Şərh: 2037
  • Bal:
{awards}
Allah hər şeyin Xaliqidir. O, hər şeyi Qoruyandır. (Zumər surəsi, 62)

--------------------
Menı itirmekden qormayanı qazanmağa çalışmaram....

Elya Alieva

  • 9 mart 2015 21:24
  • Məqalə: 102
  • Şərh: 7076
  • Bal:
{awards}
Allax razi olsun

--------------------
UREYIM...I MEN

Pıtırcık

  • 9 mart 2015 20:50
  • Məqalə: 385
  • Şərh: 9499
  • Bal:
{awards}
ALLAH RAZI OLSUN

--------------------
http://mail.mp3.mail.mp3.legend.az/user/imza/

Bash Belası

  • 9 mart 2015 20:34
  • Məqalə: 158
  • Şərh: 5011
  • Bal:
{awards}
Allah Razı Olsun...

İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 0



Qonaqlar: 13
Cəmi: 31

 

Top 10 Müəllif

♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 1
Cəmi: 1135
 
 
{slinks}