Bayat çörəyin faydaları

 
Bayat çörəyin faydaları


Çörək bütün xalqların süfrəsində qəbul edilmiş ənənəvi qida məhsuludur. Çörəyin tarixi bəşəriyyətin yarandığı gündən başlayır. Çörək doyurucu qida maddəsi olduğu üçün insan övladının süfrə mədəniyyətinin inkişaf etməsində böyük faydaları olub.

Bu gün dünyanın elə bir ölkəsi yoxdur ki, orada aparılan arxeoloji qazıntılar zamanı çörəklə bağlı əlamətlərə rast gəlinməsin. Bu müqəddəs nemətə ehtiram həm folklorda, həm də ədəbiyyatda öz əksini daim tapıb.

Azərbaycanda müxtəlif çörək növləri bişirilir: təndir çörəyi, lavaş (yuxa, yayma), fətir, nazik, qalın, kətə, mayasız çörək (cır çörək) – bəyim çörəyi, qoz çörəyi, badam çörəyi və s. Bu icmalında bayat çörək haqqında maraqlı məlumatları təqdim edirik.

Bayat çörəyi zibilliyə atmaq olmaz. Birincisi, bayat çörək daha faydalıdır, ikincisi isə cibinizə qənaət etmiş olarsınız.

Növbəti günə qalan hər çörək bayat çörək deyil və qida dəyəri təzə alındığı halı ilə eynidir. Bayat çörəkdən müxlətif məqsədlər üçün istifadə etməyin bir çox üsulları var. Siz də mümkün olduğu halda çörəyi zibilliyə atmayın.

Evə çörək alanda ilk növbədə ailə üzvlərinin sayı və ancaq yeyilə biləcək qədər çörək alınmalıdır. Ehtiyac olandan artıq çörək almaq onların qalıb bayat olmasına səbəb olur. Çörəyi evdə bişirirsinizsə, xəmiri ehtiyacınız qədər yoğurmalısınız.


Hər gün eyni miqdarda çörək almaq vərdişi də düzgün deyil. Bəzi günlər çörək ehtiyacı daha az ola bilər. Məsələn, evdə makaron və ya xəmir xörəkləri bişəndə çörəyə çox az ehtiyac olur. Təzə çörəyin ətri hər kəsin iştahasını açır. Amma ehtiyac olmadığı halda aldığınız çörək qalıb onsuz da bayatlaşır, qoxusu da itir.


Ehtiyacınız olduğu qədər çörək aldığınız halda yenə də artıq qalıbsa, isti çörək soyuyandan sonra qablaşdırıb soyuducuda saxlayın. Qeyd edək ki, çörək -18 dərəcəyədək tərkibi dəyişmədən aylarla saxlanılır.

Çörək alarkən onun hazırlandığı müəssisənin gigiyenasına və istehsal şəraitinə fikir verin. Kifayət qədər bişməmiş, yanıq, duzu az və ya çoxdursa, almayın. Həmçinin mayalanma prosesinə riayət edilməyən, yağda qızardılmış çörək sağlamlığa zərərlidir. İçində ağardıcı maddə istifadə olunan çörəyi də süfrənizə qoymayın.

Kəpəkli çörəklər alan zaman da diqqəli olmalısınız. Kəpəkli çörəklər demək olar ki, bütün mağazalarda satılır. Kəpəkli çörəklərin tərkibindəki istifadə olunan inqridiyentlərə, istifadə müddətinə və qida dəyərinə baxmaq lazımdır.

Bayat çörəyi nə etməli?

Bayat çörəkləri kotlet qiyməsinin içinə qatın.

Çörək sobada və ya açıqda saxlanılmaqla tam quruduqdan sonra sonra üyüdülüb qalet unu halına gətirilir. Qalet unu kotlet bişirən zaman çörək əvəzinə istifadə oluna bilər.

Bayat çörəyi kub-kub kəsib sobada qızartdıqdan sonra şorbaların içinə əlacə edərək də yemək olar. Bu zaman şorbalar çox dadlı olur.

Bayat çörəyi yumşaltmaq üçün çörək dilimləri bir aşsüzənə yığılır. Daha sonra aşsüzən su dolu bir qazanının üstünə qoyulur, çörəyin üstü isə örtülür. Su qaynamağa başladığı zaman çörək dilimləri nəmlənib yumşalır.


Çörəklər klyokda saxlanmalıdır.

Uzun müddətli saxlamaq üçün çörəyi qablaşdırıb soyuducuda saxlayın.

Çörək dilimlərə bölünərək yeyilməlidir.

Bayat çörəyin faydaları

Bayat çörəyin arıqlatma və su saxlama xüsusiyyəti var. Bu xüsusiyyəti ilə doyma hissi verir və mədədə toxluq əmələ gəlir. İsti və təzə çörək isə iştahanı açdığı üçün yedikcə doymaq bilmirsən.


Təzə çörəklə müqayisədə bayat çörəyin tərkibində yağ olmadığı üçün arıqlmağa ideal imkan yaradır.

Az miqdarda belə qəbul olunsa, mədədə şişərək toxluq hissi verir. Həmçinin nazik bağırsağı işlədərək həzmi asanlaşdırır.

Az miqdarda bayat çörək insanı tox saxlamaq xüsusiyyətinə malik olduğu üçün mətbəxdə dünəndən qalan çörəyi kələm şorbası və ya daha başqa yüngül, az kalorili şorba ilə yeyə bilərsiniz. Bunun sayəsində həm tox tutan, həm də lif baxımından dəyərli qida olan çörək arıqlamağı asanlaşdıracaq.

Çörəyin saysız-hesabsız çeşidlərində mineral, vitamin və amin turşuları var.

Bayat çörəyin dəriyə böyük faydaları var. Dəridə ləkə əmələ gəlməsinə mane olur, orqanizmin qocalmasını ləngidir.


Geri dön

Elya Alieva

  • 10 mart 2015 15:35
  • Məqalə: 115
  • Şərh: 7035
  • Bal:
Tesekkurler

--------------------
EVLİ MUTLU .......

Darling

  • 10 mart 2015 14:54
  • Məqalə: 916
  • Şərh: 11489
  • Bal:
{awards}
bayat çörək mənimdə xoşuum gəlir

--------------------
http://mail.mp3.legend.az/user/imza/http://mail.mp3.legend.az/user/imza/

★QarA GözLüM★

  • 10 mart 2015 14:03
  • Məqalə: 96
  • Şərh: 882
  • Bal:
{awards}
üreyim necede temizdi ee ele indi evdekilerle bayat coreyden danisirdiq ))) xD

--------------------


psix)

  • 10 mart 2015 13:48
  • Məqalə: 7
  • Şərh: 1655
  • Bal:
{awards}
belede xowlayiram
xebere gore twk

--------------------
......

AyKe

  • 10 mart 2015 13:46
  • Məqalə: 1
  • Şərh: 994
  • Bal:
{awards}
Bezilerini bilmirdim.Bayat olsada men xoslayiram..tesekkur canim

--------------------
Ölünce sevemezsem seni._____________*
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 7
Qonaqlar: 76
Cəmi: 109

 

Top 10 Müəllif

Limon qoxusu
Xəbərləri: 36
Cəmi: 137
 
The Shield
Xəbərləri: 31
Cəmi: 293
 
Darling
Xəbərləri: 31
Cəmi: 916
 
aytc.sza
Xəbərləri: 22
Cəmi: 69
 
Nergiz__Sirinova
Xəbərləri: 17
Cəmi: 577
 
Elya Alieva
Xəbərləri: 13
Cəmi: 115
 
lamiye_2001
Xəbərləri: 12
Cəmi: 72
 
♔Hе важно∞
Xəbərləri: 11
Cəmi: 300
 
Jesicca
Xəbərləri: 11
Cəmi: 51
 
AyliN BunyaminovA
Xəbərləri: 6
Cəmi: 488
 
 
{slinks}