Yel çərşənbəmiz mübarək

 
Yel çərşənbəmiz  mübarək


Əski etiqadlarda «qara nəhrdə» yatmş dörd cür külək Yer üzünə çıxaraq əvvəlcə özü təmizlənir, hər biri isə bir libasda özünü göstərir. Burada rənglərin mifik mənası var. Ağ yel - ağ libasda, qara yel - qara libasda, xəzri - göy libasda, gilavar - qırmızı libasda təsəvvür edilir. Yel çərşənbəsi günü yel bu dördlüyün məcmusundan ibarət hesab olunur və qısa müddətdə bütün dünyanı dolaşır.

Əski inamlarda yel ya özü Tanrıdır, ya da dünyanı idarə edən tərəfindən göndərilən qüdrətli bir antromorfdur. O, lazım olan insanları əzizləyir, onlara kömək edir, qəzəblənəndə isə adamları cəzalandırır. Quranda isə yelin Allah tərəfindən göndərildiyni, onun Allahın mərhəmət və cəza antromorfu olduğu qeyd edilir. İlaxır çərşənbələrin üçüncüsünün yellə bağlanması onun müqəddəs varlıq kimi tanınmasının çox erkən vaxtlardan xalq arasında mövcud olduğunu göstərir. Şifahi xalq yaradıcılığında yelin tanrılığı ilə bağlı müxtəlif nəğmə, əfsanə, rəvayət, mif, inanc, məsəl və s. yaranıb.

Yel Azərbaycan mifik təfəkküründə yol göstərən, bələdçi rolunu yerinə yetirir. Yel baba (əksər hallarda əldən-ayaqdan düşmüş qarı sifətində peyda olur) qalın meşələrdə azıb mənzilini tapmaqda çətinlik çəkən xeyirxah insanların qarşısına çıxır, onlara bir yumaq verir və yumağı yerə atıb, diyirlətməyi tələb edir. Yel babanın üfürməsi ilə yumaq açılır və azmışları mənzil başına çatdırır.

Xalqımızın ən əski təsəvvürlərinə görə, Yel baba xırmana gəlməmişdən qabaq oradan buğda, dən götürməzlər. Sovurulmamış buğda götürənin oğlu ölər. Xırman sovurulandan sonra ilk buğda götürənin isə oğlu olar.

Ulularımız deyirlər ki, «Yel əsdirəni söyməzlər». Çünki onun arxasında tanrı durur. Yelə tupürsən öz üstünə qayıdar.

Yel dağına ziyarət edirlər. Adamlar ürəklərində hər hansı bir dilək tutub nəzir-niyaz gətirir, qurban kəsirlər. Yel baba kimin nəzirini, qurbanını qəbul etsə, o adam xeyir tapar, arzusuna çatar.

Yel çərşənbəmiz  mübarək

Maraqlıdır ki, «Yel baba» ritual nəğməsində də can üstə olan gənc qız sanki son nəfəsində üzünü küləyə tutub, ölüm xəbərini anasına aparmağı xahiş eldir. Ola bilsin ki, ilkin inanışlarda Yel baba məhz dünyanın ayrı-ayrı elementləri arasında rabitə yaradan vasitə hesab edilirdi.

QIZLARIN KÜLƏYƏ ƏRƏ GETMƏK İSTƏYİ

«Azərbaycan folkloru» toplusunda yuxarıda deyilənlərlə səsləşən olduqca maraqlı bir faktla rastlaşırı: «Taxıl döyümü vaxtı boğanaq qalxarsa, qızlar: «Boğanaq gəlmə, sənə gedəcəyəm»-deyirlər».

Azərbaycan inancındakı qızların boğanağa ərə getmək istəyi və “Yel baba” mərasim nəğməsinin “Mənim ölüm xəbərim Anama desin yellər” misraları ilə Boreyin ölü qızları qaçırması arasında əlaqə göz qabağındadır. Lakin yunan miflərindən fərqli olaraq Azərbaycan inancında qızlar sağ ikən özləri könüllü surətdə sərt küləyə ərə gedəcəklərini və‘d edirlər, bununla da onun könlünü oxşayıb, arzusunun yerinə yetirilməsinə ümid yaradırlar və taxıl döyümündə şiddətli əsməsinin qarşısını alırlar. Başqa sözlə, nəğməni eşidəndən sonra Boğanağa – Boreyə qızların ölməyini gözləmək və oğurluq etmək lazım gəlmir, çünki taxıl döyülüb qurtaran kimi onları öz xoşları ilə qoynuna alıb istədiyi yerə apara biləcək.

Tədarüklər

Yel çərşənbəsi günü tonqallar qalanır, evlərdə südlü plov və ya bulğur aşı bişirilir. Süfrəyə daha çox quru meyvə və dənli bitkilərdən hazırlanmış çərəzlər düzülür. Qadınlar axır çərşənbə üçün hazırlıqlar görürlər. Ev əşyaları sürtülüb təmizlənir, xalça-palaz çırpılır, yorğan-döşək havaya verilir. Xanımlar uşaqlar üçün təzə paltar biçib-tikir. Qız-gəlinlər qoz-fındığı ləpələyib şirniyyat hazırlığı tədarükü görürlər. Həmin gün bir qarış böyümüş səməninin ortasına qırmızı qumaş bağlanır.

Nəğmələr

Yel çərşənbəmiz  mübarək

A Yel Baba, gəl baba

A Yel Baba, gəl baba
Qurbanam sənə, gəl baba.
Taxılımız yerdə qaldı,
Yaxamız əldə qaldı.
A yel baba, gəl baba
Qurbanam sənə, gəl baba.


Bayatılar

Qara yel əsdi keçdi,
Səbrimi kəsdi keçdi
Vətəndən gələn durna,
Yaman tələsdi keçdi.

Dağlardan əsən külək,
Yolumu kəsən külək
Yarı hara apardın,
Bəndədən kəsən külək

Yel çərşənbəmiz  mübarək

ATALAR DEYİB Kİ…

•Yel aparan yelinki,
Yerdə qalan mənimki.
•Yelə tüpürsən öz üstünə gələr.
•Yel qayadan nə aparar
•Yelnən gələn, selnən gedər,
Elnən gələn, külnən gedər.
•Yel aparsa, sənə nə qalar
•Yelə dedilər: - Əsmə!
Dedi - Kələyimi kəsmə.
•Yel üfürüb şişirtdiyini göyə qaldırar.
•Yelin zarafatı qovmaqla başlanır.
•Yelə verdiyin düşmənə qismət olar.
•Yelin işi elnən deyil, külnəndi.
•Yel olmasa, sel də olmaz.
•Yelə qoşulan çox uzuğa getməz.
•Yeldən aman diləməzlər.
* Yel havalanıb keçər.
* Yel əsməyincə yarpaq tərpənməz.
* Yel əsib qoz tökülüb.
* Külək kimi hərdən bir yana əsmə.
Küləklə yatanın cin atı olar

Yel çərşənbəmiz  mübarək


Geri dön

вคɴค iкiмizi คɴlคт ❤

  • 11 mart 2015 00:52
  • Məqalə: 665
  • Şərh: 18421
  • Bal:
Yel cersenbeniz mubarek Legend.azlilar!

Sucan

  • 10 mart 2015 22:52
  • Məqalə: 0
  • Şərh: 1652
  • Bal:
{awards}
Cersenbeniz mubarek qizlar

Bash Belası

  • 10 mart 2015 21:45
  • Məqalə: 158
  • Şərh: 5011
  • Bal:
{awards}
Çerşenbeniz Mübüş LeGenD.Az AiLesi=)

Rüzgar_Gülüm

  • 10 mart 2015 21:24
  • Məqalə: 19
  • Şərh: 205
  • Bal:
{awards}
Bayramınız mübarək. Legend.az istifadəçiləri.

--------------------
Dinim islam kitabım "Quran" mən Allahdan başqasına yalvarmam.

★Love World★

  • 10 mart 2015 19:47
  • Məqalə: 120
  • Şərh: 2609
  • Bal:
{awards}
Hamini tebrik edirem...))

--------------------

MenimleSen

  • 10 mart 2015 18:41
  • Məqalə: 60
  • Şərh: 1257
  • Bal:
{awards}
aşkımm NİNAmm ürəm səninndə bayramın mübüşdü aşkımmm

--------------------

raila

  • 10 mart 2015 17:57
  • Məqalə: 0
  • Şərh: 66
  • Bal:
{awards}
butun legen.az-i tebrik edirem :)

--------------------
hami meni mende bir neferi sevirem ........(ozumu) ..........

menim aşkim

  • 10 mart 2015 16:41
  • Məqalə: 0
  • Şərh: 346
  • Bal:
{awards}
MENDE BUTUN LEGEND.AZ AILEMIZI VE DIGER INANLARI CERWENBE MUNASIBEYILE TEBRIK EDIREM

::KuMsAl::

  • 10 mart 2015 15:56
  • Məqalə: 1
  • Şərh: 718
  • Bal:
{awards}
qarwidan gelen novruz bayraminizi təbrik edirem yer cerwebenizide təbrik edirem legend.az ailesi)));)

--------------------
Q: Sən heç mənim haqda düşünürsən,bir damcı da olsa???
O: Nəzərə alsaq ki,mən artıq uşaqlarımızın adını və hansı məktəbə gedəcəyini seçmişəm-deməli bir az düşünürəm....

SVOY BRAT KERIMOV

  • 10 mart 2015 14:57
  • Məqalə: 0
  • Şərh: 28
  • Bal:
{awards}
MENDE HER KESI YEL CERSENBESI MUNASIBETILE TEBRIK EDIREM.

psix)

  • 10 mart 2015 13:44
  • Məqalə: 7
  • Şərh: 1683
  • Bal:
{awards}
yel cerwenbemiz mubarek

--------------------
......

➰__Ýųśíf__➰

  • 10 mart 2015 13:14
  • Məqalə: 298
  • Şərh: 5700
  • Bal:
{awards}
Yel Çərşənbəniz Mübarək

Elya Alieva

  • 10 mart 2015 12:49
  • Məqalə: 102
  • Şərh: 7076
  • Bal:
{awards}
Tebrikler.....

--------------------
UREYIM...I MEN

sonzeng2015

  • 10 mart 2015 12:30
  • Məqalə: 449
  • Şərh: 7099
  • Bal:
{awards}
Yel Cerwenbemiz mubarek:)

✵Дорогой✵

  • 10 mart 2015 12:16
  • Məqalə: 727
  • Şərh: 7402
  • Bal:
{awards}
Yel Çərşənbəniz Mübarək smile

★QarA GözLüM★

  • 10 mart 2015 11:58
  • Məqalə: 96
  • Şərh: 901
  • Bal:
{awards}

Cersenbemiz mubarek eziz Legend.az-lilar
Bu bayram haiya ugurlu olsun wink wink wink




--------------------


✵ Š҈ȺD҉Ἷ҉Q ✵

  • 10 mart 2015 11:47
  • Məqalə: 297
  • Şərh: 8112
  • Bal:
{awards}
LeGenD.aZ-aiLem bayrimiviz mubarek inwallah her il oldugu kimi yene bele xeberler qoyub tebrikler ederi love

--------------------
-' Və Bir Gün Mən Olmayacam ! recourse sad

_GeNTLeMaN_

  • 10 mart 2015 10:33
  • Məqalə: 2
  • Şərh: 47
  • Bal:
{awards}
winked Coxsago dosi.. hem cersenbe hem de ad gunumdur by gun.. winked

--------------------
iMZA ZAD HERREMiREM...

susmus gunes

  • 10 mart 2015 09:38
  • Məqalə: 1
  • Şərh: 70
  • Bal:
{awards}
Cersenbeniz mubarek! wink eziz LeGeNd.az-lilar

--------------------
Məni yixmağa gücün, Yixilmağimi görməyə ömrün yetmez!!!!

ღ ĸαвυѕυм ღ

  • 10 mart 2015 09:26
  • Məqalə: 209
  • Şərh: 1290
  • Bal:
{awards}
Cersenbemiz mubarek eziz Legend.az-lilar winked

--------------------

İTMİŞ_ŞƏHZADƏ

  • 10 mart 2015 08:42
  • Məqalə: 1
  • Şərh: 2037
  • Bal:
{awards}
ilk werh menden YEL CERWENBENIZI TEBRIK EDIREM

--------------------
Menı itirmekden qormayanı qazanmağa çalışmaram....
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 0



Qonaqlar: 17
Cəmi: 35

 

Top 10 Müəllif

♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 1
Cəmi: 1135
 
 
{slinks}