Qocalıq

 
Qocalıq

Cavanlığın heç dadından doymamış,
Atılıb boynuma mindi qocalıq!
Kənara tulladım yaxına gəlib
Az qala gözümə girdi qocalıq!


Eynəyə çevrilib gözümə qondu,
Zəhmindən damarda qanım da dondu,
Xəyal qanadlandı gəncliyi andı,
Şirin xatirəyə güldü qocalıq!

Qıçlarım ağrıdı dedim -xəstəyəm,
Yüyürmək istədim, nə həvəsdəyəm?
Uca boylu idim, indi bəsdəyəm,
Boyuma da , baxıb güldü qocalıq!


Mirvari dişlərim bir-bir çəkildi,
Yerində qızıldan dişlər əkildi,
Saçıma dən düşdü, saçım töküldü
Təbiət qanunu sandı qocalıq!

İş-gücü mənim tək bilən olmazdı,
Ceyran yerişimə yeriş çatmazdı,
Möhkəm hafizəmdən heç nə çıxmazdı,
İti yaddaşımı aldı qocalıq!


Əllərim qırışdı, üzüm qırışdı,
Dilim topuq çaldı,sözüm qarışdı,
Baxıb sifətimə pis-pis qımışdı,
Yoxsa ki, təhqirə keçdi qocalıq?

Şirin danışığım hamıya xoşdu,
Sözlərimə heç kəs deməzdi boşdu,
Əsəbi danışdım, sözlərim coşdu,
Dedi- xasiyyətin pisdi, qocalıq!


Ömrümdən boş keçən günə ağladım,
Çiçəyə ağladım, gülə ağladım,
Atalı- analı ilə ağladım,
Yanaşıb gözümü sildi qocalıq!

Sonra sakit-sakit yaxına gəldi,
Sığal çəkib mənə könlümü aldı,
Mehriban dost kimi qeydimə qaldı,
Qolunu boynuma saldı qocalıq!

Qocalıq


Geri dön

(HaYeL)

  • 11 mart 2015 01:19
  • Məqalə: 60
  • Şərh: 1001
  • Bal:
Qolunu boynuma saldı qocaliğ=( recourse Mən qocalmaq isdəmirəəəəəm wassat
Əlaa şeirdir Allah razi olsun.

--------------------

คşк łคfтคɴ คɴłคмคz ❤

  • 11 mart 2015 00:54
  • Məqalə: 694
  • Şərh: 18822
  • Bal:
{awards}
Sonra sakit-sakit yaxına gəldi,
Sığal çəkib mənə könlümü aldı,
Mehriban dost kimi qeydimə qaldı,
Qolunu boynuma saldı qocalıq!

MenimleSen

  • 10 mart 2015 23:15
  • Məqalə: 60
  • Şərh: 1233
  • Bal:
{awards}
super ama hammiz qocalaciyxxx oleciyikk

--------------------

Sucan

  • 10 mart 2015 22:54
  • Məqalə: 0
  • Şərh: 1644
  • Bal:
{awards}
Cox geseng seirdi neyliyek insanda getdikce qocalirde cavaliq geri qayitmir

♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦

  • 10 mart 2015 22:37
  • Məqalə: 1154
  • Şərh: 319
  • Bal:
{awards}
Müəllif: Seadet Osmanqizi

cox gözəl şeir yazır Sizdə sağ olun paylaşdığınız ücün Amma müəllifin adını qeyd eləsəs daha yaxşı olar

--------------------


İNSTRAGRAM ADRES : seymur_sonmez

Elya Alieva

  • 10 mart 2015 21:47
  • Məqalə: 102
  • Şərh: 7020
  • Bal:
{awards}
Tesekkurler

--------------------
UREYIM...I MEN

NIGAR

  • 10 mart 2015 21:37
  • Məqalə: 873
  • Şərh: 11182
  • Bal:
{awards}
şerə görə sağ olun

--------------------
legend.az/user/imza/legend.az/user/imza/

★QarA GözLüM★

  • 10 mart 2015 20:51
  • Məqalə: 96
  • Şərh: 882
  • Bal:
{awards}
Şirin danışığım hamıya xoşdu,
Sözlərimə heç kəs deməzdi boşdu,
Əsəbi danışdım, sözlərim coşdu,
Dedi- xasiyyətin pisdi, qocalıq!

--------------------


psix)

  • 10 mart 2015 20:47
  • Məqalə: 7
  • Şərh: 1655
  • Bal:
{awards}
mehriban dost kimi qeydime qaldi qocalig
qolunu boynuma saldi qocalig

--------------------
......
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 6
Qonaqlar: 37
Cəmi: 63

 

Top 10 Müəllif

The Shield
Xəbərləri: 57
Cəmi: 232
 
NIGAR
Xəbərləri: 53
Cəmi: 873
 
Limon qoxusu
Xəbərləri: 51
Cəmi: 72
 
Nergiz__Sirinova
Xəbərləri: 26
Cəmi: 546
 
aytc.sza
Xəbərləri: 21
Cəmi: 21
 
♔Hе важно∞
Xəbərləri: 21
Cəmi: 279
 
Lmzade
Xəbərləri: 19
Cəmi: 22
 
_Qismet_
Xəbərləri: 6
Cəmi: 805
 
..::Kitty::..
Xəbərləri: 4
Cəmi: 16
 
AyliN BunyaminovA
Xəbərləri: 3
Cəmi: 482
 
 
{slinks}