Gözləri ən gözəl məqsədlər üçün istifadə etmək; gözəl və mənalı baxmaq mömin üçün böyük bir zövqdür

 
Gözləri ən gözəl məqsədlər üçün istifadə etmək; gözəl və mənalı baxmaq mömin üçün böyük bir zövqdür


Allahın insanlara verdiyi ən dəyərli nemətlərdən biri də insanın gözləridir. Ağlı yerində olan hər bir insan baxışlarını ən gözəl şəkildə istifadə edəcək və baxışları ilə hisslərini ifadə edə biləcək qabiliyyətə sahib şəkildə yaradılmışdır.

Buna baxmayaraq, iman etməyənlər arasında "gözəl baxış" o qədər də vacib deyil. Belə insanların dəyər kateqoriyaları daha çox dünyəvi mənfəətlərlə ölçülür. Qarşılarındakı şəxsdə axtardığı xüsusiyyətlər arasında "gözəl baxış" ən axırda duran, hətta bəzi insanlar üçün o qədər də diqqəti cəlb etməyən xüsusiyyətdir.

Zənginlik, lüks yaşayış şərtləri, cəmiyyətdə təsirli ola biləcək xarakter, nüfuzlu insanların əhatəsində olmaq, yaxşı iş imkanları, fiziki üstünlüklər kimi dəyərlər belə insanlarda xüsusilə heyranlıq yaradır.

Möminlər üçün isə baxışın vacibliyi daha böyükdür. Çünki insanda seviləcək xüsusiyyətlər onun ruhunu təşkil edən dəyərlərdir. Gözlər, insan ruhunu ətrafa əks etdirən aynadır. Ruhunda yaşadığı bütün gözəlliklər və pisliklər, istər- istəməz insanın baxışlarına təsir göstərir. Səmimiyyətsiz insan, sözləri ilə səmimiyyətsizliyini nə qədər də saxlasa, gözlərində əsla həqiqi səmimiyyəti ifadə edə bilmir. Səmimi insan da, heçnə etməsə belə, gözləri ilə dürüst, vicdanlı və səmimi insan olduğunu nümayiş etdirmiş olur. Belə ki, gözlərdə yaranan məna insanları tanımaqda çox vacib vasitədir.

Ancaq baxışların gücü bu qədərlə də kifayətlənmir. İnsan istərsə gözlərindəki mənanı daha gözəl ifadə edə bilər. Bir möminin sahib olduğu xüsusiyyətləri nə qədər dərindən yaşarsa, baxışlarında daha dərin və mənalı ifadə yaranar. Ruhunu nə qədər yaxşı ifadə edərsə, şəxsiyyətini və əxlaqını nə qədər biruzə verərsə, bu ətrafındakı insanlara inam verən nemətə çevrilər. Bir insanın Allaha olan imanı və təslimiyyəti nə qədər yaxşı ifadə olunarsa, bu da o insanın ətrafındakı möminlər üçün inam və rahatlıq yaradır. O insanın həqiqətən Allaha sadiq, səmimi, etibar edilə bilən və imanlı insan olduğuna dair görülən hər əlamət daha çox sevilməsinə xidmət edər.

Bu səbəbdən mömin gözlərini bədəninin sadəcə olaraq hər hansı bir üzvü olaraq qiymətləndirmir. Gözəl baxışların, möminlər arasında sevgini, hörməti, dostluğu, inamı yaradacağına vəsilə olduğunu bilir. Dolayısı ilə gözlərini gözəl istifadə etməyi, gözəl baxmağı- Allah rızası üçün- vacib imanı zövq yaşadır insana.


Bundan başqa mömin üçün sevgi, dostluq, sədaqət, inam kimi xüsusiyyətlər çox böyük nemətlərdir. Əgər bunları, davranışı ilə olduğu kimi gözləri ilə də ifadə etmək imkanı varsa, belə fürsəti ən gözəl şəkildə dəyərləndirmək lazımdır. Sevgi, hörmət, sədaqət, inam cənnətin ən vacib və ən böyük nemətlərindəndir. Dolayısı ilə bunlar, möminlərin dünyadaykən də yaşamağı ən çox istədikləri və əldə etmək üçün səy göztərdikləri gözəlliklərdir. Sevgini mümkün ola biləcək ən üst həddə yaşamağa çalışarkən, gözəl və mənalı baxışların yaradacağı gözəl təsiri göz ardı etmək böyük yanlış olar.

Ancaq əlbəttə ki insanın "gözəl baxışlar" üçün səy göstərməsi lazımdır. İnsan daxildə nə qədər təmiz əxlaqlı olursa olsun, özünü fikirli, həyatın axarına bıraxarsa, ətrafında olan hadisələrə, dünyada və ətrafındakı insanlarda yaranan gözəlliklərə qarşı maraqsız və qiymət verməyən yanaşma tərzində olarsa, bu, adilik baxışlarına da təsir göstərir. Allahın onun üçün yaratdığı hər bir nemətin sevincini lazımı şəkildə yaşamazsa, birlikdə olduğu insanların gözəl əxlaq kimi xüsusiyyətlərindən sevincə və həyəcana qapılmazsa, Allah sevgisini, Allah eşqini içində coşğu ilə yaşamazsa, bu çatışmazlıqdərhal baxışlarından bəlli olur.

Amma əgər mömin Allah rızası üçün diqqətini cəmləsə, Allahın yaratdığı bir çox incəliyi görər, hər bir nemətə şükr edici olarsa, hər bir fürsəti gözəl əxlaqı yaşamaq üçün dəyərləndirərsə, Allah onun qəlbini hər cür gözəl hisslərə açar. Belə insan sevgini, sədaqəti, təslimiyyəti, şövqü, həyəcanı, coşğunu çox dərindən yaşayar. Bu iman dərinliyi o qədər dərinləyər ki, bu insanın gözləri, baxanlar üçün çox böyük məna kəsb edər. Belə insanın bir anlıq baxışları belə, özü haqqında, sanki bir ömür boyu tanış olduqları fikrini insanda formalaşdırır.

Bu səbəbdən mömin heç vaxt "baxışlarım o qədər də vacib deyil; əsas olan davranışlarımda, sözlərimdə yanlışa yol verməməyimdir. Məni tanımaq istəyən davranışlarımla, danışıqlarımla tanısın" deməməlidir. Gözəl, ağıllı və inam yaradacaq şəkildə baxmağı da vacib ibadət olaraq görməlidir. Çünki Uca Rəbbimiz Quranda baxışların insanları tanımaqda, onlara sevgi, hörmət bəsləməkdə, inanmaqda və onlarla dostluq etməkdə çox vacib ünsür olduğunu vurğulamışdır. Bir çox ayətlərdə insanların xarakterlərinin baxışlardan başa düşüldüyü göstərilmişdir:

Əgər Biz istəsəydik, onları sənə göstərərdik, sən də onları üzlərindəki əlamətlərdən tanıyardın. Sən onları danışıq tərzlərindən mütləq tanıyacaqsan. Allah sizin əməllərinizi bilir. (Muhəmməd surəsi, 30)

Həqiqətən, kafirlər Zikri (Quranı) eşitdikləri zaman öz baxışları ilə az qala səni gözə gətirələr. Onlar (çarəsizlikdən): "O, dəlidir!"– deyirlər. (Qələm surəsi, 51)


(Allah) gözlərin xaincəsinə baxışını və kökslərin (nələr) gizlətdiyini bilir. (Gafir surəsi, 19)

Bu gerçəyin şüurunda olan hər insanın, hər gün daha gözəl, daha mənalı, daha sevgi dolu, daha inam verən, daha ağıllı, daha şəxsiyyətli baxışlar əldə etmək üçün səy göstərməsi lazımdır. Qazanacağı bu xüsusiyyətlər, - Allahın izni ilə- dünyada da, axirətdə də çox böyük xeyir işlərə vəsilə olacaqdır; ona daha çox gizli görünən nemətin qapısını açacaqdır.


Gözlər Onu dərk etmir. O isə gözləri dərk edir. O, Lətifdir, (hər şeydən) Xəbərdardır. (Ənam surəsi, 103)


Geri dön

(HaYeL)

  • 11 mart 2015 19:21
  • Məqalə: 60
  • Şərh: 1020
  • Bal:
Allar razi olsun=)

--------------------

Bash Belası

  • 11 mart 2015 15:50
  • Məqalə: 158
  • Şərh: 5011
  • Bal:
{awards}
Allah razı oLsun=)

Elya Alieva

  • 11 mart 2015 15:00
  • Məqalə: 102
  • Şərh: 7076
  • Bal:
{awards}
Allax raZi olsun

--------------------
UREYIM...I MEN

psix)

  • 11 mart 2015 14:50
  • Məqalə: 7
  • Şərh: 1683
  • Bal:
{awards}
ayy cxo gozel xebere gore sagol
allah razi olsun

--------------------
......

★QarA GözLüM★

  • 11 mart 2015 13:58
  • Məqalə: 96
  • Şərh: 901
  • Bal:
{awards}
Gözləri ən gözəl məqsədlər üçün istifadə etmək; gözəl və mənalı baxmaq mömin üçün böyük bir zövqdür

xeberin adi adami mest edir
tesekurler gozel idi

--------------------


Pıtırcık

  • 11 mart 2015 13:40
  • Məqalə: 387
  • Şərh: 9508
  • Bal:
{awards}
Allah razı olsun

--------------------
http://legend.az/user/imza/
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 3
Qonaqlar: 50
Cəmi: 71

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 4
Cəmi: 387
 
Nergiz__Sirinova
Xəbərləri: 3
Cəmi: 329
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1135
 
Awk bir hayal
Xəbərləri: 2
Cəmi: 137
 
^^KuKuLKa^^
Xəbərləri: 1
Cəmi: 766
 
anar2012
Xəbərləri: 1
Cəmi: 26
 
TacsizKRalica
Xəbərləri: 1
Cəmi: 3
 
Mövlud Ağamməd
Xəbərləri: 1
Cəmi: 21
 
Zerif85
Xəbərləri: 1
Cəmi: 25
 
Demi Love
Xəbərləri: 1
Cəmi: 16
 
 
{slinks}