Hər şeyi özünüzə dərd etməyin

 
Hər şeyi özünüzə dərd etməyin


Bir-birindən gözəl o qədər atalar sözlərimiz var ki : “Günəş girməyən evə həkim girər”, “Divarı nəm, insanı qəm yuyar”, “Ayağını isti tut, başını sərin”, “Sevinc həzmi asanlaşdırar”, “Dərdini söyləməyən dərman tapa bilməz”, Bütün bunlar özbaşına yaranmayıb, əsrlərin, qərinələrin sınağından keçib, bu günümüzə gəlib çatıb. Hər birisində də bir hikmət, bir məna var. Bu deyimlər sağlamlığımızda da az rol oynamır. Həqiqətən də günəş girməyən evə həkim girər. Çünki günəş cürbəcür xəstəliklərin təməlini qoyan mikrobları öldürür, onlara şərait yaradan nəmliyi aradan qaldırır. Ona görə də evin günəş görməsi vacib məsələdir. İnsanın əhvali-ruhiyyəsinin yerində olması da, sağlamlıqda az rol oynamır. Nahaq yerə deyilməyib: “Sevinc həzmi asanlaşdırar” . Əhvalın yüksək, ovqatın xoş olanda, əlbəttə ki, yediyin də canına sığar, necə deyərlər, tikə də kirslənib boğazında qalmaz. Bir də ki, dərdi də, sevinci də kiminləsə bölüşməyin bir faydası var. Boşuna deməyiblər ki, dərdi paylaşanda azalır, sevinci paylaşanda isə çoxalır. Bu iki təzadlı hissi, duyğunu paylaşmağın özü də elə sağlamlığa xidmət edir. Təcrübə göstərir ki, işləyən anaların uşaqları daha çox stresə, gərginliyə məruz qalırlar. Çünki onlar ana ilə az təmasda olur, ürək sözlərini deyə, problemlərini paylaşa bilmirlər, ən əsası isə ana nəvazişindən kənarda qalırlar. Bu da onların sonradan əsəbi olması, müxtəlif cür sağalmaz xəstəliklər tapması ilə nəticələnir. Əvvəllər səhhətdə çatışmazlıq yarananda, əsəblər gəriləndə, ovqat korlananda, bir sözlə, bütün problemlərin həlli üçün ağsaqqallara, ağbirçəklərə müraciət edərdilər, onlardan məsləhətlər alardılar, qohum-qonşu ilə ünsiyyət daha çox olardı. İndi isə psixoloqa müraciət edirlər. Kimi tərpədirsən, deyir: “Əşi, indi elə bir zəmanədir ki, heç kim dərdini paylaşa bilmir. Hərənin başı öz probleminə qarışıb” . Çalışın, sınaqlar süzgəcindən keçmiş atalar sözlərində deyildiyi kimi, sağlamlığınızı hər zaman qoruyun, rejimlə qidalanın, ürəyinizi gümrah saxlayın, kədərli məqamlardan uzaq durun, övladlarınızın qayğısına qalın, hər şeyi, hər problemi özünüzə dərd etməyin. "Zaman Azərbaycan"


Hər şeyi özünüzə dərd etməyin



Geri dön

(HaYeL)

  • 11 mart 2015 19:02
  • Məqalə: 60
  • Şərh: 1020
  • Bal:
CooX beyendim=)
Allah razi olsun.

--------------------

Bash Belası

  • 11 mart 2015 15:46
  • Məqalə: 158
  • Şərh: 5011
  • Bal:
{awards}
Allah Razı Olsun...

Elya Alieva

  • 11 mart 2015 15:05
  • Məqalə: 102
  • Şərh: 7076
  • Bal:
{awards}
Elelrvize saqliq

--------------------
UREYIM...I MEN

psix)

  • 11 mart 2015 14:46
  • Məqalə: 7
  • Şərh: 1683
  • Bal:
{awards}
allah razi olsun sziden

--------------------
......

★QarA GözLüM★

  • 11 mart 2015 13:52
  • Məqalə: 96
  • Şərh: 901
  • Bal:
{awards}
Tesekurler Allah Razi OLsun ))))

--------------------


Pıtırcık

  • 11 mart 2015 13:34
  • Məqalə: 385
  • Şərh: 9499
  • Bal:
{awards}
Allah razı olsun

--------------------
http://mail.mp3.mail.mp3.legend.az/user/imza/
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 0



Qonaqlar: 15
Cəmi: 29

 

Top 10 Müəllif

♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 1
Cəmi: 1135
 
 
{slinks}