Kisel-dadlı və müalicəvi içkidir

 
Kisel-dadlı və müalicəvi içkidir



Kisel çox faydalı və dadlı desertdir. Kisel uşaqlar üçün çox faydalıdır.
Mədə-bağırsaq sistemi xəstəlikləri olan (xora xəstəliyi, qastrit) insanlar üçün kisel əsl dadlı təbii dərmandır.
Artıq çəkisi olan insanlar da kiseli öz qidalanmasına daxil edə bilərlər. Kisel uzun müddət ərzində insanı tox saxlayır.
Yay aylarında kiseli müxtəlif giləmeyvələrdən, qışda isə mürəbbələrdən hazırlamaq olar.

Lazım olan məhsullar:

- istənilən mürəbbə (qarağat, moruq, çiyələk, zoğal, albalı) - 5-6 xörək qaşığı (mürəbbənin miqdarını zövqə görə azaltmaq və ya artırmaq olar),
- su - 1 l (əlavə 1/2 stəkan - nişastanı qarışdırmaq üçün),
- şəkər tozu - 2-3 xörək qaşığı (mürəbbənin şirin və ya turş olmasından və sizin zövqünüzdən asılıdır).
- nişasta - 3-4 xörək qaşığı.

Hazırlanması:

1. Mürəbbəni qazanda su ilə yaxşı qarışdırırıq və oda qoyuruq. Su 5 dəqiqə qaynadıqdan sonra oddan götürürük, süzgəcdən süzürük, ki meyvələr kiselə düşməsin (əgər siz meyvələrlə xoşlayırsınızsa, süzməmək olar). Daha sonra şəkər tozu əlavə edirik.
2. Nişastanı stəkanda soyuq suda yaxşı qarışdırırıq.
3. Mürəbbəli suyu oda qoyurur və yavaş-yavaş qarışdıra-qarışdıra nişastanın məhlulunu qazana əlavə edirik.
4. Kisel qaynamağa başlayan kimi dərhal oddan götürürük (kiseli qaynatmaq olmaz), bir qədər soyuduqdan sonra içirik.

Nuş olsun!


Geri dön

Elya Alieva

  • 13 mart 2015 22:13
  • Məqalə: 143
  • Şərh: 7057
  • Bal:
MesLeXeTDiR ´´´´´´´´’

--------------------
.....

psix)

  • 13 mart 2015 20:42
  • Məqalə: 7
  • Şərh: 1655
  • Bal:
{awards}
tewekkur edirem
ilk werhi menden tongue

--------------------
......
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 1
Qonaqlar: 63
Cəmi: 84

 

Top 10 Müəllif

The Shield
Xəbərləri: 63
Cəmi: 413
 
aytc.sza
Xəbərləri: 53
Cəmi: 159
 
Limon qoxusu
Xəbərləri: 41
Cəmi: 228
 
♔Hе важно∞
Xəbərləri: 36
Cəmi: 355
 
Poine♔
Xəbərləri: 36
Cəmi: 76
 
Elya Alieva
Xəbərləri: 27
Cəmi: 143
 
❤Queen❤
Xəbərləri: 16
Cəmi: 105
 
Darling
Xəbərləri: 12
Cəmi: 976
 
..::Kitty::..
Xəbərləri: 9
Cəmi: 30
 
_Qismet_
Xəbərləri: 9
Cəmi: 820
 
 
{slinks}