Bonheur =) 24

 
Bonheur =) 24

İki nəfər söhbət eliyir:
- Mən dünən 10 dollar tapmışdım saxta idi tulladım.
Ikinci soruşur:
- Saxta olduğunu hardan bildin?
- Harda görmüsən ki 10 rəqəmində 3 sıfır ola ?!

Nəqliyyatda bir qız əsnəyir bir əlinde zənbil o biri əli ilə tutacaqdan tutduğundan əlini ağzına apara bilmir elə bu vaxt bir oğlan söz atır:
- Xanım qız yavaş olun daaa az qala meni yemişdiz.
Qız:
- Narahat olmayın mən pəhrizdəyəm. Qoyun əti yemirəm! ))))


Bir oğlan qıza yaxınlaşıb soruşur:
Oğlan: Sən bu güne kimi ağ atlı oğlan gözləyibsən?
Qız: Hə
Oğlan: Budur mən gəlmişəm!
Qız: Bəs oğlan hanı?

Bir gün Ingilis baş naziri Cercil taksiyə minir və radyoda cıxış etməyə gedir. Radiostansiyaya çatanda taksistdən xahiş edir ki, yarım saat onu gözləsin. Qaranlıqda klientinin üzünü seçə bilməyən taksist deyir:
"Bağışlayın, amma evə getməliyəm. Cercilin radioda danışığına qulaq asacam."
Cercil taksistin hörmətini görüb ona 10 funt sterlinq verir. Taksist pulun çoxluğunu görüb:
"Voobşe Cercil qələt eləyir. Sizi gözleyirəm burda..."


Ata oğlunu həvəsləndirmək məqsədile deyir:
"Oğul, Avraam Linkoln sən yaşda olanda, 19 kilometr yolu hər gün piyada gedirdi."
Oğul cavab verir:
"Ata, Avraam Linkoln sən yaşda olanda artıq prezident idi..."


Nənə nəvəsinə deyir:
-Balam, bu gecə yenə yuxuda uçurdum...
Nəvə:
-Ay nənə, neçə dəfə demişəm ki, sənin dermanların o biri qutudadır...


Doktor Vatson və Serlok Holms meşəyə gedirlər... Nəsə qaranlıq tez duşur, bunlar meşədə qalmalı olurlar. Çadır qurub, girib içində yatırlar...
Gecənin bir aləmi ikisi də yuxudan ayılır... Vatson S.Holmsdan soruşur:
-Üstümüzdəki ulduzlar sənə nə deyir?
Holms:
-Mənə deyir ki, sabah hava yaxşı olacaq. Bəs sənə nə deyirlər?
Vatson:
-Mənə deyirlər ki, bizim çadırımızı oğurlayıblar...


Ər işdən qayıdır evə, içəri keçən kimi arvad qışqır bağır salır:
"Niyə alnında pomada var? Hardandı?!"
Ər yazıq-yazıq:
"Pomada deyil, ay arvad. Bloka girəndə lomla başıma vurdular, soydular məni."
Arvad:
"Bəxtin gətirdi ki pomada deyil...."



Iki dost görüşürlər. Biri deyir:
-Bilirsən, bu gecə bizi yuxuda gördüm. Biz göydən yerə düşürdük. Sən balın içinə, mensə peyinin içinə düşdüm.
Dostu gülür və deyir:
-Görürsən də həyatda oldugu kimi yuxuda da mən öndəyəm O biri deyir ki, hə amma biz ayağa qalxandan sonra bir birimizii yalayaraq təmizlədik.


Bir kişinin panamasını külək aparır. Balaca bir uşaq papağı tutub, gətirib kişiyə verir. Kİşi ona təşəkkür edərək deyir:
-Əgər yanımda konfet olsaydı sənə verərdim.
Uşaq:
-Elə isə ya dayı, bir siqaret yandır, çəkək.


Bir gün bir rus, bir erməni, bir dənə də azəri müharıbədə əsir düşürlər. Sağ qalmaq üçün onlara bir tapşırıq veririlər. Hərəsiə bir meymun verib deyirlər ki, 6 aydan sonra kimin meymunu daha çox balalasa, ancaq onu sağ saxlayacıq.
Vaxt tamam olur, gəlirlər yoxlamağa. Görürlər ki, rusun meymununun iki balası var, keçirlər erməniyə, görürlər ki, onun da üç balası var. Nəhayət, gəlirlər azərbaycanlının yanına, görürlər ki, onun meymununun ancaq bir dənə ölüvay balası var. Soruşurlar bəs niyə səndə az oldu. Azərbaycanlı da cavab verir: "Ay balam, bu meymunu verəndə baxmazlar ki, bu erkəkdi, yoxsa dişi?"
Almanların gözləri təpəsinə çıxır.


-Kişi meni heç sevmirsen
-Sevirem axı
- Nece sevirsen. heç ağzından isti isti söz çıxmır
- Bay görüm seni odda yanasan


Bir gün ana oğluna deyir ki dur get məktəbə.Oğul deyir ki mən məktəbə getmək istəmirəm.
Ana: Məktəbə getməməküçün en azı iki səbəb de
Oğul: 1 ci müəllimlər məni sevmir, 2 cisi də şagirdlər məni sevmir
Yorğanı başına çəkib yatanda ana birdə acıqlanır.
Hirslənən oğulda deyir ki ana getməyim üçün səndə ən azi iki səbəb de.
Ana:1 ci sənin 45 yaşın var işləməlisən pul qazanmalısan,2 cisidə sən məktəb direktorusan.


Bir dəfə bir gürcü, bir erməni, bir də azərbaycanlıya bir meymun, bir ton da banan verib deyirlər ki, görək kim meymunu danışdıracaq.
Yoxlamağa gələndə görürlər ki, gürcü və erməni meymuna sonuncu bananı verir, amma meymun danışmır. Azərbaycanlı isə banan yeyir, meymun da ona baxıb deyir ki, "insafın olsun, birini də ver heç olmasa mən yeyim".

Bir qızla oğlan skamyada otururlar ve oğlan deyirki,dişim ağrayır,qızsa deyir:gel opüm keçsin...Sonra oğlan deyir gözüm ağrayır,qızdeyir gel öpüm keçsin,neyse,bu mesele uzun çekir,oğlan deyir oram ağrayır,buram ağrayır,qızsa ele öpür.Birden uzun müddet bunları kenardan izleyen qoca kişi yaxınlaşır ve qıza deyir:qızım sez babasili müalice ede bilersen!?


Bir kişi polisə şikayət edir ki binalarının yanındakı qadınlar hamamını bağlasınlar. Ora baxanda yıxılıb boynu sınır. Ekspertiza gəlir və yoxlayışdan sonra deyirlər ki
-Sizin evdən heç hamam görünmür ki...
Kişi qayıdır ki-
-Siz bir də bu şkafın üstünə çıxıb baxın


Bir nəfər mollanın yanına gəlib pul verir ki, atasının ruhuna dua oxusun. Molla 5 dəqiqəyə duanı qurtarır. Kişi getmək istəyəndə mollanın yanına başqası gəlir, o da eyni məbləği verib xahiş edir ki, atasının ruhuna dua oxusun. Kişi dayanır. Mollanın bu dəfəki dua oxumağı yarım saat çəkir.
İkinci gedəndən sonra birinci molladan soruşur ki, xeyir ola, mən də eyni pulu vermişəm, o da, mən də eyni duanı istəmişəm, o da, onun atasına yarım saat oxuyursuz, mənim atama 5 dəqiqə?
Molla::
-Sənin atan "panyatkalı" idi.

Bonheur =) 24


Geri dön

menim aşkim

  • 13 mart 2015 19:54
  • Məqalə: 0
  • Şərh: 346
  • Bal:
tewekkurler

Elya Alieva

  • 13 mart 2015 17:08
  • Məqalə: 102
  • Şərh: 7076
  • Bal:
{awards}
Xeber Ucun Tsk

--------------------
UREYIM...I MEN

★QarA GözLüM★

  • 13 mart 2015 14:56
  • Məqalə: 96
  • Şərh: 901
  • Bal:
{awards}
Nəqliyyatda bir qız əsnəyir bir əlinde zənbil o biri əli ilə tutacaqdan tutduğundan əlini ağzına apara bilmir elə bu vaxt bir oğlan söz atır:
- Xanım qız yavaş olun daaa az qala meni yemişdiz.
Qız:
- Narahat olmayın mən pəhrizdəyəm. Qoyun əti yemirəm! ))))


Təşəkkürlər hamsından superi bu idi

--------------------


psix)

  • 13 mart 2015 14:15
  • Məqalə: 7
  • Şərh: 1683
  • Bal:
{awards}
qeweyleri var idi sagolun

--------------------
......

Bash Belası

  • 13 mart 2015 13:49
  • Məqalə: 158
  • Şərh: 5011
  • Bal:
{awards}
Çox SaoL MeqaLeye göre=)

İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 1
Qonaqlar: 57
Cəmi: 77

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 7
Cəmi: 389
 
Nergiz__Sirinova
Xəbərləri: 6
Cəmi: 333
 
Awk bir hayal
Xəbərləri: 4
Cəmi: 137
 
^^KuKuLKa^^
Xəbərləri: 2
Cəmi: 767
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1135
 
TacsizKRalica
Xəbərləri: 1
Cəmi: 1
 
evli.mutlu.cocuklu
Xəbərləri: 1
Cəmi: 1
 
anar2012
Xəbərləri: 1
Cəmi: 26
 
Mövlud Ağamməd
Xəbərləri: 1
Cəmi: 20
 
Zerif85
Xəbərləri: 1
Cəmi: 25
 
 
{slinks}