Qaytar mənə

 
Qaytar mənə


Çatdı ömrün payızı, çən içində azmışam,
Duydum, sənə qədər mən baharmışam, yazmışam.
Sənə ürək sözümü kitablara yazmışam,
Heyf, layiq olmadın, sözümü qaytar mənə.


Vəsli olmayan eşqin ömrümü etdi hədər,
İlqarımdan dönmədim, eyləsən də dərbədər.
Mən ki, gövrək deyildim səni sevənə qədər
Əzəlki iradəni, dözümü qaytar mənə.


Nəyim varsa, gələndən yıxıb alt-üst eylədin,
Sanki zombiyə döndüm, ruhumu süst eylədin.
Qəlbin daşa dönəndən məni də büst eylədin
Nizamını pozduğun düzümü qaytar mənə.


Qəddim əyilib daha, gözümə duman çökür,
Əsdirib dizlərimi çiynimdəki qəm yükü.
Yolunu gözləməkdən saraldı gözün kökü,
Çıxıb get bəbəyimdən, gözümü qaytar mənə.


Sənə qurban eylədim, canımı düşünmədən,
Can dedim, çor eşitdim, saçlarıma düşdü dən.
Ruhum səndə qalıbdır, məndə quruca bədən,
Özümdə deyiləm ki, özümü qaytar mənə...


Nəriman Nərimanlı


Geri dön

Nəriman

  • 7 aprel 2015 10:49
  • Məqalə: 32
  • Şərh: 65
  • Bal:
Gün aydın, dostlar!
Rəyləriniz üçün təşəkkür edirəm, çox sağ olun!
gozelqiz - Sizin sualınıza gəlincə, bəli, mən burada yalnız öz yazılarımı paylaşıram.
Bir daha təşəkkürlər!

--------------------
"Ürək deyil, bir bəladır mənimki,
Dağda-daşda duman-çəni axtarır.
Ürəyimi görən olsa desin ki,
Yiyən ölsün, yiyən səni axtarır..."

(HaYeL)

  • 13 mart 2015 19:56
  • Məqalə: 60
  • Şərh: 1001
  • Bal:
{awards}
Bəyəndim=)
Allah razi olsun.

--------------------

GözəlQız

  • 13 mart 2015 17:20
  • Məqalə: 0
  • Şərh: 662
  • Bal:
{awards}
ozunuz yazmisinizsa cox beyendim,tewekkurler

Elya Alieva

  • 13 mart 2015 17:12
  • Məqalə: 102
  • Şərh: 7020
  • Bal:
{awards}
Maraqli Seir dir

--------------------
UREYIM...I MEN

★QarA GözLüM★

  • 13 mart 2015 14:53
  • Məqalə: 96
  • Şərh: 882
  • Bal:
{awards}
Təşəkkürlər

--------------------


psix)

  • 13 mart 2015 14:12
  • Məqalə: 7
  • Şərh: 1655
  • Bal:
{awards}
ozumde deilemki,ozumu qaytar mene

--------------------
......

Bash Belası

  • 13 mart 2015 13:43
  • Məqalə: 158
  • Şərh: 4873
  • Bal:
{awards}
Beyendim=)

İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 7
Qonaqlar: 42
Cəmi: 59

 

Top 10 Müəllif

NIGAR
Xəbərləri: 40
Cəmi: 628
 
MiSS HaPPy)
Xəbərləri: 38
Cəmi: 69
 
Cəռռəҭ ♥ Ҩօჯυʅυო
Xəbərləri: 34
Cəmi: 48
 
Arzu_zadeh
Xəbərləri: 31
Cəmi: 167
 
♔Hе важно∞
Xəbərləri: 26
Cəmi: 141
 
Pəri
Xəbərləri: 12
Cəmi: 238
 
melek432
Xəbərləri: 10
Cəmi: 10
 
คşк łคfтคɴ คɴłคмคz ❤
Xəbərləri: 8
Cəmi: 683
 
Sol Meleyim
Xəbərləri: 7
Cəmi: 30
 
nevroz
Xəbərləri: 6
Cəmi: 181
 
 
{slinks}