Əməlin "niyə edirik?" paradiqması ilə uzlaşdırılması

 
Əməlin "niyə edirik?" paradiqması ilə uzlaşdırılması




Əməlin "niyə edirik?" paradiqması ilə uzlaşdırılması

Bismilləhir-Rahmənir-Rahim!
Biz davamlı olaraq iki seçim, iki yol ayrıcındayıq. Müxtəlif formalarda, mövzularda bu xətlərin mahiyyəti eyni olaraq qalır. Bunu xülasələşdirsək, belə deyə bilərik ki, bir istiqamət vardır ki, o istiqamətə yönələndə Allahın dediyi ilə gedirik, Allahın istədiyi kimi yaşayırıq.

Amma digər bir yol, istiqamət də vardır ki, o yolda gedən insan Allahı unudur. Allah onun həyatında unudulur. Bu istiqamətlə getsək, Allahı xatırlamırıq. Nəticədə qəlbimiz ölür, qəlbimiz qaranlıqlaşır və daxilimizdə bəndəliyə tərəf heç bir ruhiyyə, hal olmur. Bu, ikinci istiqamətdir. Bu istiqamət - qəflət, necə gəldi yaşama, günü necə gəldi keçirtmək istiqamətidir. Bu yolla gedən insan nəticədə məhvə gedir.

Seçim hər zaman insanındır

Dünya məşğuliyyətləri rəngarəngdir, növbənövdür, şeytanın (lən) təcrübəsi çoxdur, hərtərəflidir. İblis (lən) minillərdir insanı yoldan çıxartmaqla təcrübə yığır. İblis (lən) eyni vaxtlarda milyardlarla insanı görüb və görür. Biz nə ilk məşğul adamlarıq, nə də sonuncu məşğul insanlarıq. Biz nə qəflətdə olan ilk insanlarıq, nə də sonuncusuyuq. İnsan yaranandan bu cür olub və bu cür də davam edir.

Bəli, bu yol - düşünməyən, ibrət götürməyən insanların yoludur. Bu yolda maddiyyatpərəstlikdən qurtula bilməyən insanlar qərar tuturlar.

Digər bir yol da vardır ki, o yol - ayıqlıq, diqqət, təvəccö, fərqində olmaq yoludur. Misal üçün, Məhərrəm-Səfər əyyamı daxil olanda tövsiyə olunur ki, insan ilk ongünlükdə iradəvi kədərli olsun. Əgər adam gülümsəyəndə, lazımından çox zarafat edəndə fərqində olursa, diqqət edirsə, özünü tez yığışdırırsa - deməli, ayıqdır. Deməli, vəziyyət sağlam istiqamətdədir. Bir də var ki, insan hətta Tasuanın, Aşuranın belə fərqində olmur, onları diqqətə almır.

Yaxud digər əlamətdar günlərin özünəməxsus əməlləri vardır. İnsan onlara diqqət də edə bilər, tamamilə laqeyd də qala bilər. Seçim hər zaman insanındır.

Qəflət pərdəsini necə kənara çəkək?

Həzrət Əmirəlmöminin İmam Əli (ə) buyurur: “Daima Allahı xatırlamaqla qəflət pərdəsi kənara çəkilər”. Qəflət öz-özünə kənara çəkilə bilməz. Bəs Allahı necə xatırlaya bilərik? Öncə bu barədə ən azından düşünməliyik. Ziyarətə getmək nəyə görə tövsiyə olunur? Çünki insan bir müddət yol gedərkən, sonra ziyarət zamanı, daha sonra ziyarətdən qayıtdığı müddət ərzində Allahla rabitədə olur.

İbadətləri camaatla birgə yerinə yetirmək niyə görə tövsiyə olunur? Çünki birgə ibadət edilən yerə gedənə qədər, burada olduğu müddətdə, ibadətlər bitəndən sonra insan Allahı zikr edir, xatırlayır. Bütün tövsiyə olunan müstəhəb əməllər insanı Allahın zikrinə yaxınlaşdırdığı üçün tövsiyə olunur.

Xüsusilə Allahı xatırlamaq bizim adi halda istəmədiyimiz meydançalardadır, istəmədiyimiz işlərdə, mövzulardır. Bizə rahatlıq yaratmayan, əksinə - bizi bir qədər zahiri mənada çətinliyə sala biləcək məsələlərdədir. İnsan təbii ki, çox yatmaq istəyir. Amma, yatmaqla insan yuxudan doyurmu? Çox yatan insan daha da çox yatmaq istəyir. İnsan rahatlığını artırdıqca, məgər daha rahatlıq istəmirmi? Əksinə, bu artdıqca, insan daha çox rahatlıq istəyir. Nə qədər rahatlığa çatırıqsa, bir qədər də daha artıq rahat olmaq istəyirik. Belə isə, biz yatmağımızdan, nisbi rahatlığımızdan Allaha bəndə olmaq üçün gərək istifadə edək.

Allaha aşiq olmağın yolu

Əziz İslam Peyğəmbərindən (s) nəql edirlər: “Allah buyurur: ”Mənimlə olan məşğuliyyət bəndənin canına qalib gəlsə, onun istək və ləzzətlərini Məni xatırlamaqda qərar verərəm. İstək və ləzzətini məni xatırlamaqda qərar verdikdə, Mənə aşiq olar, Mən də ona aşiq olaram". İnsan səy etsə, çalışsa, ardıcıl fəaliyyət göstərsə ki, Allah bəndəliyinə çatsın, Allah da onun istək və ləzzətlərini Onu xatırlamaqda qərar verər. İnsanın istəkləri adətən mənfi şeylərdə olur, ləzzətləri mənfi şeylərdə axtarır. Amma Allahı həyatında özü üçün dominant qərar verən insanın, həyatnın mərkəzi, məğzi Allah olan insanın istək və ləzzətləri Allahı xatırlamaqda müəyyən edilər. Beləliklə, hər ləzzətində insan Allahı xatırlayacaq. İstək və ləzzəti Allahı xatırlamaq olan insan isə Rəbbinin aşiq olar və Rəbbi də belə insanın aşiqi olar.

Həzrət Əmirəlmöminin (ə) buyurur: “Qəlbin islah olmasının və təmizlənməsinin kökü - onun Allahı yad etməsidir”. Qəlb müəyyən bir yolla islah olunar və onun kökü - Allahı yad etməkdədir. Moizələr, xütbələr, gündəlik ibadətlər, Məsumların (ə) mövludlarının, şəhadətlərinin keçirildiyi yerlər - bunların hamısı Allahı yad etmək üçündür. Bəzilərindən niyə ibadətə başlamadığını soruşanda deyirlər ki, “əsas odur ki, qəlbin təmiz olsun”. Elə məhz ibadətlə insanın qəlbi təmizlənər. Təmizliyin, paklığın mənbəyi olan yeganə Allahla rabitədə olmayan qəlb öz-özünə necə təmizlənə bilər? Əziz Məsumlarımız (ə) bizlərə qəlbi necə təmiz etməyi öyrədir. Əgər insan həqiqətən qəlbini təmiz, pak etmək istəyirsə, gərək Allahı yad etsin və Allahı yad etmək də günahlarla, boş-boş işlərlə, Allahın vacib etdiyi əməlləri kənara qoymaqla mümkün deyil.

Əməlin keyfiyyəti niyyətdədir

Beləliklə, biz qarşımızda duran iki seçimdən doğrusunu etmək üçün öz ruhiyyələrimizi, qəlbimizin durumunu islah etməliyik. Ümumiyyətlə seçimli, iradəli olmaq bacarıq tələb edir. Seçərkən hədəfimiz olur. O hədəfə görə doğru və ya yanlış seçim edə bilərik. Əməlin niyyəti deyiləndə, əslində bu nəzərdə tutulur. Əməlin öz-özlüyündə insanın inkişafına aparıb çıxarmaq qüdrəti yoxdur.

İstənilən zahirdə gözəl görünən əməl, müvafiq niyyətlə bu və ya digər hala aparıb çıxara bilər. Əməl niyyət olmasa, əməl öz-özlüyündə heç bir dəyərə malik deyil. Ona görə də biz davamlı olaraq etməlilərimizi və o cümlədən, etdiklərimizi “niyə edirik?” paradiqması ilə uzlaşdırmalıyıq. Kiçik görünə bilən əməl gözəl niyyətlə edilibsə, bu zaman bizi təkamülə aparacaq. Zahirən ən gözəl görünən böyük əməl pis niyyətlə edilibsə, bu zaman uçuruma aparacaq. Misal üçün, təvazökarlıq kimi özlüyündə proqressiv və qurucu olan bir durumu götürək. Əgər biri təvazökarlığı Allahı razı salmaq üçün edirsə, digəri bunu özünü göstərmək üçün edə bilər. Zahirən hər ikisi təvazökarlıqdır. Amma biri insanı təkamülə, digəri isə uçuruma aparır. Ona görə də əməlin dəyəri insanın niyyəti ilə ölçülür.

Niyyətlər yalnız Allahın razılığına bağlı olanda inkişafa aparar

Niyyət bəhsinin özü - olduqca geniş mövzulardandır. Niyyətlərimiz üzərində düşünməliyik. Məsumlardan (ə) olan dualarda buyurulur: “Allahım, danışmaq qüdrətini vermisən. Bu neməti Sənin razılığın olan yerdə istifadə etmək tofiqini də bizə ver”. Dil kimi böyük nemətimizi biz iki yolda istifadə edə bilərik - həm öz mənafeyimiz üçün, həm də Allah bəndəliyi üçün. Əgər biz dil nemətindən Allahın razılığı olan yerdə istifadə etsək, bu nemətin əməli şükrünü etmiş olacağıq. Allahın razılığını düşünmək və Onun razılığı üçün bir işi görmək - insanı inkişafa, təkamülə, gözəl aqibətə aparan ən gözəl niyyətdir. Biz dualarımızda, müxtəlif zikrlərdə Allahın razılığını istəyirik. Əgər niyyətimiz Allahın razılığı olarsa, dilin halı xeyli dəyişər.

Həzrət Əli (ə) buyurur: “Möminlər o kəslərdir ki, söhbətləri Haqqın rizasının əleyhinə deyildir”. Möminlərin danışdıqlarının heç birinin niyyətində Allahın razılığından kənar məsələ yoxdur. Möminlər Allahın razılığını düşünərək danışırlar. Danışarkən, söhbət edərkən Allahın razılığını düşünmək - çox ciddi məsələdir. Ümumilikdə dil - böyük nemətdir. Bu nemətin qədrini bilmək üçün onu doğru yolda istifadə etmək lazımdır.

İmam Baqir (ə) buyurur: “Sənin dilin hər bir xeyrin və hər bir şərin açarıdır. Onu həbs et, ancaq o yerdə ki, işinə yarayır və sənə nicat verə bilər - o zaman onu aç. Əks halda, onu zindanda saxla”. Bizim əksər problemlərimizin kökü dilimizdən gəlir. Biz adətən öncə danışırıq, sonra düşünürük. Az insan var ki, səmimi olaraq özü üçün etiraf edir ki, düşünmədən danışıb. Halbuki insana ən böyük zərbəni düşünmədən danışdıqları vurur. Çünki sonradan onların heç birini artıq geri qaytarmaq mümkün olmur. Adətən insanları proses aparır, söhbət edir, müzakirə edirlər, danışırlar, sonradan isə peşman olurlar. Ona görə də, danışmaqdan öncə danışmamızın niyyətini, hədəfini müəyyən etməliyik. Əgər dilin danışması Allahın razılığı üçün olacaqsa, xeyirlərin müqəddiməsi olacaq. Əgər Uca Allahın razılığı üçün olmayacaqsa, bizi bəlalara salacaq. Bütün bəlalar dildən gəlir. Ona görə də, əziz İmam (ə) dili zindanda saxlamağı tövsiyə edir. Böhtan, qeybət, sui-zənn, yalan - böyük rəzil sifətlər məhz dilin nəticəsidir. Dili hərəkətə gətirmək fövqəl dərəcədə rahatdır. Dili hərəkətə gətirmək və onu düşünüb hərəkətə gətirmək arasında böyük fərq var. Adətən insanlar dili düşünüb hərəkətə gətirənə qədər artıq danışırlar.

Qəlbi öldürən amillər

Əsas məsələ odur ki, bizlər davranışlarımızda və əməllərimizdə niyyətimizə diqqət edək. Niyyətlərin də doğru olması sözsüz ki, imanın öz üzərində işləməsinə bağlı olan məsələdir. İmanın dərəcəsi, keyfiyyəti necədirsə, əməl və davranışlar da o cürdür. Biz Allahın varlığına, Rəbb olmasına, Qiyamət gününə həqiqi imanımız olsa və bu imanın nəticəsində etdiklərimizin, davranışlarımızın məsuliyyətini hiss etsək, o zaman bütün rəftarları Allahın razılığını düşünərək edəcəyik.

Bütün əməlləri edərkən, Qiyamətdə bunun nəticəsinin necə olacağını nəzərə alacağıq. Bütün rəftarlarımızı, Qiyamətdə bunun mükafatını və ya cəzasını alacağımızı düşünərək edəcəyik. Əgər bu olmasa, bizim davranışlarımızda heç bir irəliləyiş olmayacaqdır.

Niyyətlərimizin pak olması isə qəlbimizin pak olmasından keçir. Biz davamlı olaraq qəlbimizin durumunu nəzarətdən keçirməliyik. Bir sıra amillər var ki, bizə çox xırda gəlir, adət üzrə onlara diqqət də etmirik, amma qəlbimizi ləkələyir. Onlardan bəzilərinə vurğu edək. Həzrət Əmirəlmöminin (ə) buyurur: “Boş yerə mübahisədən və çəkişmədən çəkinin. Çünki bu iki iş qəlblərdə qardaşlara qarşı xəstəlik yaradar və bunlardan nifaq cücərər”. İnsanlar mübahisəni, bir-birinə nəyisə sübut etməyi adətən xoşlayır. Həzrət Əli (ə) bizi boş, mənasız, hədəfsiz yerə mübahisə aparmaqdan, buna vaxt itirməkdən çəkindirir. Bunun səbəbini də izah edir.
Zahirən adi görsənən məsələdir və bəzən toplum bu kimi şeylərə vərdiş etmiş olur. Amma, nəticəsi olduqca dəhşətli və faciəlidir.

Biz bəzən görürük ki, hansısa boş zarafatda, mübahisə, çəkişmə, ünsiyyətdə o qədər də diqqət vermədiyimiz məsələlər sonradan böyük-böyük fitnələrə, nifaqlara səbəb olur. İnsanların qəlbində bir-birinə qarşı kin-küdurət yaranır. İnsan belə bir vəziyyətdə artıq başqa bir qardaşına məhəbbətlə baxa bilmir. Artıq insan digər qardaşlarına xəstə qəlblə yanaşır, kin bəsləyir. Fitnəli vəziyyətin şəraiti məhz belə yaranar. Bir var ki, möminlər bir-birinə qarşı səhvə, yalnışlığa yol verir, sonradan səhvini başa düşür və digəri də bunun üstündən keçir. Bu, normal haldır. Bir də var ki, insanın qəlbi artıq xəstələnib. O elə digərində səhv tapmaq üçün fürsət gözləyəcək. Deməli, belə anlaşır ki, boş-boşuna görülən işlər qəlbin xəstəliyini əmələ gətirər.

O, bizlərin qəlbinə baxar

Əziz İslam Peyğəmbəri (s) buyurur: “Allah Təala sizlərin üzlərinizə və var-dövlətlərinizə deyil, qəlblərinizə və əməllərinizə baxar”. Bizim vəziyyətimiz zahiri görsəntilərimizlə ölçülmür. Bizim vəziyyətimiz maddi imkanlarımızla müəyyən edilmir. Allahın nəzərində önəmli olan - bizim qəlblərimizin durumudur. Önəmli olan - bizim əməllərimizin keyfiyyətidir. İnsanları zahirimizlə, maddi durumumuzla razı sala bilərik. Amma, Allahı razı salan - bizim qəlbimizin durumu və bundan irəli gələn pak niyyətlə yoğrulmuş əməllərimizdir.

Allahım, bizlərə qəflətdən oyanmağı, ayıqlığı nəsib et!

Allahım, bizə xalis niyyətlər və bundan irəli gələn pak əməllər nəsib et!
Allahım, aqibətlərimizi xeyirli et! Amin!


Əməlin "niyə edirik?" paradiqması ilə uzlaşdırılması


Geri dön

★QarA GözLüM★

  • 13 mart 2015 23:52
  • Məqalə: 96
  • Şərh: 901
  • Bal:
Allah razi olsun Tesekkurler

--------------------


Elya Alieva

  • 13 mart 2015 22:03
  • Məqalə: 102
  • Şərh: 7077
  • Bal:
{awards}
Allax raz Olsun

--------------------
UREYIM...I MEN

psix)

  • 13 mart 2015 20:47
  • Məqalə: 7
  • Şərh: 1683
  • Bal:
{awards}
allah sizden razi olsun

--------------------
......

sessiz deniz

  • 13 mart 2015 20:37
  • Məqalə: 410
  • Şərh: 6840
  • Bal:
{awards}
Allah razi olsunnnnn

İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 1
Qonaqlar: 42
Cəmi: 62

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 22
Cəmi: 479
 
♔Hе важно∞
Xəbərləri: 9
Cəmi: 42
 
Nergiz__Sirinova
Xəbərləri: 4
Cəmi: 376
 
SweeTy_
Xəbərləri: 3
Cəmi: 580
 
.::şirin_qız::.
Xəbərləri: 3
Cəmi: 28
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 1
Cəmi: 1140
 
^^KuKuLKa^^
Xəbərləri: 1
Cəmi: 773
 
 
{slinks}