Dua-İlahi avaz niyə kömək edir?

 
Dua-İlahi avaz niyə kömək edir?



DUA NİYƏ KÖMƏK EDİR?
Dua-İlahi avaz niyə kömək edir?
Alimlər bu məhfumu anlamağa çalışırlar

Neyrofizioloqlar şəfaverici təsirlərə malik olan dördüncü şüur vəziyyətini, yəni "dua ayıqlığını" ixtira ediblər.

Ohayo universitetinin doktoru Donna Yunqanın təhqiatı göstərir ki, iman və ibadət sağalmaq və ağır xəstəliklərlə mübarizə etmək prosesinə səmərəli təsir edir. Tədqiqatın göstərdiyi kimi hətta ölümcül xəstələrin belə vəziyyəti, ürəkdən dua edəndə yaxşılaşır.

Alimlər duanın insan orqanizminə təsirini bu yaxınlarda öyrənməyə başlayıblar. Əvvəllər öz-özünə danışmağı cəfəngiyyat hesab edirdilər. Lakin ilk elmi məlumatlar köklü ateistləri belə təəcübləndirdi.

Bu tədqiqatlar ABŞ-ın Şimali Karolina ştatının Darem şəhərində yerləşən Hersoq universitetində və yerli hospitalda keçirilmişdir. Alimlər bir sıra məzhəblərin nümayəndələrini arasında müxtəlif cür ürək xəstəliklərindən əziyyət çəkən 700 xəstə üçün dua etməyə dəvət etdilər. Bir neçə gün ərzində həkimlər bu xəstələrin vəziyyətlərinə aid qeydiyyatlar aparırdılar və təhqiqat başa çatanda isə bütün nəticələri ekspertlərə verdilər. Və tezliklə professor Mitçell Kruşoff təhqiqatın nəticəsini elan etdi: 500 xəstədə bu duaların nəticəsində sağalmağa doğru gedişat 93% artmışdır.

"Bunun hansı səbəbdən baş verdiyini mən bilmirəm" - deyə professor etiraf edir. "Lakin ehtimal edə bilərəm ki, İlahi kəlamlarda təmərküzləşmək ürəyin fəaliyyətinə müsbət təsir göstərir. Belə ki, insan özünə və ya digərinə dua edərkən Allah ilə tam rabitədə olur və ola bilsin ki, elə bu hələ öyrənməli olduğumuz orqanizmin bir çox proseslərini normaya salır.

Sonralar isə aydın oldu ki, dua pis xassəli bakteriyaları nəinki insan orqanizmində, hətta suda belə öldürür. Peterburqun "sənaye və dəniz təbabəti ETİ" tibbi-biologiya texnologiyaları labaratoriyasının elektrofizik mühəndisi, "Rusiyanın Pravoslav Alimlər" ittifaqının üzvü Anqelina Malaxovskaya dua və başqa bu kimi qeyri-elmi hadisələri artıq on ildir ki, öyrənir. Onun sözlərinə görə bağırsaq çöpləri və qızılı stafilokoklarla dolu olan gölməçələrə dua etməklə zərərli bakteriyaların sayının yüz dəfə azalmasına səbəb olur.

Lakin duanın əsil gücünü isbat edən ixtiranı Sankt-Peterburqun B.M.Bextereva adına Psixonevrologiya elmi təhqiqat institutunun neyro-psixofiziologiya labaratoriyasının rəhbəri professor Valeriy Slezin etmişdir.

"Bir çox psixiatrlara və nevroloqlara, rasional nöqteyi nəzərdən çətin izah olunan bir fenomen məlumdur. Misal üçün duadan sonra ruhi narahatçılıqların yüngülləşməsi və ya mualicəsi mümkün olmayan xəstələrin sonradan şəfa tapması kimi hallar" - deyə doktor Slezin bildirir. Hələ vaxtilə russ psixiatrı Vladimir Bexterev öz xəstələri haqqında danışırdı: "Bu xəstə gərək dərman içsin, lakin bu birisi isə ruhani yanına getməlidir". Lakin dua zamanı beyində nələrin baş verdiyini təcrübələr göstərdi.

Biz müxtəlif məzhəb təmsilçilərini dəvət etdik. Və onlardan xahiş etdik ki, ürəkdən dua etsinlər. İştirakçılar dua edən zaman biz onların elektroentsefaloqramını yazırdıq ki, cihazın vasitəsilə beyində baş verən prosesləri izləyə bilək. Və çox təəccüblənmişdim belə ki, biz fenomeni qeyd edə bildik.

İndiyə qədər işlək beyni üç əsas mərhələyə bölürdülər: sürətli yuxu, yavaş yuxu və ayıqlıq. Bu mərhələlərin hər birinin öz biotok ritmi vardır. Lakin dua edilən vaxt aparılan tədqiqat müəyyən etdi ki, dua zamanı beynin biotok ritmləri o qədər yavaşıyır ki, beynin dördüncü mərhələsi olan "dua ayıqlığı"-nın mövcudluğu haqqında danışmaq olur. Bu vəziyyətdə beyin demək olar ki, faktiki olaraq, dayanır: fəal təfəkkür fəaliyyəti dayanır və baxmayaraq ki, mən bunu hələ sübut edə bilmirəm, lakin mənə belə gəlir ki, şüur bədəndən kənarda fəaliyyət göstərməyə başlayır.

"Elektroentsefaloqrafda fenomen bu cür görünür" - deyə alim davam edir. "Ayıqlıq zamanı böyük insanlarda beyin qabığı biotokların alfa və betta ritmini 8-dən 30 hersə qədər tezliklə generasiya edir. Bizim təhqiq apardığımız adamlar duaya qərq olan zaman biotokların ritmi 3 hers tezliyə qədər yavaşıdı. Bu yavaş ritmlər "delta ritm" adını daşıyır və bu ritmlər ancaq 2-3 aylıq körpə uşaqlarda müşahidə olunur.

Bəzi tədqiq olunanlarda entsefaloqraf alfa və betta ritmlərini göstərmir, yalnız delta ritmlər müşahidə edilir. Neyrofizilogiya nöqteyi nəzrdən yanaşsaq dua edən insanlar sanki uşaqlıq çağlarına dönürlər.

"Biz hesab edirik ki, dua zamanı beyindəki neyronlar arasındakı pataloji rabitə dağılır, çünki bu vaxt insan xəstəlik haqqında fikirləşmir" - deyə doktor Slezin qeyd edir. "Bəzən bu ölümcül xəstələrin tam sağalmasına səbəb olur. Elmə onkologiya xəsətəliklərinin tam sağalması faktları məlumdur, lakin bu hallar daha dərindən öyrənilməlidir. Yalnız inanmaq və dua etmək ixlasla, ürəkdən etmək lazımdır, əks halda müalicəvi effekt olmayacaq.

Bir psixoloqun fikri

Həkim psixoterapevt Qeorqiy Poqodin: "Bütün xəstəliklər qorxudandır"

Məhşur təqiqatçı Alen Bombar sübut edib: gəmi batandan sonra dənizdə qalan insan, nə yemək və içmək olmadığından, və ya tufandan deyil, qorxudan ölür. Bombar öz üzərində təcrübə aparır: okenın ortasında bir balaca salın üzərində susuz və qidasız bir ay yaşaya bilmişdir. Sağ qalmasına səbəb isə onun öz qorxusuna qalib gələ bilməsidir. Bu səbəbdən də statistika göstərir ki, xərçəng xəstəliyi olan insanlar arasında inanclı insanlar ateistlərdən beş il çox yaşayırlar. Onlar dua edərək, qorxularına qalib gəlirlər, hiss edirlər ki, dünya fanidir, müvəqqətidir, həqiqi dəyəri dərk edirlər, nəhayət sakitləşib, bununla öz imunitetlərini yüksəldirlər.

Həkim məsləhəti

Tibb elmləri namizədi İqor Braqin: "İlahi avaz psixik xəstəsini də sakitləşdirir"

Bizim ölkəmizdə və xaricdə olan həmkarlarım təcrübə yolu ilə müəyyən ediblər ki, dua yüksək qan təzyiqi olanlara və diabet xəstələrinə kömək edir: bir neçə dəqiqəlik qanda olan xolesterinin səviyyəsi aşağı enir və mübadilə prosesi normaya düşür.

Dua etmək xüsusilə o insanlara xeyirlidir və elə insanlar haqqında dua edilməlidir ki, onlar arabir dərin depressiyaya düşür və maniakal depressiv psixiozdan əziyyət çəkirlər (Svetlana Kuzinanın məqalələri əsasında "Komsomolskaya pravda")


Dua-İlahi avaz niyə kömək edir?


Geri dön

Mələyimin mələyi

  • 17 mart 2015 15:01
  • Məqalə: 264
  • Şərh: 1854
  • Bal:
Neyrofizioloqlar şəfaverici təsirlərə malik olan dördüncü şüur vəziyyətini, yəni "dua ayıqlığını" ixtira ediblər.

--------------------

Elya Alieva

  • 13 mart 2015 22:16
  • Məqalə: 102
  • Şərh: 7076
  • Bal:
{awards}
Allax Xidayet versin

--------------------
UREYIM...I MEN

(HaYeL)

  • 13 mart 2015 22:07
  • Məqalə: 60
  • Şərh: 1020
  • Bal:
{awards}
Allah komeyiniz olsunki bunu yazmisiz beyendim coooox saqolun xanim=)
Allah razi olsun.

--------------------

psix)

  • 13 mart 2015 20:41
  • Məqalə: 7
  • Şərh: 1683
  • Bal:
{awards}
allah razi olsun allah komeyinizolsun

--------------------
......

Zehra_Aşiqi

  • 13 mart 2015 20:32
  • Məqalə: 272
  • Şərh: 1323
  • Bal:
{awards}
Neyrofizioloqlar şəfaverici təsirlərə malik olan dördüncü şüur vəziyyətini, yəni "dua ayıqlığını" ixtira ediblər.

--------------------

İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 0



Qonaqlar: 36
Cəmi: 53

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 7
Cəmi: 389
 
Nergiz__Sirinova
Xəbərləri: 6
Cəmi: 333
 
Awk bir hayal
Xəbərləri: 4
Cəmi: 137
 
^^KuKuLKa^^
Xəbərləri: 2
Cəmi: 767
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1135
 
TacsizKRalica
Xəbərləri: 1
Cəmi: 1
 
evli.mutlu.cocuklu
Xəbərləri: 1
Cəmi: 1
 
anar2012
Xəbərləri: 1
Cəmi: 26
 
Mövlud Ağamməd
Xəbərləri: 1
Cəmi: 20
 
Zerif85
Xəbərləri: 1
Cəmi: 25
 
 
{slinks}