Tolerantlıq Allahın tələbidir

 
Tolerantlıq Allahın tələbidir



Uca Rəbbimizin Quranda bildirdiyi əxlaq hər cür təzyiqdən və məcbur etmədən uzaq, sevgiyə, hörmətə, ədalətə əsaslanan əxlaqdır. İslam tarixi, dəyərli Peyğəmbərimiz Hz. Məhəmmədin (s.ə.v.) və digər İslam böyüklərimizin hər fikirdən və inancdan insana qarşı tolerant nümunələri ilə doludur.

İslamın təməli olan və bütün müsəlmanlara bir öyüd və rəhbər olaraq endirilmiş olan Quranda bildirilən əxlaq sevgi, şəfqət, mərhəmət, təvazökarlıq, fədakarlıq və barış anlayışına əsaslanır. Bu səbəbdən də İslam hər cür təzyiqin, məcbur etmənin qarşısını alan tək həll yoludur. İslam əxlaqı ilə yaşayan bir cəmiyyətdə təzyiq deyil, dinclik, qarşılıqlı sevgi və hörmət hakim olar. Belə cəmiyyətdə son dərəcə incə, nəzakətli, düşüncəli, təvazökar, ədalətli, etibarlı, ətrafına dinclik və sevinc verən fərdlər yetişər, fərqli düşüncəyə, ya da həyat tərzinə malik olan kəslər öz inanclarını rahatlıqla yaşayar, hər hansı təzyiqlə üz-üzə qalmazlar.

***
Quran Allahın insanlara yol göstərici olaraq endirdiyi kitabdır. Allah Quranda insanlara gözəl əxlaqı əmr etmişdir. Bu əxlaqın təməlində isə sevgi, şəfqət, ədalət və mərhəmət anlayışları iştirak edir. “İslam” sözü ərəbcə “barış” sözü ilə eyni mənanı verir. İslam dini Allahın sonsuz mərhəmət və şəfqətinin yer üzündə təcəlli etdiyi dinclik və barış dolu bir həyatı insanlara təqdim etmək üçün endirilmiş bir dindir. Quran ayələrində insanlar, yer üzündə mərhəmətin, şəfqətin və barış içində yaşaya biləcəyi tək həyat şəkli olan İslam əxlaqına çağırılmışdır. Bəqərə surəsinin belə buyurulmuşdur: Ey iman gətirənlər! Hamınız bir yerdə sülhə (islama) gəlin! Şeytanın yolu ilə getməyin, çünki o sizin açıq düşməninizdir! (Bəqərə surəsi, 208) Ayədə Rəbbimiz insanların “təhlükəsizliyi”nin və aralarındakı “barışın” Quran əxlaqını yaşaması ilə təmin edilə biləcəyini bildirmişdir. Quran əxlaqına görə, iman sahibi olan biri bütün insanlara qarşı yaxşı və ədalətli davranmaqla, zəifləri və günahsızları qorumaqla və “yer üzündə fitnə-fəsadın qarşısını almaqla” hökmlüdür. Fitnə-fəsad yer üzündəki insanların təhlükəsizliyini, barış və dincliyini aradan qaldıran bir vəziyyətdir. Azad bir iradəyə, düşüncəyə və inanc azadlığına malik olan birinə hər hansı bir səbəbdən ötrü təzyiq etmək də İslam əxlaqına uyğun olmayan və cəmiyyət içində fitnə-fəsad törədən bir davranışdır. Bu səbəbdən də “Allah fitnə-fəsadı sevməz.... (Bəqərə surəsi, 205) hökmünü Müsəlmanlar bu səhv davranışdan çəkinməlidir deyə bildirmişdir. Əksinə Müsəlmanlar cəmiyyətin dincliyini pozan insanları fikirləri və mübarizələri ilə qarşısını alıb, yaxşılığı əmr edib pislikdən çəkindirməklə, yer üzündəki fitnə-fəsadı aradan qaldırmaqla və bütün insanlara dinclik və barış dolu mühit təmin etməklə məsuldurlar. Allahdan qorxan bir insan dövlətinə, millətinə, insanlığa ən kiçik zərər toxunduracaq bir hərəkətə təşəbbüs göstərməməlidir.

***

İslam əxlaqında inanc azadlığı əsasdır. İnsanları bir dinə inanmağa və ya o dinin ibadətlərin tətbiq edilməsinə məcbur edilməsi, İslamın özünə ziddir. Çünki islamda səmimi iman, azad iradə, ağılın və həmin azad iradənin doğru seçimi ilə mümkündür. Quranda bildirilən əxlaq xüsusiyyətlərin tətbiq olunması üçün müsəlmanlar bir-birlərini təşviq edə bilərlər. Quran əxlaqının ən gözəl sözlə izah edilməsi və ya xatırladılması bütün iman edənlərin üzərinə düşən bir məsuliyyətdir. Ancaq iman edənlər “İnsanları hikmətlə gözəl öyüd-nəsihət ilə Rəbbinin yoluna dəvət et...” (Nəhl Surəsi, 125) ayəsində din əxlaqının gözəlliklərini izah edər. Ancaq “İnsanları doğru yola yönəltmək sənin borcun deyildir. Allah kimi istərsə, onu doğru yola yönəldər”. (Bəqərə Surəsi, 272) ayəsini ağıllarından çıxarmazlar və əsla kimisə məcbur etməzlər, insanlar üzərində maddi və ya mənəvi təzyiq tətbiq etməzlər. Qarşılığında dünyəvi mənfəət təklif edərək, adamı din əxlaqını yaşamağa istiqamətləndirməzlər. Çünki Uca Allahın bildirdiyi ibadətləri yerinə yetirməmək, iman edib etməmək insanın özünə aiddir. Allah Quranda iman edənlərə belə buyurmuşdur: “Biz onların nə dediklərini çox gözəl bilirik. (Ya Peyğəmbər!) Sən onlara zor edən (onları zorla imana gətirən) deyilsən. Sən Mənim təhdidimdən (əzabımdan) qorxanlara Quranla öyüd-nəsihət ver!” (Qaf Surəsi, 45)

***

İnsanların məcburən ibadətə yönləndirildiyi bir cəmiyyət modeli, Allah qatında məqbul olmaya bilər. Çünki inanc və ibadət, yalnız Allaha istiqamətli və hər kəsin öz seçimi ilə olduqda dəyər qazanır. Əgər bir sistem insanları inanca və ibadətə məcbur edəcək olsa, bu vəziyyətdə insanlar o sistemdən qorxduqları üçün görünüşdə dindar ola bilərlər. Din əxlaqı baxımından məqbul olan isə vicdanların tamamilə sərbəst olduğu bir mühitdə iradə seçimi ilə Allah rizası üçün din əxlaqının yaşanmasıdır.

İslam insanların düşüncə və həyat azadlığını təmin edən və zəmanət altına alan bir dindir. Uca Allah insanlar arasında gərginliyi, anlaşılmazlığı, bir-birinin haqqında mənfi danışmağı qadağan edən hökmlər endirmişdir. Ən əhəmiyyətlisi də hər cür əksiklikdən uzaq olan Rəbbimiz şiddəti, zor tətbiq etməyi qəti olaraq qadağan etdiyi kimi, insanların üzərində mənəvi təzyiq qurulmasını da qadağan etmişdir: “Dində məcburiyyət (zorakılıq) yoxdur. Artıq doğruluq (iman) azğınlıqdan (küfrdən) ayırd edildi”. (Bəqərə Surəsi, 256) “(Ya Peyğəmbər! Mənim bəndələrimə) öyüd-nəsihət ver. Sən ancaq öyüd-nəsihət verənsən!”(Ğaşiyə Surəsi, 21) Bu ayələr bizə insanın hər hansı sahədə insan üzərində təzyiqini rədd edir, insanın azad iradəsinə hörmət göstərməyi buyurur. Çünki insan ağıl və azad iradə daşıdığı üçün Allah qarşısında mükəlləfdir, yəni vəzifələri var və məsuliyyət daşıyır. Hər kəs öz əməllərinə görə Allah qarşısında cavab verəcək. El arasında işlədilən “Qoyunu qoyun ayağından asacaqlar, keçini keçi ayağından” sözü də elə bu həqiqəti əks elətdirir.

Möminlər ancaq xoş rəftarlı və ədalətli davrandıqları zaman Allah qatında bir məmnuniyyət qazanacaqlarını bilərlər. Sevimli Peyğəmbərimiz (s.ə.v.) də İslam əxlaqının yayılması üçün çalışarkən heç bir ayrı-seçkilik etmədən hər insana bərabər, xoş rəftarlı münasibət sərgiləmişdir.

***

Həzrəti Məhəmmədə (s.ə.v.) peyğəmbərlik vəzifəsinin verildiyi dövrdə Ərəbistanda, xüsusilə də Məkkədə irqlər, dinlər və fərqli düşüncədə olan insanlar arasında çox şiddətli bir ayrı-seçkilik və bu ayrı-seçkilikdən qaynaqlanan narahatlıqlar, fərqli dinlərə mənsub qövmlər arasında ədavət, tayfa döyüşləri, ədalətsiz iqtisadi nizam, yağmalamalar, zəngin və kasıblar arasında çox böyük uçurumlar mövcud idi. İnsanlara irqləri, dinləri, dilləri və həyat tərzləri üzündən zülm edilirdi. Peyğəmbərimiz Hz. Məhəmməd (s.ə.v.) bu cürcahil bir qövmə doğruları izah etmək və onları gözəl əxlaqa dəvət etmək üçün göndərilmişdir. Hz. Məhəmməd (s.ə.v.) təbliği və gözəl əxlaqı ilə bütün Ərəb yarımadasında çox böyük təsir oyandırmış və onun dövründə insanlar axın-axın İslamı qəbul etmişdilər. Quranda bildirilən ədalətli hökmlər, gözəl əxlaq, toleranlıq və barış, ictimai həyata bir nizam və dinclik gətirmişdir.

Peyğəmbərimiz (s.ə.v.)in Allahın əmrlərini dəqiq yerinə yetirməsi nəticəsində ortaya çıxan bu gözəl əxlaq nümunələri, elçilərin ictimai həyata gətirdikləri xoş rəftarlılıq, sülhsevər, dinc həyatı təsvir edir. Quran əxlaqının tam yaşandığı mühitdə eynilə yuxarıdakı nümunədə gördüyümüz kimi qardaş kimi və dinclik içərisində bir həyat təmin ediləcəyi açıqdır.


Geri dön

Pıtırcık

  • 22 mart 2015 16:43
  • Məqalə: 447
  • Şərh: 9615
  • Bal:
ALLAH RAZI OLSUUN

--------------------


http://legend.az/user/imza/http://legend.az/user/imza/

Elya Alieva

  • 15 mart 2015 10:19
  • Məqalə: 102
  • Şərh: 7076
  • Bal:
{awards}
Tesekkurler

--------------------
UREYIM...I MEN

(HaYeL)

  • 14 mart 2015 22:49
  • Məqalə: 60
  • Şərh: 1020
  • Bal:
{awards}
Allah razi olsun.

--------------------

Nazlim_97_

  • 14 mart 2015 22:24
  • Məqalə: 28
  • Şərh: 2816
  • Bal:
{awards}
Çoox saģol...

★QarA GözLüM★

  • 14 mart 2015 21:38
  • Məqalə: 96
  • Şərh: 901
  • Bal:
{awards}
ALLAH razı olsun Tesekkurler

--------------------


İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 1
Qonaqlar: 29
Cəmi: 40

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 32
Cəmi: 447
 
Nergiz__Sirinova
Xəbərləri: 22
Cəmi: 372
 
♔Hе важно∞
Xəbərləri: 13
Cəmi: 31
 
Mövlud Ağamməd
Xəbərləri: 4
Cəmi: 24
 
_TUNAR_MAMEDOV_
Xəbərləri: 2
Cəmi: 673
 
Ufuk Kazimi
Xəbərləri: 1
Cəmi: 2
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 1
Cəmi: 1139
 
TacsizKRalica
Xəbərləri: 1
Cəmi: 2
 
m_aynur97
Xəbərləri: 1
Cəmi: 1
 
FullFidawka
Xəbərləri: 1
Cəmi: 2
 
 
{slinks}