Şirk nədir?

 
Şirk nədir?



Şirk sözü şəriklik, ortaqlıq deməkdir. Şirk ibadətin hər hansı bir növünü Allahla yanaşı başqasına həsr etməkdir. Görürsən ki, insanların çoxu Allahla yanaşı daşa, günəşə, aya, Peyğəmbərə, qəbirlərə, ulduza və başqa şeylərə ibadət edirlər. Uca Allah buyurur: “Onların çoxu ancaq şərik qoşaraq Allaha inanırlar” (Yusuf, 106).
Yəni insanların çoxu Allahın yaradan, ruzi verən və idarə edən olmasına inandıqları halda Allahdan qeyrilərinə ibadət edərək Ona şərik qoşurlar.
Peyğəmbərin zamanında Allaha şərik qoşan müşriklər Allahın yaradan, ruzi verən və idarə edən olduğunu təsdiqləyirdilər, lakin ibadətdə Allaha şərik qoşurdular. Belə ki, onlar bütlərə tapınır, onlara dua edir, onlardan yardım diləyirdilər. Uca Allah buyurur:
“De: “Əgər bilirsinizsə, deyin görüm yer və onun üstündə olanlar kimindir?” Onlar: “Allahındır!”– deyəcəklər. De: “Bəs düşünüb ibrət almayacaqsınız?” De: “Yeddi göyün Rəbbi və əzəmətli Ərşin Rəbbi kimdir?” Onlar: “Allahdır!”– deyəcəklər. De: “Bəs qorxmursunuz?” De: “Əgər bilirsinizsə, deyin görüm hər şeyin hökmü əlində olan, himayə edən, Özünün isə himayəyə ehtiyacı olmayan kimdir?” Onlar: “Allahdır!”– deyəcəklər. De: “Bəs necə olur ki, aldanırsınız?” (əl-Muminun, 84-89).
Müşriklər bütlərin yağış yağdırdıqlarını, bu aləmə ruzi verdiklərini və işləri səhmana saldıqlarını etiqad etmirdilər. Əksinə, onlar etiqad edirdilər ki, bütün bunları edən Allahdır. Onlar bilirdilər ki, yaradan yalnız Allahdır və Ondan başqa hər şey məxluqdur. Lakin onlar ibadətdə bütləri Allahla özləri arasında vasitə edir, bu bütlərin onları Allaha yaxınlaşdırdıqlarına inanırdılar.
Bu barədə Uca Allah buyurur: “Doğrusu, əsl din ancaq Allaha məxsusdur. Allahı qoyub başqalarını özlərinə dost tutanlar: “Biz, onlara ancaq bizi Allaha daha çox yaxınlaşdırsınlar deyə ibadət edirik”– deyirlər. Əlbəttə ki, Allah ziddiyyətə düşdükləri şeylər barəsində onların arasında Öz hökmünü verəcəkdir. Şübhəsiz ki, Allah yalançı və kafirləri doğru yola yönəltməz” (əz-Zumər, 3).
Müşriklər ibadətdə Allaha şərik qoşduqlarına görə Allah onları İslama daxil etməmişdir.
Allaha şərik qoşmaq ən böyük günahdır və Allaha qarşı edilən ən böyük haqsızlıqdır. Uca Allah buyurur: “Həqiqətən, Allaha şərik qoşmaq böyük zülmdür!” (Loğman, 13).
Allaha şərik qoşanın bütün əməlləri boşa çıxır. Allah buyurur: “Sənə və səndən əvvəlkilərə belə vəhy olunmuşdur: "Əgər şərik qoşsan, əməlin puç olacaq və mütləq ziyana uğrayanlardan olacaqsan” (əz-Zumər, 65).
İnsan bu günahdan tövbə etmədiyi halda ölərsə, Allah onu heç vaxt bağışlamayacaq: "Şübhə­siz ki, Allah Özünə şərik qoşulmasını bağışlamaz, bundan başqa (daha kiçik günahları) isə istədiyi kimsəyə bağışlayar. Allaha şərik qoşan kəs iftira atmaqla böyük bir günah etmiş olur” (ən-Nisa, 48).
Allah Elçisi salləllahu aleyhi və səlləm demişdir: “Uca Allah buyurdu: “Mən şərik olmağa möhtac deyiləm. Kim bir əməl edər və əməlində bir kəsi Mənə şərik qoşarsa, onu da, onun qoşduğu şəriki də tərk edərəm”. (Muslim, 2985).


Geri dön

NIGAR

  • 22 mart 2015 13:17
  • Məqalə: 724
  • Şərh: 10485
  • Bal:
ALLAH RAZI OOLSUN

--------------------
legend.az/user/imza/legend.az/user/imza/

★QarA GözLüM★

  • 15 mart 2015 19:57
  • Məqalə: 96
  • Şərh: 882
  • Bal:
{awards}
Tesekkurler ALLAH razi olsun

--------------------


psix)

  • 15 mart 2015 13:28
  • Məqalə: 7
  • Şərh: 1655
  • Bal:
{awards}
tewekkur edirem oyrendim

--------------------
......

Awk bir hayal

  • 15 mart 2015 13:24
  • Məqalə: 137
  • Şərh: 2757
  • Bal:
{awards}
Allaha şərik qoşanın bütün əməlləri boşa çıxır. Allah buyurur: “Sənə və səndən əvvəlkilərə belə vəhy olunmuşdur: "Əgər şərik qoşsan, əməlin puç olacaq və mütləq ziyana uğrayanlardan olacaqsan” (əz-Zumər, 65).

Nazlim_97_

  • 15 mart 2015 12:31
  • Məqalə: 28
  • Şərh: 2745
  • Bal:
{awards}
Mende bilmidim he olduqun xebere gore twk

Elya Alieva

  • 15 mart 2015 10:43
  • Məqalə: 102
  • Şərh: 7020
  • Bal:
{awards}
Sirkin ne olduqnu bilmirdim
Tesekkurler orendim

--------------------
UREYIM...I MEN

İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 3
Qonaqlar: 45
Cəmi: 60

 

Top 10 Müəllif

The Shield
Xəbərləri: 58
Cəmi: 77
 
NIGAR
Xəbərləri: 58
Cəmi: 724
 
MiSS HaPPy)
Xəbərləri: 48
Cəmi: 143
 
Nergiz__Sirinova
Xəbərləri: 41
Cəmi: 473
 
Arzu_zadeh
Xəbərləri: 34
Cəmi: 232
 
♔Hе важно∞
Xəbərləri: 30
Cəmi: 202
 
AyliN BunyaminovA
Xəbərləri: 18
Cəmi: 441
 
No-Girls-No-ProBlemS
Xəbərləri: 12
Cəmi: 221
 
Sol Meleyim
Xəbərləri: 11
Cəmi: 53
 
S)
Xəbərləri: 8
Cəmi: 20
 
 
{slinks}