Qeybət savabları poza bilər

 
Qeybət savabları poza bilər


"...(Bir-birinizin eyibini, sirrini) arayıb axtarmayın, bir-birinizin qeybətini qırmayın!

Sizdən biriniz ölmüş qardaşının ətini yeməyə razı olarmı?! Bu sizdə ikrah hissi oyadar (qeybət də belədir). Allahdan qorxun. Həqiqətən, Allah tövbələri qəbul edəndir, rəhmlidir!”

(Hücərat, 12).
Ayədən göründüyü kimi, Allah-təala qeybətin nə qədər pis bir əməl olduğunu göstərmək üçün onu hər kəsin nifrət etdiyi və iyrəndiyi bir işlə müqayisə edir. Təsəvvür edin ki, bir insan üçün başqa bir insanın ətini yemək necə dəhşətli və eyni zamanda iyrəncdirsə, onun qeybətini danışmaq da o qədər iyrənc və dəhşətli görünməlidir.

Qeybətin bu qədər qınanmasının səbəbi nədir? Bunun cavabları müxtəlifdir. Qeybətin mənəvi və ictimai fəsadları çoxşaxəlidi

1. Əvvəla, qeybətə aludəlik insanda bəzi başqa qorxulu mənəvi mərəzlərin yaranmasına səbəb olur.
Məsələn, qeybət edən adam adətən paxıl, xain, sözgəzdirən olur. Əslində bu xüsusuiyyətlər onu qeybətə təhrik edən səbəblər kimi də qəbul edilə bilər. Qeybət edən şəxs insanlarda müsbət cəhətləri görə bilmir. Bir fərd kimi o özü də bədbəxtdir. Çünki ərtafdakı yaxşılıqları və gözəllikləri duymağa qadir deyil, bundan zövq ala bilmir. Başqalarının xoşbəxtliyi onu həmişə narahat edir. Qeybətcil insan adətən qorxaq təbiətlidir. Çünki qeybətini etdiyi adam haqqında fikirlərini ona açıq sözləməkdən çəkinir. Əslində belə insan çox təhlükəlidir və ondan dildə olduğu kimi, əməldə də xəyanət gözləmək mümkündür.

2. Qeybət cəmiyyətdə insanların bir-birinə olan inamını qırır, cəmiyyətin bünövrəsini sarsıdır. Məlum olduğu kimi, insanlararası münasibətlərdə qarşılıqlı etimad və etibar çox mühümdür. Təsəvvür edin ki, əgər insanlar bir-birinə həmişə inamsız yanaşsalar, yaşamaq necə çətinləşər. Bütün sosial, iqtisadi, mənəvi, siyasi, hətta ailədaxili münasibətlər etimad üzərində qurulur. Əgər bir insan başqasının üçüncü bir şəxsdən qeybət etdiyini eşidərsə, qeybət edən adama inamı itər. Çünki düşünər ki, bu adam o birinin qeybətini necə edirsə, eynilə onun da qeybətini başqasının yanında danışa bilər.

3. Qeybətin bir mənfi cəhəti də insanı rüsvay etməsidir. Bir çox hallarda qeybətin üstü açılır. Qeybəti danışılan adam bundan xəbər tutur. Bu zaman qeybət edən adam xəcalətdən onun üzünə baxa bilmir, özünü təmizə çıxarmaq üçün bir bəhanəsi də qalmır.
4. Qeybətin daha bir ziyanı – sair günahlar kimi insanın savablarını aradan aparmasıdır. Məlumdur ki, bəzi xeyir əməllər müəyyən günahları silməyə qadir olduğu kimi, bəzi günahlar da bir qism savabları silə bilər. İnsanlar bəzən etdikləri yaxşılıqlara arxayın olurlar. Nəzərdən qaçırırlar ki, hər nə qədər savab qazansalar belə, əsas məsələ bu savabları itirməmək və qoruyub saxlamaqdır. Qurani-kərim insanların nə qədər savab qazanmasını deyil, qiyamətə nə qədər savabla gələcəyini ön plana çəkir (Nəml, 89; Qəsəs, 83). Yəni mühüm olan məsələ bu savabları qiyamətə kimi gətirib çatdırmaqdır. Qeybət elə təhlükəli günahlardandır ki, onun sayəsində bəzi savablar pozula bilər. Həzrət Mühəmməd Peyğəmbər (s) bunu nəzərdə tutaraq buyurub: "Qiyamətdə bəndələrdən biri Allahın qarşısında hesab üçün durar, əməl dəftəri ona təhvil veriləndə orada öz savablarını görməz və deyər: "İlahi, bu mənin əməl dəftərim deyil. Mən burada öz itaətimi (yəni itaətimə görə aldığım savabı) görmürəm”. Ona cavab verilər: "Allah nə bir kəsi azdırar, nə də savabını əskildər. Sənin yaxşı işlərin danışdığın qeybətlər üzündən pozuldu”. Əksinə, başqa bir bəndə öz əməl dəftərində çoxlu yaxşı əməl görüb deyər: "İlahi, bu mənim əməl dəftərim deyil. Çünki mən bu qədər savab etməmişəm”. Ona deyilər: "Filankəs sənin qeybətini danışdığı üçün onun savabı sənə yazıldı” (Biharül-ənvar, 75-ci cild, səh. 259).


Geri dön

NIGAR

  • 22 mart 2015 01:22
  • Məqalə: 727
  • Şərh: 10499
  • Bal:
ALLAH RAZI OLSUN

--------------------
legend.az/user/imza/legend.az/user/imza/

Mələyimin mələyi

  • 16 mart 2015 17:00
  • Məqalə: 264
  • Şərh: 1831
  • Bal:
{awards}
Allah razı olsun

--------------------

★QarA GözLüM★

  • 16 mart 2015 15:45
  • Məqalə: 96
  • Şərh: 882
  • Bal:
{awards}
cox insanda var o qeybettt offf zehlem gedirdaaaa
tesekkurler

--------------------


MenimleSen

  • 16 mart 2015 12:29
  • Məqalə: 60
  • Şərh: 1233
  • Bal:
{awards}
Ay ALLAH bizi qeybetden pis emeLLErden uzax tutsun:)

--------------------

Mələyimin mələyi

  • 16 mart 2015 08:38
  • Məqalə: 264
  • Şərh: 1831
  • Bal:
{awards}
Allah razı olsun

--------------------

Gül Əliyeva

  • 16 mart 2015 01:02
  • Məqalə: 1526
  • Şərh: 12032
  • Bal:
{awards}
Allah razı olsun

Rəbbim Allah

  • 16 mart 2015 00:02
  • Məqalə: 52
  • Şərh: 391
  • Bal:
{awards}
Allah komeyiviz olsun cox saqolun.

--------------------


KeNDiMi

sessiz deniz

  • 15 mart 2015 23:15
  • Məqalə: 410
  • Şərh: 6771
  • Bal:
{awards}
1. Əvvəla, qeybətə aludəlik insanda bəzi başqa qorxulu mənəvi mərəzlərin yaranmasına səbəb olur.
Məsələn, qeybət edən adam adətən paxıl, xain, sözgəzdirən olur. Əslində bu xüsusuiyyətlər onu qeybətə təhrik edən səbəblər kimi də qəbul edilə bilər. Qeybət edən şəxs insanlarda müsbət cəhətləri görə bilmir. Bir fərd kimi o özü də bədbəxtdir. Çünki ərtafdakı yaxşılıqları və gözəllikləri duymağa qadir deyil, bundan zövq ala bilmir. Başqalarının xoşbəxtliyi onu həmişə narahat edir. Qeybətcil insan adətən qorxaq təbiətlidir. Çünki qeybətini etdiyi adam haqqında fikirlərini ona açıq sözləməkdən çəkinir. Əslində belə insan çox təhlükəlidir və ondan dildə olduğu kimi, əməldə də xəyanət gözləmək mümkündür

FaToShKa

  • 15 mart 2015 22:59
  • Məqalə: 0
  • Şərh: 235
  • Bal:
{awards}
COX SAGOLUN BELE MEQALENI PAYLASDIGINIZA GORE...ALLAH RAZI OLSUN...

Elya Alieva

  • 15 mart 2015 22:07
  • Məqalə: 102
  • Şərh: 7020
  • Bal:
{awards}
QEYBET EMELERI POZA BILER YOX
QEYBET EDEN SEXSLER OZ CEXENNEMLERNI XAZIRLAYIRLAR
QUR'ANI KERIMDE QEYBET XAQQDA BELE QEYID EDILIB BIR MOMIN BIR MOMINI QEYBETNI EDERSE O MOMIN QARDASININ ETINI YEMIS KIMIDIR ELEDE BASKASININ BILDIYMIZ KIMI ISLAMDADA INSAN ETI YEMEY GUNAX VE XARAMDIR XETDA QEYBET EDENLERIN YANINDA BASKASI OTURUB QULAQ ASARSA BELE O SEXDE QEYBET EDEN SEXSIN GUNAXI QEDER GUNAX QAZANAR

--------------------
UREYIM...I MEN

(HaYeL)

  • 15 mart 2015 20:54
  • Məqalə: 60
  • Şərh: 1001
  • Bal:
{awards}
Oxumaga dəyər canim əllərinə sağlıq=)
Allah razi olsun.

--------------------
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 3
Qonaqlar: 33
Cəmi: 60

 

Top 10 Müəllif

The Shield
Xəbərləri: 61
Cəmi: 78
 
NIGAR
Xəbərləri: 61
Cəmi: 727
 
MiSS HaPPy)
Xəbərləri: 51
Cəmi: 146
 
Nergiz__Sirinova
Xəbərləri: 44
Cəmi: 473
 
Arzu_zadeh
Xəbərləri: 34
Cəmi: 232
 
♔Hе важно∞
Xəbərləri: 31
Cəmi: 202
 
AyliN BunyaminovA
Xəbərləri: 19
Cəmi: 442
 
No-Girls-No-ProBlemS
Xəbərləri: 12
Cəmi: 221
 
Sol Meleyim
Xəbərləri: 12
Cəmi: 53
 
S)
Xəbərləri: 8
Cəmi: 20
 
 
{slinks}