Əgər Yer kürəsinin şərqində insan öldürülsə

 
Əgər Yer kürəsinin şərqində insan öldürülsə


Əgər Yer kürəsinin şərqində insan öldürülsə, Yer kürəsinin qərbində olan kimsə buna razı olsa...
Allah insanı xəlq edən zaman mələklər soruşurlar ki, niyə elə bir məxluq xəlq edirsən ki, yer üzündə fəsada əl atacaq və haqsız yerə qan tökəcəkdir? Allah Təala cavab verir ki, Mən sizin bilmədiyiniz şeyləri bilirəm.


Bəs insanda fəsada və qan tökməyə olan meyl haradandır? Quranda və hədislərdə bu kəbirə günah sayılır. Bu, nə qədər də çirkin bir əməldir ki, insan cahilliyi və təəsübkeşliyi, mala hərisliyi və ya zalımın əmrini yerinə yetirmək üçün bilərəkdən kimisə öldürsün. Onu nahaq yerə öldürməklə bütün arzularını və hədəflərini məhv etmiş olsun. Həyat yoldaşını dul və uşaqlarını yetim qoysun. Qəlblərini yandırsın və gözlərini yaşlı qoysun.



Quran insanın nahaq yerə öldürülməyini o qədər böyük günah hesab edir ki, bütün insanların öldürülməsinə bərabər tutur. "Qərara aldıq ki, kim can qisası (haqqına malik) olmadan və ya yer üzündə fitnə-fəsad törətməmiş bir insanı öldürsə (ya İslamdan küfrə aparsa), sanki bütün insanları öldürmüşdür”. ("Maidə” 32).



Allah Təala başqa yerdə buyurur: "Kim bir mömini qəsdən öldürsə (və bu əməli halal hesab etsə), onun cəzası Cəhənnəmdir ki, orada əbədi qalacaqdır. Həmçinin Allah ona qəzəb edər, onu Öz rəhmətindən uzaqlaşdırar və onun üçün böyük bir əzab hazırlayar”. ("Nisa” 93). Bu bədbəxtliyin ən son zirvəsi olar ki, Qiyamət günü Allahın rəhmət və məğfirətindən məhrum olasan.



İmam Sadiq (ə) Peyğəmbərdən (s) nəql edir ki, Həzrət buyurub: "Yer Pərvərdigara tərəf nalə çəkməz, məgər üç şeyə görə: orada tökülən möhtərəm qana görə, zinakarın qüslundan tökülən bir damcı suya görə, günəş çıxmamışdan qabaqkı yuxuya görə (sübh namazının qəzasına səbəb olar)”.



Həzrət Cəfər Sadiq (ə) başqa yerdə buyurur: "Üç nəfər behiştə daxil olmaz: qan tökən, şərabxor, insanlar arasında söz gəzdirən”.



Peyğəmbəri-Əkrəm (s) İmam Əliyə (ə) buyurur: "Bu ümmətdən on nəfər Böyük Allaha kafir olublar: O kəs ki, nahaqla bir yerdə kimisə öldürür, cadugər, o kişi ki, namusuna qeyrət göstərmir, o kəs ki, zəkat verməkdən boyun qaçırdır, o kəs ki, imkanı ola-ola həccə getməz və ölər...”.



İmam Sadiq (ə) buyurur: "Hər kim bir kəlmənin yarısı qədər möminin qətlinə kömək edərsə, Qiyamət günü alnında bu sözlər yazılmış halda gələcəkdir: "Həmişəlik İlahi rəhmətdən məyusdur””.



Həzrət Peyğəmbər (s) buyurur: "Əgər Yer kürəsinin şərqində insan öldürülsə, Yer kürəsinin qərbində olan kimsə buna razı və şad olursa, sanki özü həmin insanı öldürmüşdür. Şübhəsiz onun öldürülməsində şərikdir”.



İnsan fitri cəhətdən pak xəlq edilmişdir. Ancaq yaddan çıxartmamalıyıq ki, bizim Qiyamətə qədər qatı düşmənimiz vardır. O, əlindən gələni edir ki, Allaha verdiyi sözü tuta bilsin. Bəs biz niyə Allahla bağladığımız əhdə xəyanət edirik? Bu haqda düşünsək yaxşı olar.


Geri dön

Pıtırcık

  • 22 mart 2015 01:34
  • Məqalə: 385
  • Şərh: 9500
  • Bal:
ALLAH RAZI OLSUN

--------------------
http://mail.mp3.mail.mp3.legend.az/user/imza/

★QarA GözLüM★

  • 15 mart 2015 19:41
  • Məqalə: 96
  • Şərh: 901
  • Bal:
{awards}
Tesekkurler

--------------------


psix)

  • 15 mart 2015 19:32
  • Məqalə: 7
  • Şərh: 1683
  • Bal:
{awards}
allah razi olsun xeber ucun twk

--------------------
......

Fearless

  • 15 mart 2015 19:22
  • Məqalə: 282
  • Şərh: 412
  • Bal:
{awards}
Xebere gore twkler ALLAH RAZI OLSUN

--------------------
http:// user/İMZA/

SVOY BRAT KERIMOV

  • 15 mart 2015 18:47
  • Məqalə: 0
  • Şərh: 28
  • Bal:
{awards}
bir sey anlamadim twk

Elya Alieva

  • 15 mart 2015 18:43
  • Məqalə: 102
  • Şərh: 7076
  • Bal:
{awards}
Tesekkurler

--------------------
UREYIM...I MEN

♔ Rapuиzel ♔

  • 15 mart 2015 18:38
  • Məqalə: 332
  • Şərh: 7138
  • Bal:
{awards}
ALLAH RAZI OLSUN..

--------------------
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 0



Qonaqlar: 18
Cəmi: 29

 

Top 10 Müəllif

♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 1
Cəmi: 1135
 
Awk bir hayal
Xəbərləri: 1
Cəmi: 137
 
Nergiz__Sirinova
Xəbərləri: 1
Cəmi: 327
 
Zerif85
Xəbərləri: 1
Cəmi: 25
 
Pıtırcık
Xəbərləri: 1
Cəmi: 385
 
 
{slinks}