Xoşbəxt olmaq üçün... bəlkə bunları görək?

 
Xoşbəxt olmaq üçün... bəlkə bunları görək?


Yaşayıb, amma görə bilmədiyimiz xoşbəxtliyimiz nələrdir?

Bəlkə də bəxtim gətirib ki, şair Moşu kimi şeir yazan olmamışam, yoxsa «xoşbaxtlıq»a qafiyə tapa bilməməyin əziyyətini çəkməkdəydim. Amma qafiyə öz yerində, necə bilirsiniz, xoşbəxtlik nədir? Belə baxanda hamımız xoşbəxtliyə can atırıq, onu arzulayırıq. Amma çox az adam tapılar ki, xoşbəxtliyin nə olduğu haqda sadəcə təsəvvürü olsun. Biri sayır ki, lotereyada maşın udmaq böyük xoşbəxtlikdir. O biri hesab edir ki, uğurlu evlənmə də xoşbəxtlikdir. Üçüncü vəzifə pilləsində sürətlə yüksəlir…

Sözsüz ki, ilk baxışda bunların hər birində xoşbəxtliyin müəyyən parametrləri var. Nə hər adama maşın udmaq qismət olur, nə qurulan ailələrin hamısı uğurlu olur, nə də hər avam vəzifə sahibi olub hələ yüksələ də bilir. Bunların hər biri arzulanan, yerinə yetərsə, çox xoş olan məqamlardır. Amma tam xoşbəxtlikdirmi? Bunların hamısı bir yerdə, ya ayrı-ayrılıqda qismətinə düşən adam özünə mən tam xoşbəxtəm deyə bilərmi? Musbət cavab verməyə çətinlik çəkirəm. Amma yox da deyə bilmirəm. Yaxşı, təsəvvür edək ki, bunlar oldu. Və günlərin bir günü…

Budur, maşını uddun və elə ilk reysdə də Allah eləməmiş, düşdün qəzaya. Xoşbəxtliyin bir anda bədbəxtliyə çevrildi. İkincinin arvadı küsüb getdi, boşandı, indi o nəinki xoşbəxtdir, hətta mövcudluğuna da sevinmir. Üçüncünü atdılar bayıra, vəzifədən saldılar. İndi onun «xoşbəxt»liyinə nəinki sevinmirlər, hətta bəzilərinin ona yazığı da gəlir. Belə olanda (belə olmamaqdan isə heç kəs sığortalanmayıb) bəxtinə düşənlərə xoşbəxtlik deyə bidirsənmi?
İşin bu tərəfini götürəndə deyəsən, belə çıxır ki, xoşbəxtlik elə ancaq bəxti gətirmək, qısa müddətli sevinc gətirən uğurdur axı. Bəs indiyəcən bu haqda oxuduqlarımız, arzuladıqlarımız, can atdığımız belə təsadüflər ucbatından bir anda havaya uçacaqsa, nağıla, əfsanəyə dönəcəksə… Bəs bəşəriyyətin əsrlərdir bu müvəqqəti sevincə, ani hissə can atmasına dəyərmi? Əgər o, ancaq bir göz qırpımı, bir andırsa…

Əlbəttə, yuxarıda sadaladıqlarımın hər biri də təsadüf ola bilər. Bu, o demək deyil ki, hər maşın udan qəzaya düşür, hər ailə uğursuz alınır, hər vəzifədə olanı yıxırlar. Dediklərimin tam əksləri də var və kifayət qədər çoxdur. Az qala sevgidə də bazar iqtisadiyyatının dominant rol oynadığı müasir tariximizdə pulun oynadığı rolu heç kim inkar edə bilməz. O sağlamlıq haqda deyilən sözləri bir az dəyişsək, belə alınar: pul hər şey deyilsə də, pulsuzluq hər şeyin olmamasıdır. Amma o qədər pulluların elə həmin pulların bədbəxt elədiyini görmüşük ki. Atalar məsəlində olduğu kimi, neynəyirsən o qızıl teşti ki, içərisinə qan qusasan… Elə xoşbəxtlik saydığımız o pula görə nə qədər insanı həyatdan məhrum eləyiblər.

Sağlamlığı xoşbəxtlik sayırlar. İşsiz, ailəsiz, pulsuz, dostlarsız… sağlamlığın harası xoşbəxtlik oldu? Heç pula sağlamlığın bir yerdə olması da hələ xoşbəxt olmaq demək deyil. Nə deyrsiniz, xoşbəxtlik bəxtdi, sağdlamlıqdı, puldu?..

İcazə verin razılaşmayaq. Xoşbəxtlik - nə isə daha boyük, daha qlobal, keçməyən, yəni ötəri olmayan bir duyğudur, hissdir. Çox vaxt insan özünü heç xoşbəxt dəsanmır, ola bilsin ki, ömrünün son anında birdən onun şüuru işıqlanır: « Axı mən bu həyatda xoşbəxt idim!»…

Riyakarlıq etmək mümkün olmayan, əslində heç lazım da olmayan həmin anda kim özünə bu «aydınlaşma»nı sifariş verə bilər? Yəqin ki, ancaq xoşbəxtlik haqda düşünməyib, sadəcə olaraq ürəkdən öz işləri ilə məşğul olanlar. Mənim xoşbəxtlik haqda bu düşüncələrii lirik-sentimental da saya bilərsiniz. Bəlkə də həyatın, nəinki xoşbəxtlik, hətta alicə yaşamaq uğrunda belə kəskin çabalar, problemlər dövründə «xoşbəxtlik» anlayışına belə bəsit yanaşmaqda bir az ifrata varıram. Amma nenəym, bəzən mən xoşbəxtliyi belə məqamlarda görürəm. Məsələn, dəhşətli insan dərdlərinə dərman tapa bilmiş, yüz minlərlə insanı əzabdan, əlillikdən qurtaranlar. Necə bilirsiniz, korun gözünə nur verən həkim xoşbəxt deyil?..

İllərlə yatağa məhkum olmuş uşağın anasına doğru qaçdığını görmək, uzun illər axsaqlıqdan sonra gənc qızın xəstəxanadan az qala uçaraq çıxdığını görmək, bu sağalmaya sənin də zəhmətinin qarışdığını hiss etmək - bu xoşbəxtlik deyil?..
Məgər yeni meşələr salmaq, bağlar yetişdirmək, yeni bitki, meyvə növləri yaratmaq, sənin zəhmətinin bəhrəsindən bir çox adamların istifadə edəcəyini, sənin işinin adamlara sevinc bəxş edəcəyini bilmək xoşbəxtlik deyil?..

Neçə illər, əsrlərdir ki, insanlar dünya mepmarlıq, heykəltaraşlıq, rəssamlıq əsərlərinə heyran olur, ürəkləri donaraq möcüzəli musiqi dinləyir, maraqlı kitablar oxuyurlar. Ölümlərindən sonra yaradıcılıqları qalan adamlar xoşbəxt deyimi?...
Amma istedadlı, hətta dahi adamlar var ki, onları xoşbəxt saymaq mümkün deyil. Nüvə silahını icad eləyənlər, Yer üzündən bütün canlıları silə bilən kütləvi qırğın silahlarını ixtira edənlər özlərini heç cür xoşbəxt saya bilməzlər. Heç qalanlar da onları xoşbəxt saymaz. Bəli, sağlığında bu adamların hər şeyi var: ad-san, müəyyən dairələrdə şöhrət və hörmət, banklarda hesabları, komfortları. Onlar üçün dünyada hər şey əlçatandır. Ancaq xoşbəxtlik hissindən başqa! Bəli, məhz belə…

Onlar ömürlərinin son anlarında nəyi xatırlaya bilərlər? Nədən ötrü yaşamışdılar? Öz yollarına bədbəxtlik və qəm səpənlər nə biçəcəklərini gözləyirdilər? Onların sonu belə də olmalı idi. Təkcə onların yox, ancaq özləri üçün yaşayanlar, öz mənfəətlərini güdənlər, öz tamahkar və şəhvət niyyətlərini təmin edənlər də gərəksizliklərini, lazımsızlıqlarını hiss etməlidirlər. Onları öz yaxınlarından başqa xoş sözlə, xoş niyyətlə kim xatırlayacaq ki… Heç yaxınlarının da hamısı xoş sözlərlə xatırlamayacaq…

İndi də belə çıxır ki, əsl xoşbəxtlik odur ki, insan başqaları üçün yaşayır. Onun kim olmasından asılı olmayaraq, öz yerində olduğunu, yer üzərində yaşayanların çoxlarına sevinc gətirdiyini, həyatda yaşamağın işıqlı və rahat olmasında azacıq da olsa zəhmətinin, xeyrinini dəydiyini hiss etmək, dərk etmək… Bəlkə indi belə çıxmır, bəlkə də əsl xoşbəxtlik elə budur…

Lap bu sərt reallığın isərisində düşünürsən ki, belə xoşbəxtliyə görə yaşamağa dəyər! Bu həyat nə qədər çətin olsa belə. Əsl xoşbəxtlik kiməsə gərək, lazım olduğunu bilmək, yaşadığın cəmiyyətin dəyərini, qiymətini bilməkdir!

Deyəcəksiniz çox gurultulu alındı? Dediklərimə özümün inandığıma şübhəniz var? Ola bilər. Mən «xoşbaxtlıq»a qafiyə tapmaq üçün Moşu qədər baş sındırmamışam. Misal çəkdiyim «xoşbəxtlik»lərin hər birinin də şahidi olmuşam. Saxarovun öz ixtirasına görə ağladığını, Kalaşnikovun öz konstruktoru olduğu avtomatı daşlara çırpdığıqını d televizorla olsa da görmüşəm. Qəbirlərinin üstündə mərmər heykəllər olan məzarların yanından, üzr istəyirəm, tüpürüb keçənləri də görmüşəm. Gəldiyim nəticə dediklərim oldu. İnanırsınız inanın, inanmırsınız - istədiyiniz kimi xoşbəxt olun…


Geri dön

RoMaNTiK SerSeRi

  • 12 fevral 2012 08:53
  • Məqalə: 515
  • Şərh: 3366
  • Bal:
YAZAN ELLERIVIZ VAR OLSUN MARAQLI XEBERDI

--------------------
`-Mutlu Olmak Icin Hic Kimseye Gerek Yok!
`-aL Telefonu Tak Kulakligi `Sabaha Kadar ^^

_RONALDO_

  • 8 may 2011 16:55
  • Məqalə: 303
  • Şərh: 10753
  • Bal:
{awards}
Tşk çox gözəl yazıdı

--------------------

::..ONSLAUGHT::..

  • 4 mart 2011 23:29
  • Məqalə: 197
  • Şərh: 11490
  • Bal:
{awards}
tewekkur............

--------------------
.....(¯`v´¯)
..... ·.¸.·´
...¸.·´
.. (

shamira

  • 1 mart 2011 00:26
  • Məqalə: 0
  • Şərh: 27
  • Bal:
{awards}
tewekkurler maraqli idi

::..ONSLAUGHT::..

  • 28 fevral 2011 17:59
  • Məqalə: 197
  • Şərh: 11490
  • Bal:
{awards}
Tewekkurler cox maraqli yaz idi...

Tewekkurler cox maraqli yaz idi...

--------------------
.....(¯`v´¯)
..... ·.¸.·´
...¸.·´
.. (

Grace_Angel

  • 28 fevral 2011 16:53
  • Məqalə: 654
  • Şərh: 2278
  • Bal:
{awards}
Tewekkurler cox maraqli yaz idi...

--------------------

ZEHRA

  • 28 fevral 2011 16:40
  • Məqalə: 169
  • Şərh: 1975
  • Bal:
{awards}
tewekkurler

Ulya

  • 28 fevral 2011 15:40
  • Məqalə: 1911
  • Şərh: 13813
  • Bal:
{awards}
fellow

gul_93

  • 28 fevral 2011 15:26
  • Məqalə: 56
  • Şərh: 1872
  • Bal:
{awards}
tewekkurler

Lexikon

  • 28 fevral 2011 15:18
  • Məqalə: 1118
  • Şərh: 4161
  • Bal:
{awards}
cox sag ol

BeAuTy_LaDy

  • 28 fevral 2011 15:14
  • Məqalə: 9
  • Şərh: 621
  • Bal:
{awards}
Tewekkurler muellife....

--------------------
BeAuTy_LaDy...... =>Dediklerimnen cox demediklerimde gizliyem!<=

Mesume Memmedzade

  • 28 fevral 2011 15:12
  • Məqalə: 0
  • Şərh: 135
  • Bal:
{awards}
twkler edirem love

--------------------
Esqin ilk nefesi mentiqin son nefesidir

MuslimGirl

  • 28 fevral 2011 14:16
  • Məqalə: 156
  • Şərh: 3024
  • Bal:
{awards}
Düzdür, başqalarının keşməkeşli həyatına baxanda bizim həyatımızın necə rəngli olduğunu və bizim xoşbəxtlik dediyimiz anlayışın əslində əlimizdə olduğunu görürük. Çox diqqətəlayiq məqalə idi. Təşəkkürlər

İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 1
Qonaqlar: 36
Cəmi: 51

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 7
Cəmi: 386
 
Nergiz__Sirinova
Xəbərləri: 6
Cəmi: 332
 
Awk bir hayal
Xəbərləri: 4
Cəmi: 137
 
^^KuKuLKa^^
Xəbərləri: 2
Cəmi: 767
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1135
 
TacsizKRalica
Xəbərləri: 1
Cəmi: 1
 
evli.mutlu.cocuklu
Xəbərləri: 1
Cəmi: 1
 
anar2012
Xəbərləri: 1
Cəmi: 26
 
Mövlud Ağamməd
Xəbərləri: 1
Cəmi: 20
 
Zerif85
Xəbərləri: 1
Cəmi: 25
 
 
{slinks}