Doğrudan dua möminin silahıdır?

 
Doğrudan dua möminin silahıdır?


Doğrudan dua möminin silahıdır?


Maraqlıdır, görəsən müsəlmanların duaları niyə qəbul olmur? Neçə illərdir torpaqlarımız işğaldadır. Bütün camaat və bayram namazlarından sonra minbərdən tezliklə əzəli yurdumuzun erməni tapdağından azad olunması üçün dua edilir, toplaşan minlərlə insan da “Amin!” söyləyir. Amma nə fayda? Vəziyyət heç yaxşıya doğru dəyişmir, demək olar ki, hər gün şəhid veririk. Heç olmasa 100 metr irəliləyəydik! Amma, yox, dualarımızın “kalorisi” buna da yetmir.Bəs niyə? Axı hədisdə buyurulur ki “Dua möminin silahıdır”. Biz də dua edirik. Qəbul deyilsə, məntiqlə düşünsək, belə nəticə əldə edərik: 1. Ya biz mömin deyilik 2. Ya da ki bizim duamız o qədər “paslı”, “süst” və “dişsizdir” ki, artıq silah hökmündə deyil.Ya da ki, möminliyimizə və dualarımızın sarsılmazlığına imanımız varsa o zaman... Bəlkə hədis saxtadır? Amma yox, hədis Quran ayələrinə tam bab gəlir. Rəbbimiz buyurur: “(Ya Rəsulum!) Bəndələrim Məni səndən soruşduqda söylə ki, Mən (onlara) yaxınam. Dua edib Məni çağıranın duasını qəbul edərəm” (Bəqərə, 186). Bəs axı çağırırıq! Bu rüşvətxorunu, zinakarını, şərəbxorunu qoyaq bir kənara. Axı Ramazan aylarında Qədr gecəsini səhərə qədər yatmayıb göz yaşına qərq olan Azərbaycan vətəndaşları var! Hələ bu harasıdır? Bəzi azərbaycanlılar hətta bütün Ramazan boyu əhya saxlayırlar! Bəli, bəli! Axı hələ Zilhiccə ayında Kəbə evini təvaf edib sidq ürəklə dua edənlərimiz var! Bəs onlar? Bəs onların duası niyə Ərşi titrətmir? Nə üçün əbabil quşları gəlib erməniləri, zalımları məhv etmir, hə? Nə üçün rüşvətxorun rüşvət alan yerdə gözünü oyub ayaqları altına tökmür bu quşlar? Niyə da, niyə?Yəqin ki, alimlərin cavabı var. Amma alim olmayanlar da hərdən düşünürlər. Belə da, bacardıqları qədər, öz tutumları qədər. Yəqin ki, nəsə qaydasında deyil bu ümmətin içində. Məsələn, elə yuxarıda gətirdiyimiz ayənin davamında Yaradanımız buyurur: “Gərək onlar da Mənim çağırışımı qəbul edib Mənə iman gətirsinlər. Bununla da, ola bilsin ki, doğru yola yetişsinlər”. Qəbul etmişikmi? Allah buyurur ki, “Hamılıqla Allahın ipinə (dininə, Qurana) möhkəm sarılın və (firqələrə bölünüb bir-birinizdən) ayrılmayın!” (Ali-İmran, 103). Əməl etmişikmi? Biz hələ kimin hansı alimə təqlid etməsi məsələsi ətrafında ilişib qalmışıq, biz hələ xümsu kimə verilməsi məsələsi ətrafında az qalırıq opponentlərimizlə albəyaxa olaq, biz hələ onun-bunun halalının geyiminə əsaslanaraq öz din qardaşımız haqqında az qala təkfir hökmü çıxarırıq. Daha nələr, nələr! Amma istəyirik ki, dünya siyasətinə təsir edəcək duamız qəbul olunsun, istəyirik ki, bir zalımın ünvanına “Allah lənət etsin!” deyən kimi Rəbbimiz onu iki yerə parçalasın. Qəbul olarmı dualarımız? Bilmirəm, bu Allaha aid məsələdir, sözsüz. Amma dua “bəndə-Allah” əlaqəsi deməkdir. Təşəbbüs də aşağıdan yuxarı üz tutur. Təməldə naqislik varsa, deməli...Odur ki, dualarımızın həqiqətən silaha çevrilməsi üçün əvvəlcə duaya qədər mərhələdə islahatlar aparılmalıdır. Sonrasına dair isə Allah vəd verib...

Doğrudan dua möminin silahıdır?


Geri dön

Pıtırcık

  • 22 mart 2015 01:00
  • Məqalə: 455
  • Şərh: 9618
  • Bal:
allah razı olsun

--------------------
http://legend.az/user/imza/http://legend.az/user/imza/

★QarA GözLüM★

  • 16 mart 2015 15:39
  • Məqalə: 96
  • Şərh: 901
  • Bal:
{awards}
ALLAH razı olsun
Cox Sagol can
Tesekkurler Meqaleye Gore

--------------------


psix)

  • 16 mart 2015 14:31
  • Məqalə: 7
  • Şərh: 1683
  • Bal:
{awards}
allah razi olsun

--------------------
......

Elya Alieva

  • 16 mart 2015 13:40
  • Məqalə: 102
  • Şərh: 7076
  • Bal:
{awards}
ilik Serx menden!

--------------------
UREYIM...I MEN

İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 3
Qonaqlar: 39
Cəmi: 57

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 7
Cəmi: 455
 
♔Hе важно∞
Xəbərləri: 3
Cəmi: 33
 
 
{slinks}