“At gözlüyü” və insan

 
“At gözlüyü” və insan

“At gözlüyü” və insan

Atların gözləri başın yan tərəflərində elə yerləşib ki, bu heyvanlar nəinki irəlini, yan tərəfləri və hətta arxanı belə görə bilirlər. Amma bir məsələ də var ki, bu heyvanlar məsafəni və yaxınlaşan heyvanların, hər hansı obyektin ölçüsünü doğru-düzgün müəyyən edə bilmirlər. Əgər yandan və arxadan bir heyvan ata yaxınlaşırsa, at onu olduğundan ən azı iki dəfə böyük görür, aradakı məsafəni isə iki dəfə yaxın bilir. Ona görə də atlar hər zaman hürkək və narahat olurlar. Yarış atlarının gözlərinə xüsusi gözlüklər taxırlar ki, yan tərəfdən və arxadan yaxınlaşan atları görməsinlər. Qaçan at ancaq irəli baxanda bütün diqqətini sürətinə verir və mənzilbaşına tez çatmağa çalışır. Bu “at gözlükləri” də heyvanı yan təsirlərdən qorumaq və finişə tez çatdırmaq üçündür. Bir çox qoşqu atlarına, xüsusilə də kübar adamların karetalarını dartan atların da gözlərinə bu cür “at gözlükləri” taxılır ki, heyvanın diqqəti ancaq irəli, yəni gedəcəyi yola yönəlsin. Əslində bu gözlüklərlə atların baxış bucağı xeyli məhdudlaşdırılır. At olub, “at gözlüyü” taxmaq əslində işin xeyrinədir, çünki diqqət yayınmır, zərər verəcək obyektlər baxış bucağından çıxarılır. İşin betər tərəfi ondadır ki, insan olduğu halda, gözünə “at gözlüyü” taxıb həyata o dar bucaqdan baxanlar da az deyil. Ətrafda baş verən hadisələrə, dünyanın gərdişinə ancaq şəxsi maraqları prizmasından baxarlar, işlərinə yaramayan, mənafelərinə uyğun olmayan ideyaları, təklifləri qəbul etməz və onları təkzib etmək üçün hər yola girməkdən çəkinməzlər. Belələrinin ancaq öz düşündükləri, öz söylədikləri və öz maraqları var. Bu cür dar baxış bucağına malik adamlar dünyaya “at gözlüyü” ilə baxanlardır. Bütün fəsadlar da onların başlarının altından çıxar, belələri hər cür tərəqqinin, azadlığın qarşısına çəkilmiş tikanlı məftil kimidirlər. Bu dünya elmi- texniki, mədəni-mənəvi sahədə hər hansı inkişaf yolu keçibsə, müəyyən məsafə qət edibsə, bütün bunlar tarixə, dünyaya geniş müstəvidən, ədalət, həqiqət gözü ilə baxan, etirafı bacaran, başqalarını dinləməyi, faydalı məsləhətləri təqdir və təbliğ edən insanlar sayəsində mümkün olub. Yəni nə dünyanı dəniz yolu ilə dolaşan Magellan, nə ilk dəfə telefonu kəşf edən Qraham Bell, nə də kompyuter texnologiyasını hazırlayıb, insanların istifadəsinə verən alimlər dünyaya “at gözlüyü” ilə baxıblar. “At gözlüyü” fikrin, düşüncənin, əxlaqın məhbəsidir. Kim bu məhbəsdən uzaqdırsa, fikri də, ruhu da, düşüncələri də azaddır. Bəlkə də azadlığın təməli, bünövrəsi elə bu “at gözlüyü” prizmasından qurtarmaqdan başlayır. Bütün tərəqqinin qaynağı digər təkliflərin, düşüncələrin də nəzərə alınmasından, onların doğru olub-olmadığını ədalət və həqiqət tərəzisində çəkməkdən keçir. Kim bunu bacarmırsa, gözündəki “at gözlüyü”ndən xilas olmağa çalışmalıdır.

“At gözlüyü” və insan


Geri dön

Pıtırcık

  • 22 mart 2015 00:53
  • Məqalə: 387
  • Şərh: 9508
  • Bal:
ALLAH RAZI OLSUN

--------------------
http://legend.az/user/imza/

sessiz deniz

  • 16 mart 2015 20:01
  • Məqalə: 410
  • Şərh: 6840
  • Bal:
{awards}
Allah razi olsunnn

::KuMsAl::

  • 16 mart 2015 16:57
  • Məqalə: 1
  • Şərh: 718
  • Bal:
{awards}
haminizdan allah razı olsun:)

--------------------
Q: Sən heç mənim haqda düşünürsən,bir damcı da olsa???
O: Nəzərə alsaq ki,mən artıq uşaqlarımızın adını və hansı məktəbə gedəcəyini seçmişəm-deməli bir az düşünürəm....

★QarA GözLüM★

  • 16 mart 2015 15:35
  • Məqalə: 96
  • Şərh: 901
  • Bal:
{awards}
ALLAH razı olsun
Tesekkurler

--------------------


Mələyimin mələyi

  • 16 mart 2015 15:22
  • Məqalə: 264
  • Şərh: 1854
  • Bal:
{awards}
ALLAH RAZI OLSUN

--------------------

psix)

  • 16 mart 2015 14:24
  • Məqalə: 7
  • Şərh: 1683
  • Bal:
{awards}
allah razi olsun

--------------------
......

Elya Alieva

  • 16 mart 2015 14:10
  • Məqalə: 102
  • Şərh: 7076
  • Bal:
{awards}
Allax razi olsun

--------------------
UREYIM...I MEN

İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 1
Qonaqlar: 19
Cəmi: 32

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 4
Cəmi: 387
 
Nergiz__Sirinova
Xəbərləri: 3
Cəmi: 329
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1135
 
Awk bir hayal
Xəbərləri: 2
Cəmi: 137
 
^^KuKuLKa^^
Xəbərləri: 1
Cəmi: 766
 
anar2012
Xəbərləri: 1
Cəmi: 26
 
TacsizKRalica
Xəbərləri: 1
Cəmi: 3
 
Mövlud Ağamməd
Xəbərləri: 1
Cəmi: 21
 
Zerif85
Xəbərləri: 1
Cəmi: 25
 
Demi Love
Xəbərləri: 1
Cəmi: 16
 
 
{slinks}