Dırnaq əti niyə soyulur?

 
Dırnaq əti niyə soyulur?


Dırnaq əti niyə soyulur?

Dırnaqlarımızın kənarındakı ətlərin soyulmasından çoxumuz əziyyət çəkirik. Bəzən onları əlimizlə qopartmağa da çalışırıq. Amma bu həm ağrıdar həm də qopartdığımız yerə infeksiya düşməsinə səbəb ola bilər. İndi isə gəlin dırnaq ətlərinin soyulması səbəbini və bunun qarşısını necə almaq lazım olduğu haqqında danışaq.
Dırnaq əti problemi əsasən baxımsız dırnaqlardan, C vitamini çatışmamazlığından, soyuq və quru mühitdə olmaqdan qaynaqlanır. Mövcud problemdən xilas olmaq istəyisinizsə aşağıdakılara əməl etməlisiniz.

1. Dırnaq və dırnaq kənarı ətlərinizin yumşaq və nəm saxlamağa çalışın. Nəmləndirici kreminizi təkcə əllərinizə deyil, həmçinin dırnaqlarınıza da yedirdərək massaj edin.

2. Qliserinin içinə yarım limonun suyunu sıxaraq qarışdırın. Alınan kütləni əllərinizi təmiz yuduqdan sonra barmaqlarınıza sürtüb 20 dəqiqə saxlayın.

3. Dediyimiz kimi bu problem C vitamin çatışmamazlığından da qaynaqlandığı üçün narıngi, portağal, qreyfrut, limon və digər C vitamini ehtiva edən məhsullar yeyin. Eyni zamanda yay aylarında arada bir C vitamini də qəbul edə bilərsiniz.

4. Bir-iki dilim limonu dırnaqlarınıza sürtüb 3-4 dəqiqə sonra isti su ilə yumaq da dırnaq ətlərinin soyulmasının qarşısını alır.

5. Lak və aseton dırnaqlar kimi dırnaq ətlərinə də zərər verir. Ona görə də bu iki vasitədən mümkünsə az istifadə edin.

6. Yemək hazırlayarkən, qab yuyarkən əlcək istifadə etməyiniz məsləhətdir.

7. Tez-tez manikür etməyin. Bu dırnaqların səliqəli və gözəl görünməsinə səbəb olsa da, dırnaq və dırnaq ətlərinə çox zərər verir.

8. Əgər dırnaq ətlərinizi qopartmaq fikriniz varsa, əvvəlcə əllərinizi təmiz yuyun, sonra da əti dartacaq, kəsəcək alətləri spirtləyin. Bundan sonra dırnaq ətini dərinə getmədən, toxumalara zərər vermədən ehtiyatla kəsin.

Amma unutmayın bununla siz müəyyən müddət dırnaq ətlərindən azad ola bilərsiz. Əgər dırnaq ətlərinizin qabarmasını, sərtləşməsini, soyulmasını istəmirsinizsə mütləq və mütləq yuxarıda sadaladığımız üsullardan istifadə edin.



Geri dön

Nika99

  • 23 mart 2015 14:04
  • Məqalə: 0
  • Şərh: 196
  • Bal:
Dırnaq və dırnaq kənarı ətlərinizin yumşaq və nəm saxlamağa çalışın. Nəmləndirici kreminizi təkcə əllərinizə deyil, həmçinin dırnaqlarınıza da yedirdərək massaj edin.

--------------------
Qisda alinan Destemeza ve yayda tutulan Oruca heyranam-Imam Eli(e)

Pıtırcık

  • 22 mart 2015 00:04
  • Məqalə: 385
  • Şərh: 9499
  • Bal:
{awards}
MƏSLƏHƏTƏ GÖRƏ SAĞ OLUN

--------------------
http://mail.mp3.mail.mp3.legend.az/user/imza/

★QarA GözLüM★

  • 17 mart 2015 18:53
  • Məqalə: 96
  • Şərh: 901
  • Bal:
{awards}
tesekkurler

--------------------


Mələyimin mələyi

  • 17 mart 2015 18:49
  • Məqalə: 264
  • Şərh: 1854
  • Bal:
{awards}
5. Lak və aseton dırnaqlar kimi dırnaq ətlərinə də zərər verir. Ona görə də bu iki vasitədən mümkünsə az istifadə edin.

--------------------

gunel salmanova

  • 17 mart 2015 18:07
  • Məqalə: 2
  • Şərh: 126
  • Bal:
{awards}
meqale ucun saol sinayacam wink

--------------------
men day bura giren deilem hamiya her weye gore twk
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 1
Qonaqlar: 20
Cəmi: 34

 

Top 10 Müəllif

♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 1
Cəmi: 1135
 
 
{slinks}